Dua bizim həyatımızın ayrılmaz bir hissəsidir. Həyatımızda nə olursa olsun daim dua edirik. Bəzən heç dua etdiyimizi bilmədən belə dilimizdə dua dolu sözlər olur. İnsana edilən ən gözəl dua "Allah köməyin olsun" duasıdır. Allah hamımızın köməyi olsun. Duanı biz hər zaman etməliyik, şad gündə də, pis gündə də. Unutmayaq ki, yaxşı günündə Allahı anmayanı Allah pis günündə də anmaz. Bir çox insanlar deyirlər ki, dua etməyimizə baxmayaraq duamız qəbul edilmir. Bunun ən birinci səbəbi odur ki, həmin tip insanlar yalnız duaya ehtiyac gördükdə, yəni pis anlarda Allahı yada salırlar. Ona görə də dualarının heç bir bəhrəsini görmürlər.
Dua etmək əslində Allaha itaət etməkdir. Çünki Allah buyurub "...Mənə dua edin..."(Ğafir-60). Demək biz dua etməklə həm ibadət etmiş oluruq, həm də itaət etmiş oluruq.
Duanın digər bir fəziləti də ondan ibarətdir ki, dua edən şəxs hər zaman təkəbbürlükdən, riyakarlıqdan istər-istəməz uzaq olur. Dua insanla günahlar, təkəbbürlük, riyakarlıq arasında pərdə yaradır. Təbii ki bu səmimi qəlbdən edilən duaya aiddir. Təkəbbürlü insan onsuz da dua edə bilmir. Ona görə ki dua etmək elə insanların fikrincə alçalmaq və özünü sındırmaq deməkdir. Allah-Təala bu barədə Qurani-Kərimdə qabaqcadan deyib ki, Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60).
Yuxarıda qeyd etdiyim kimi dua ibadətdir və Allaha ən əziz əməldir. Yaradılanın dua etməsi təbiidir ki yaradanın xoşuna gəlir. Çünki insan dua etməklə hər şeyin onu yaradanın əlində olduğunu qəbul etmiş olur. Buna görə də Dua etmək Allahın qəzəbinin qarşısını alır.
Dua bəlanın baş verməməsinin qarşısını alır və ya bəlanın baş verməsindən sonra bəlanın aradan qaldırılmasına səbəb olur. İnsanlar arasında gözəl ünsiyyət yaradır və bu ünsiyyətin daim sıx, yeni və təmiz olmasına gətirib çıxarır. Ona görə də daim bir-birimizə həm gizlin, həm də aşkarda dua etməliyik.
Ən sonda unutmayaq k, dua etmək Allahın mömin bəndələrinin sifətlərindəndir. Biz də özümüzdə bu sifəti aşılayaq və daim həm özümüz üçün, həm də digər müsəlmanlar üçün dua edək.
Allah cümlə müsəlmanların köməyi olsun və bizi şeytan əməlindən, cəhənnəm əzabından qorusun. Amin!
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR