Həyati hədəfinizi seçməkdə aşağıdakı yeddi sual sizə yardımçı ola bilər:
1. Hansı işlə məşğul olmaq daha çox xoşunuza gəlir? Sizin hədəfiniz sevdiyiniz şeylə birbaşa əlaqəlidir. Ən aydın məqsədli insanlar o adamlardır ki, sevdikləri işlə məşğul olurlar. Məsələn Bil Geyts kompyuterləri, Opra Uinfri adamlara yardım etməyi sevir, Edison isə yeni bir şey icad etməyi sevirdi. Bəs sizin xoşunuza gələn nədir? Bəlkə siz oxumağı, yazı yazmağı sevirsiniz; bəlkə idmanla məşğul olmaq, oxumaq, rəsm çəkmək və ya yemək bişirməkdən xoşunuz gəlir? Bəlkə bizneslə məşğul olmaq, alqı-satqı etmək, ünsiyyət qurmaq və ya hər hansı bir şeyi təmir etməkdən xoşunuz gəlir? Ya da bəlkə insanları dinləməkdən zövq alırsınız? Hər halda, sizin hədəfiniz sevdiyiniz şeylə bağlı olmalıdır.
2. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyət sizə həyatdakı hədəfinizi tapmaqda yardımçı ola bilər. Rəsm çəkməyi sevirsinizsə, deməli, bu məşğuliyyət sizə istiqamət verə bilər. Bunu istənilən hobbi və maraq haqqında da söyləmək olar - istər yemək hazırlamaq olsun, istərsə də insanlarla danışıqlar aparmaq və s. Siz sadəcə bu əlamətləri gözardı etməməlisiniz. Bəs bu əlamətləri necə ayırd etmək olar? Məsələn, kiminsə təhsil almaqdan və nə isə yeni bir şey öyrənməkdən xoşu gəlir. Ola bilər ki, belə bir şəxsin həyati məqsədi müəllimlikdir. Buna görə də mütləq bu haqda düşünün: Boş vaxtınızda nə işlə məşğul olursunuz və ya nə işlə məşğul olmağı istəyərdiniz?
3. Daha çox nəyə diqqət göstərirsiniz? Satıcı asanlıqla malın satılıb-satılmayacağını ayrıd edə bilir. Saç ustası insanın saç düzümünə diqqət edir, dizayner zövqsüzlüyü seçə bilir, mexanik isə maşının səsindən onun durumunu müəyyən edə bilir. Bəs siz nəyə diqqət edirsiniz? Sizdə nə ikrah hissi doğurur? Sizin verdiyiniz cavabların hamısı həyati hədəfinizi seçməkdə sizə yardımçı olacaqdır.
4. Öyrənmək istədikdə nə haqqında məlumat almaqdan xoşunuz gəlir? Hansı kitab və jurnalları oxumaq xoşunuza gəlir? Bəlkə sizə biznez, kulinariya və ya balıq tutmaq haqqında oxumaq zövq verir? Hər halda, soz öz tərcihinizi həyatınızda həll etməyinizin zəruri sayıldığı problemə eyham kimi qiymətləndirməlisiniz. Düşünün, əgər şəxsi kitabxananızı qurmaq istəsəydiniz, oraya hansı kitabları seçərdiniz? Bəlkə sizin xoşunuza gələn kitablar fərdi inkişafla bağlıdır?
5. Hansı şey sizdə incəsənətlə məşğul olmaq arzusu yaradır? Bəlkə sizin üçün alqı-satqı prosesi bir incəsənət təcəssümüdür? Ya da bəlkə siz jurnalda yeni orijinal yemək resepti görən kimi dərhal onu hazırlamaq istəyirsiniz? Bəlkə qarşılaşdığınız hansısa bir səhnə sizdə gördüklərinizi kağız üzərinə köçürmək hissi yaradır? Düşünün görün, sizi nə irəliyə doğru çəkir?
6. Ətrafınızdakı insanların sizdə bəyəndiyi keyfiyyət nədir? Ətrafınızda sizi dəyərləndirə biləcək insanlar vardırmı? Əgər sizin bişirdiyiniz yemək kiminsə xoşuna gəlmirsə, sizdən çətin ki, baş aşpaz çıxsın. Bəlkə camaatın sizin oxumağınızdan xoşu gəlir, ya da sizin rəsm qabiliyyətinizi, alqı-satqı bacarığınızı tərifləyirlər?Gəlin razılaşaq ki, hər birimizdə elə bir xüsusiyyət vardır ki, başqa insanların da xoşuna gəlir.
7. Əgər siz qəti surətdə bilsəydiniz ki, uğur qazanacaqsınız hansı peşə ilə məşğul olardınız? Kimsə şəxsi gözəllik salonunu açardı, kimsə öz gücünü musiqi layihəsində sınayardı, kimsə bir dükan açıb ticarətlə məşğul olardı. Sİzin də verəcəyiniz cavab axtardığınız həyati hədəfiniz üçün açar rolunu oynayacaqdır.
Hazırladı: Fərid Abdullah
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri
- ŞƏRHLƏR