Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:14Sima hervaxtiz xeyir gozel bacilar 11:52PERI sizinle bahem xeyale xanim 11:51Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi Salamlayıram!
39782

Hamiləlik təqvimi

Son aybaşının birinci gününü seçin

Aybaşı gününüz
Gün
Ay
İl
     


Aybaşı
Bu gün aybaşın başladı.
Konsepsiya (uşağa qalma)

Konsepsiya (uşağa qalma).
1-ci həftə
Əlbətdə bu hələ ki hamiləlik deyil, çünki sizdə bu müntəzəm aybaşı qanamasıdır. Lakin siz istəsəniz və ya istəməsəniz də, orqanizminiz ana olmağa hazırlaşır.
2-ci həftə
Qadınlar çox vaxt aybaşı arasındakı dövrün ortalarında hamilə qalırlar. 14–cü günündə.
3-cü həftə
Gübrələnmədən bir neçə gün sonra uşaqlığın içəri divarına rüşeym əlavə olunur. Siz indi rəsmən hamiləsiniz.
4-cü həftə
Siz indi testdən istifadə edə bilərsiniz, lakin çoxda etibarlı deyil, çünki çox az dövr keçib.
5-ci həftə
Ola bilsinki siz hamiləsiniz, axı hamiləlik gübrələnmədən 2-3 həftə sonra bilinir. Birinci şübhə, çünki aybaşınız gəlmədi.
6-cı həftə
Bir çox qadınlarda hamiləlik kefsizlik və ürək bulanması ilə özünü biruzə verir. Lakin hamiləliyin birinci həftəsində siz heç bir narahatçılıq hiss edə bilməzsiniz.
7-ci həftə
Gübrələnmədən beş həftə sonra yumurta uşaqlığın divarına bərkiyir. Adətən uşaqlıq rahatdır: bu müddətdə həkimlər hamiləyə kresloda baxmırlar. Ürəkbulanma və toksikozun digər təzahürləri hiss edilməyə başlayır.
8-ci həftə
izin uşaqlığınız böyməyə başlayır, lakin gözə çarpmır. Onu sizin həkiminiz aydınlaşdıra bilər və siz özünüzdə hiss edə bilərsiniz, çünki zamanla paltarlarınız darlaşmaga başlayır.
9-cu həftə
Sizin fiquranızdan demək olmazki siz hamiləsiniz. Qanınızda elədə yüksək deyil xronik hormon, lakin siz artıq hiss edirsiz dəyişikliyi: dəriniz hamarlaşıb və düzdür, baxmayaraq ki ləkələrin də olması istisna deyil.
10-cu həftə
Zamanla hormonun səviyyəsinin artması, sizin əhval-ruhiyyənizə və saglamlığınıza təsir edir. Həyəcanlanma və əhval-ruhiyyəsizlik müşahidə edilir. Fiziki cəhətdən- siz kilolar almağ başlayırsınz, qalxanvarı vəz bir az böyümüşdür.
11-ci həftə
İndi siz daha çox kalori sərf edirsiniz,nəinki hamiləliyə qədər: maddələr mübadiləsi 25% artıb. Qan dövranıda artır. Siz içəridən istilik hiss edirsiniz və çoxlu su içirsiniz və davamlı tərləyirsiniz.
12-ci həftə
Sizin uşaqlığınız təqribən eninə 10 sm böyüyüb. Ona uşaqlıq darlıq edir və o yuxarı qarın boşluğuna qalxmağa başlayır. Ultrasəs aparatından istifadə etsəniz , həkiminiz sizə doğuş vaxtının nə vaxt olduğunu deyə bilər.
13-cü həftə
Hazırki vəziyyətinizdə sizin qanınızda lazımı qədər hormon var və buda hamiləliyinizə məhsuliyyətlidir. Tezliklə sizi səhər ürəkbulanmaları nərahat etməyəcək, əsəbi olmayacaqsınız. Uşaqsalma qorxusu daha sizi tərk edəcək. Viruslu xəstəliklərə xüsusilə diqqətli yanaşmağınız məsləhətdir.
14-cü həftə
Siz hamiləliyin ən yaxşı zamanını, ikinci üç aylıq dövrünə daxil olmusunuz. İndi siz özünüzü daha enerjili hiss edəcəksiniz, sizin uşaqlığınız hər həftə böyüyür. Bu sizində nəzərinizə çarpacaq, o zaman ki qarnınız qalxmağa başlayacaq. Əgər uşaqlığın dibi (onun yuxarı hissəsi) əvvəl kasık sahəsidə idisə , indi o göbəyinizin yanındadır.
15-ci həftə
Əgər ehtiyatla qarnınıza toxunsanız, hiss edəcəksinizki, uşaqlığın yuxarı hissəsi(dibi) təqribən 7,5 sm göbəyinizin aşağısındadır. Hormonların təsirindən saçtökülməsidə müşahidə edilə bilər bu dövürlərdə.
16-cı həftə
Sizin uşaqlığınız genişlənməyə başlayır, içəridəki rüşeymin rahatlığı üçün. Dölətrafı mayenin həcmi bu dövürlərdə təqribən 250 ml-dir.
17-ci həftə
İçəridəki rüşeyim sürətlə inkişaf edir, ətənədə (cift) ondan geri qalmır. Əgər bu birinci həftədə nazik qabıqlıdırsa, doğuşun sonunda 2,5 sm qalınığında və 480 qr çəkidə olur.
18-ci həftə
