Hamımıza məlum olan "Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim" kəlamını xatırlatmaq əsl yerinə düçür. Bəs makiyajınızın sizn xarakteriniz barədə çox şey dediyindən xəbəriniz varmı? Əgər bu barədə daha geniş öyrənmək istəyirsinizsə onda elə gəlin birlikdə makiyajın müxtəlif növlərini araşdıraq və hər belə növün nədən xəbər verdiyinə nəzər salaq.
Makiyajın yoxluğu
Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verməsini demək olar. Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbərləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ətraf mühitdən də çox şey asılıdır. Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edibsə, sonradan kosmetikadan istifadə ona qəribə gəlir. Kişi kollektivində çalışan qadınlar hərdən "daxillərindəki naz-işvəni" unudurlar. Makiyajın yoxluğu feminizmin də əlaməti ola bilər. Kişilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini kosmetikadan imtina etməyə sövq edir. Bir qayda olaraq, belə qadınlar karyeranı həyatlarında ən dəyərli meyar sayırlar. Dodaq boyasından və tuşdan imtina edirlər. Xüsusilə də eqosentrik qadınlar belə addım atırlar. Belə qadınlar hesab edirlər ki, bütün Yer kürəsi onların ətrafında fırlanır və gözəl görünmək onlar üçün də vacib deyil. "Mən necə varamsa, eləyəm" prinsipilə yaşayan qadınlar da kosmetikaya maraq göstərmirlər. Onlar təbii obraza üstünlük verir və hesab edirlər ki, ətrafdakılarla dürüst olmaq və xarici görkəmi bəzəməklə kişiləri aldatmamaq lazımdır.
Güclə görünən, təbii makiyaj
Makiyajın bu növünə üstünlük verən qadınlar ona görə bəzənmirlər ki, xoşlarına gəlir, ona görə ki, belə lazımdır. Onlara kirpiklər üçün tuş və dodaqlar üçün boya parıltısı tamamilə kifayət edir, bəzi xanamlarsa, ümumiyyətlə, gözlər üçün kontur qələmlərsiz keçinirlər. Belə qadınlar arasında ehtiraslı dilbərə rast da gələ bilməzsiniz. Onlar diqqət mərkəzində olmağı sevmirlər, kişilərin rəğbətini ağılları, şəxsi münasibətləri qurmaq taktikası, hətta hiyləgər olmaq bacarıqlarıyla qazanmağa çalışırlar.
Parlaq, kobud makiyaj
Makiyajın belə növünü seçən qadınların "döyüş rənglənmə"sinə üstünlük vermələrinin bir neçə səbəbi var. Belə makiyajın altında onlar təbii görkəmsizliklərini gizlətməyə və ya xarici görkəmlərindəki eyibi ört-basdır etməyə çalışırlar. Digərlərisə şəxsi həyatlarındakı problemləri göz önündən uzaq tutmağa can atırlar. Psixoloqlara inansaq, o zaman deyə bilərik ki, birdən-birə parlaq makiyaja keçən qadınlar mütamadi olaraq daxili rahatsıqlıq hiss edirlər və əhval-ruhiyyənin səbatsızlığından asılı olurlar. Belə hallar da olur ki, birdən- birə parlaq makiyaja keçən xanımlar şəxsi həyatlarında yenilik etmək istəyirlər. Mümkündür ki, belə makiyajla şüuraltı olaraq ətrafdakıları onun şəxsi problemlərinə diqqət vermələrinə çalışır.
Bir saat və daha artıq vaxt aparan makiyaj
"Narçis sindromu"ndan özünəməftun olanlar əziyyət çəkirlər. Onlar mükəmməllik əldə etməyə can ataraq, saatlarla üzlərinə kosmetik vasitələr çəkirlər. Narçis-qadınlar tamamilə perfeksionistdirlər.
Daima eyni makiyaj
İllərboyu dodaq boyalarının rəngini dəyişməyən qadınlar dəyişikliklərə o qədər də yaxşı münasibət göstərmirlər. Onlar klassikanın tərəfdarlarıdırlar: hələ gənc yaşlarında "özlərinin məğzini" tapdıqlarına inanırlar və simalarına hər hansı bir dəyişiklik etməkdən qəti şəkildə imtina edirlər. Belə qadınlar istənilən yerə eyni makiyajla gedirlər. Onlara başqa rəngli ənlik verməyə cəhd göstərməyin, onsuz da öz bildiklərini edəcəklər.
