Duş - su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur. Çılpaq xəstəni duş kafedrasının qarşısında 3-3,5 m aralı qoyur və ayağından başına kimi bədəninə yelpikvarı su şırnağı buraxırlar. Sonra yığcam şırnağa keçirlər, onu əvvəlcə xəstənin bir ayağına, sonra ikinci ayağına, belinə və kürəyinə yönəldirlər. Sonra xəstəni döndərir, şırnağı yanlarına və qabaqdan ətraflara yönəldirlər. Qarnına yelpikvarı şırnaq salırlar, Müalicə kursunun əvvəlində suyun temperaturu 35-32°C (lazım gəldikdə 42°C-yə qədər), axırda 20-15 °C , təzyiq 3 atm. olur. Proseduranın müddəti 1-2 dəqiqədən 3-5 dəqiqəyə qədərdir. Duşu hər gün keçirirlər; müalicə kursu 15-25 proseduradır. Suyun temperaturu nə qədər aşağı olsa, prosedura bir o qədər qısa və suyun təzyiqi bir o qədər yüksək olmalıdır.
Yelpikvarı duş - şırnaqlı duşun bir növüdür. Fərqi ondadır ki, bu duşda xəstənin bədəninə suyu yelpik şəklində vururlar. Şarko duşuna nisbətən bu duş yumşaqdır. Suyun temperaturu 35°C-dən 25°C-yə, təzyiq 1,5 atm-dən 3 atm-ə qədərdir. Proseduranı hər gün keçirirlər, müalicə kursu 15-20 proseduradır.
Sirkulyar duşu xüsusi qurğu ilə yaradırlar, bu qurğu dairə üzrə yerləşib yuxarıda və aşağıda yarımçıq halqa ilə qurtaran borular sistemindən ibarətdir. Boruların içəri tərəfində xırda deşiklər vardır, xəstənin üstünə salınan su bu deşiklərdən çıxır. Sirkulyar duşu 36-34°C-dən başlayır və temperaturu tədricən azaldıb 25°C-yə salırlar. Suyun təzyiqi 1-1,5 atm-dır. Proseduranı hər gün və ya günaşırı keçirirlər. Müalicə kursu 15-20 proseduradır.
Yuxarı qalxan duş. Bu qurğu oturacağında oyuq olan əldə gəzdirilən stuldan ibarət olub altında tor ucluq vardır, suyu səpələyən də budur. Tordan çıxan su xəstənin aralığına dəyir. Göstərişdən asılı olaraq suyun temperaturu müxtəlif ola bilər (ilıq sudan soyuq suya qədər). Soyuq duş qısa müddətli, ilıq duş uzunmüddətli olur. 2-5 dəqiqəlik bu proseduralar hər gün aparılır, müalicə kursu 15-20 proseduradır.
Tibb elmləri namizədi L.S.Zalikina
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələr
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı
Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Fan Bingbingə 130 milyon dollarlıq cərimə-FOTO
Ulduzlar makiyajsız halda
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Ed Şeran özünə kənd aldı-FOTO
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Məşhur müğənnilər sevgilidir-FOTO
Hər gün yeni maska hazırladı
İspanaqlı kek
Cinsi zəka nədir?
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
Dəbli boyunbağılar
Sprey corab
Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı
Rodriqo Alves yenidən əməliyyat olundu-FOTO
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
HAVA necə olacaq?- 17 MART
Qızdırmalı xəstələrə qulluq
Yağış, qar, külək - Sabahın havası
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Heyvanların maraqlı şəkilləri
Prezidentin son iclasda verdiyi mesajlar
Cəbhə ilə bağlı sərəncam
Televiziya və kompüterin uşaqlara təsiri
Mehriban Əliyeva buğlama bişirdi - FOTOLAR
Hava haqqında - 26.01.2014
Kəs və yapışdır-32
Körpü altında studiya tikdi
8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"
Yuxuya rahat getmək üçün nə etməli?
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
Azra Akın ağladı-SƏBƏB
Günün qoroskopu - 26.10.2013
Bu mühəndis o mühəndisdən deyil
Çiçəklərlə eşq falı
“Bu gün yeni dövr başlayır”
Rol yoldaşlığını həqiqi sevgiyə çevirən 9 cütlük
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
"Danışan" kağız yaratdılar
Zidanın yeni iş yeri
Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər
İt çəkməyi öyrənək
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Zövqlü çantalar
Azərbaycanda süni mayalanma üçün donorluğa qadağa qoyula bilər
- ŞƏRHLƏR