Əgər bu sizin ilk hamiləliyinizdirsə, 18-ci həftə sizin üçün həyəcanlandırıcıdır, bu dövürdə uşaq tərpənməyə başlayır. Bəzi gənc analar, bu sevinci hamiləliyin 19-20 ci həftəsində hiss etməyə başlayırlar, əsasən də əgər onlar artıq kilo almışlarsa.
19-cu həftə
19-cu həftənin ən başlıca naliyyəti - beyinin inkişafıdır. Uşağın böyük görnüşlü başı- uşağın inkişafında beyin oynadığı ən əhəmiyyətli roldur.
20-ci həftə
Döllənmədən 18 həftə keçib və sizin hamiləliyiniz artıq nəzərə çarpır. Belinizin incəliyi hiss olunmur, qarnınız yumrulaşıb. Uşaqlığın yuxarı hissəsi – göbəkdən az aşağıdır.
21-ci həftə
Uşağın qanında, qırmızı qan hüceyrələri yüksək səviyyədədir, infeksiyanın qarşısını almaq üçün ağ qan hüceyrələridə inkişaf etməyə başlayır. Dilində dad hiss edici tumurcuqlar əmələ gəlməyə başlayır.
22-ci həftə
Əvvəlki həftədə olduğu kimi sizin qanınız həcmi plazmanın hesabına artır. Plazma – bu qanın maye komponentidir. Buna görədə hamilələrin çoxunda fizioloji anemiya var.
23-cü həftə
Baxmayaraqki uşaq sürətli dərəcədə piy yığır, lakin hələdə qırmızı və bürüşmüş görsənir. Bu ona görə belədir ki dəri örtüyü tez inkişaf edir, nəinki dərinin altı, ona görədə dəri qırışıq və sallaq görünür.
24-cü həftə
Artıq çəki özunu göstərməyə başlayır. Başağrısı, sidik kisəsi problemləri, ayaqlarda ağırlıq, halsızlıq, burdan başlayır.
25-ci həftə
Sizin uşaqlığınız indi futbol topu boyda böyüyüb və böyüdükcədə darlıq edir.
26-cı həftə
Bu həftədə uşaq artıq gözlərini az-az açıb yumur. Bu vaxta kimi onlar inkişaf edirdilər, indi bütün göz qatları necədirlərsə , doğuş zamanıda eyni olacaqlar.
27-ci həftə
Bu həftədən uşağın yaşama şansı 85% dir, əgər vaxtından əvvəl dogularsa. Yəni uşaq bu dövürlərdə yaşama qabillyyətinə malikdir. Hamiləliyi axıra kimi daşımağa bütöv 13 həftə qalır. Uşaq hələ tam inkişaf etməyib, ona görədə uşaq vaxtından əvvəl doğulduqda, bir çox problemlərlə üzləşirik ki , onları da mütləq həll etməliyik.
28-ci həftə
Əgər uşaq bu həftədə doğularsa, o hüquqi tərəfdən şəxs kimi qeydə alınacaq. Beyinin örtüyü tam bərkiməmişdir, lakin beyin hələdə böyüməkdədir. Başdakı saçlar uzanır.
29-cu həftə
Bu vaxtlarda döşdən (molozivo-bulama) birinci süd gəlir. Bu yapışqanvari su ilə süd qarışıq bir mayedir ki, dünyaya gəlmiş uşağın ilk yeməyi olacaq.
30-cu həftə
Çəkinizin artması ilə əlaqədar olaraq , sizin hərəkətləriniz yavaşımağa başlayır. Yadınızdan çıxartmayın düzgün yeriməyi və oturmağı, yataqdan qalxmazdan əvvəl yana çevrilib sonra durmaq lazımdır. Çəkinin artması ilə əlaqədar olaraq bəzən beldə ağrılar hiss olunur.
31-ci həftə
Hamiləliyin son həftələrdə isə beldəki ağrılar davamlı olacaq, ona görəki , indi belin əzələləri istirahət edir, yumşalır və doğuş prosesinə hazırlaşır. Ayaqlarınızda damar genişlənməsidə müşahidə oluna bilər.
32-ci həftə
Hamiləliyin son mərhələlərində, uşaq ətrafında nə baş verdiyini eşıdir. O sizin ürək döyüntülərinizi eşıdir,göbəkdən axan qanın səsi ilə tanışdır.
33-cü həftə
Bu zamana kimi uşaq artıq başı aşağı çevrilmişdir: o doğulmağa hazırlaşır. Sizin həkiminiz uşağın doğuş kanalındaki nisbi duruşunu sizə deyəcəkdir.
34-cü həftə
Sancılar daha müntəzəm olurlar. Bu sancıya bənzər ağrılar, uşaqlığın yuxarı hissəsindən başlayıb aşağı hissəsində azalır.
35-ci həftə
Bu həftədə uşağın dırnağı artıq barmaqlarının ucuna kimi uzanır.Uşağın doğulduğu gün , ola bilərki onun dırnağı uzun olsun. Doğuş zamanı uşağın üzündə cızıqlar ola bilər, buda ondan irəli gəlirki uşağın yeri darlaşıb və əl-qol atarkən üzünü cızıb.
36-cı həftə
Uşağın sifəti hamarlaşıb və ətli yanaqları var bu dövürdə. Bu dərialtı piyin olmasından və körpənin ana bətnində olarkən davamlı barmağının sorduğundan üz əzələlərinin şişməsindir.
37-ci həftə
Bu həftədə və ya az sonra uşağın başı aşağı düşür və siz bir az yüngüllük hiss edirsinizki, buda daxili orqanların təzyiqinin zəifləməsindən irəli gəlir.
38-ci həftə