Stilistdən peşəkar makiyaj
Peşəkarlarından xidmətindən daha çox dəyişkən, hədiyyə almağı sevən, sürprizlərə bayılan xanımlar yararlanırlar. Lakin xarici parıltının altında çox vaxt tərəddüdlü, özünə inamsız insna gizlənir. Onlara da ancaq peşəkarlar kömək edə bilərlər. Peşəkarın çalışması, hətta səhvlərə yol versələr də, belə qadınları razı salır.
Makiyajda əsas vurğu gözlərdir
Belə qadınlar diqqətli və müşahidəlidirlər. Bundan başqa, onlar yaxşı qulaq asmağı bacardıqlarını da nümayiş etdirməyi sevirlər. Belə qadınlar hisslərini və emosiyalarını gizlətməklə, insanı yaxşı anlaya bilirlər.
Dodaqlara vurğu
Dodaqlarını parlaq rənglərlə ayıran qadınlar əsasən sentimental, həssas və insiyyətcildirlər. Onların arasında qəmzəli xanımlar da az deyil, eyni zamanda özü haqqında danışmağı sevənlərə də rast gəlmək olar. Təbii ki, ömürboyu insan makiyajın stilini bir neçə dəfə dəyişə bilər. Bu, həyatda dəyişikliklərin, həyat təcrübəsi sayəsində xarakterin yeni cizgilərinin meydana gəlməsindən xəbər verir. Zövqlər bir il ərzində dəyişə bilər, axı, eyni çaya iki dəfə girmək olmaz. Dəb tendensiyaları da mütəmadi dəyişir, axı, xarici görkəminə diqqət verən qadın dəbi də izləyir. Modanın makiyaja gətirdiyini və ürəkdən gələnlərini anlamaq vacibdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köklü, qozlu, darçınlı keks (foto resept)
"Ən normal baş nazir mənəm"
Evdə işinizi asanlaşdıracaq ixtiralar
Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO
Çat gənc aliləni niyə dağıtdı?
Hərbçilərimizə keşik çəkən həkimlərin şəkli gündəm oldu
Rusiya nüvə ilə hədələdi
Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi - FOTO
Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
“Instagram”da yeni fırıldaqçılıq
Ögey ana, ögey ata
Dişlərə ziyan verən vərdişlər
Yerin altından zinət əşyaları ilə dolu iri küplər tapıldı
Qaynana ilə yola getməyin yolları
Vorsteiner Ferrari 599VX-i bəzəyib
Demet Akalın izləyicisini təhqir etdi-SƏBƏB
Prezidentlər Dağlıq Qarabağdakı son döyüşləri müzakirə ediblər.
10 min çanta paylandı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi: bəzi nazirlər dəyişdirildi
"Time 100" Qırmızı Xalça
Şok dərman ucuzlaşması
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Rus alimlərindən inqilabi addım: Təbii antibiotik kəşf olundu
Eşqə oyanmaq
İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər məscidinin inşası və "Bakı Ağ Şəhər"in yeni ofis binası ilə tanış olublar
Kiberhücumlar getdikcə kütləviləşir
Sakinlər binaya qapıdan yox, pəncərədən girir-SƏBƏB
İnsan simasının görkəmləri sayıldı
Göydən düşən balıq qəzaya səbəb oldu
Türkiyədə matəm elanı
COVID-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Nazirlik rəsmisi qaydaları AÇIQLADI
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Pərdə modelləri
Berenin serialı başlamamış ölümə səbəb oldu
Yeni MacBook gəlir
Kim bilir...
Cəbhədən xəbər: Rayonlarımız atəşə tutuldu
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edildi
Ürəyə faydası olan ərzaqlar
Namaz qılan kiçik mələklər
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
İsa Həbibbəyli vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bakıdan xaricə gedənlərin nəzərinə: 40 manata...
Ana bətnində hiss, həyəcan: unikal
Şəraiti dəyərləndirməyi bacaran insanlar
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Daha varlı və xoşbəxt olmağın sirri - Fen-şuy
Pandemiya Ronaldonun istirahətinə mane olmadı-FOTO
- ŞƏRHLƏR