Axır həftələrdə uşaq bağırsağında tullantılar yığılır. Bu yaşıl-qara rənglı mayedir (mekoni). Tərkibi: ana bətnində olduğu müddətdə udduğu maye, bağırsağındaki olmüş kletkalr və sairə komponentlərdən ibarətdir.
39-cu həftə
Uşaqlıq boynu qısalır və açılır, sidik kisəsi çox güclü təyziqdədir. Doğuşa yaxın bir az əsəbi ola bilərsiniz.
40-cı həftə
Doğuşu gözləyərkən sakit olmağa çalışın. Doğuş sancıları başlayanda düzgün nəfəs almanı unutmayın. Və ümüdvar olunki yanınızdaki yaxınlarınız sizin harda və necə doğacağınızdan xəbərdardılar.
41-cü həftə
Əgər körpə əvvəlki kimi matkadadırsa, demək hələdə kilo alır və “narahatdırki hələ doğulmayıb”. Yox əgər körpə doğulubsa, o yeni həyatı ilə uşaqlıqdaki həyatının fərqini hiss edir
42-ci həftə
Hamilələrin 10 % 42 ci həftəyə kimi gəlirlər. Əgər sizdə bu siyahıya düşürsünüzsə, nərahat olmayın. Ola bilərki sizin hamiləliyinizin zamanı düzgün hesablanmayıb, yəni siz təbiətin müəyyən etdiyi qrafiklə gedirsiniz. Buna baxmayaraq həkiminizlə danışın.
43-cü həftə
Uzun hamiləlik.
Doğuş

Doğuşun təxmini tarixi
Son şərhlər
  • 15:40 - Müəllif: daxBX
    Həkim məsləhəti (5539)

    Həkim məsləhəti

    Whereas many airways and cruises promote travel insurance, it's probably designed to protect the corporate providing the journey, not the buyer.A neighborhood trailer supplier has a pair companies to compete with so the costs do not get lowered as a lot. brand levitra effects Publisher: woodchuck Pastels are a part of a bigger group of art materials that are available a stick.Publisher: Mark Flanighan It isn't the identical shopping for car components online to buying them from a neighborhood store. extra dosage levitra without prescription The businesses that supply these gates can have plenty of pictures of their products online, this gives you the prospect to see what they have on offer and match it up with what you might be looking for.That is method too a course of respecting your financial and coping with it very nicely, consequently oneself’re considerably less heading in direction of waste or cut back it. http://old2.iceboxjewelry.com/earrings?dir=asc&gender=198&limit=45&metal_type=106&order=popularity&stone_shape=357 fktrpr94f For this reason more people have a tendency to choose the pure white product after they buy rock salt despite the marginally greater cost.The Logitech wireless keyboard that I am using right now was 70 dollars at Best Buy, but I bought it online for 25 dollars.
  • 1 həftə çörək yeməsək nələr olar?

    O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.
  • Makiyajsız canlı görünməyin yolları

    Dərinizi gündə 2 dəfə təmizləyin
  • 12:21 - Müəllif: Sima
    2019-un saç trendləri (2)

    2019-un saç trendləri

    Texniki olaraq papaq kimi görünür. Bu il yeni trendlərdən biridir.
  • 7 gün ərzində pomidor yeməyin faydaları

    Tərkibindəki liflər sayəsində həzm sistemini nizamlayır. Həzm sistemindəki əzələlərin rahat işləməsini təmin edir. Eyni zamanda şişliyi aradan qaldırır.
  • JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ

    Makiyajsız olan Cey Lo şəkli səhifəsində "Məni olduğum kimi sevin" heşteqi ilə yerləşdirib.
  • Bülent Ersoy öləcəyi vaxtı AÇIQLADI

    Ersoyun sözləri zaldakıları təəccübləndirib.
  • Dünyanın ən gözəl pilotu - FOTO

    Ana Paula iki il öncə atasının məsləhəti ilə pilotluq təhsili alıb.
  • “Eşkiya dünyaya hükümdar olmaz”a 4 məşhur aktyor gəldi

    "Merhamet" serialında Moskof Recep adlı içki və pul düşkünü bir ata obrazını canlandıran Tunçalp Façalı ailəsinin üzvlərindən biri olacaq.
  • 12:12 - Müəllif: PERI
    Dəcəl uşaqlar (1)

    Dəcəl uşaqlar

    ay itibe kopuyun icinde
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!