Qarşısı alınmaz dəhşət, ürəkdağlayan kədər… Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki.
Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.
Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci tarixdə, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakim mən yerimdədonub qaldım. Qorxudan titrəyərək, Təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.” Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb.
Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər. 1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə nəticələnən Krakatau vulkanının püskürməsi baş vermişdi. Və nəticədə atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılmışdır ki, bu da günəş şüalarının təsiri nəticəsində, qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olurdu. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində təzahür eləmişdir. Belə ki, rəssam Vilyam Eskroft Temza sahilində apokaliptik qürubu müşahidə elədiyini öz qeydlərində bildirmişdir. Pensilvaniya ştatındakı qəzetlərdən birində isə, göydə Amerika bayrağının zolaqlarının görünməsi barədə yazı getmişdir. Beləliklə vulkanın izlərini 1883-cü ilin noyabrından 1884-cü ilin fevralına qədər, Norveçin paytaxtı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə edə bilmişdilər. Beləliklə, Karakatau vulkanı nəinki atmosferdə həmçinin incəsənətdə də böyük iz buraxmışdır.
Əsərdə ön plana çəkilən üz elə əslində Munkun özüdür. Əsas cizgilər burda tam təsvir olunmasa da, dəhşət hissi yaşıyan hər bir insana xas olan ümumi cizgilər burda dəqiq aydın təsvir olunub. Munkun yaradıcılığını araşdıran prof. Robert Rozemblyumun araşdırmasına görə uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər, həmin vaxtlarda Fransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülmüşdür.
Əsərdə diqqət çəkən bir an da var. Munkdan uzaqlaşan dostlar. Bu əsərdəki tənhalıq hissini daha da qabarıq ifadə edir.
Alman incəsənət tarixçisi Ulrix Bişofa görə, Munkun yaradıcılığında kölgə elementi, keçmiş və ölümü təsvir edir. Bu hardasa onun uşaqlıq xatirələriylə bağlıdır. Belə ki, rəssam anasının və bacısının vərəm xəstəliyindən ölümünün şahidi olmuşdur.
Müəllif: Dünya Rəssamlığı
XƏBƏR LENTİ
“London taksiləri”ndə gediş haqqı bahalaşıb
Qaynananın və gəlinin şikayətləri
Şalvarın transformasiyası
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Beyin funksiyalarının pozğunluğu
Porsche 911-ə rəqib hazırlanır
Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT
Azərbaycanda doğum səviyyəsi artıb
Cəbhədə yeni erməni təxribatı
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Bina üzlükləri təcili sökülür
Serj Sarkisyandana qumarda uduzduğu 70 milyon avronun hesabını soruşan deputat cəzalandırıldı
Şaftalı pirojnası (foto-resept)
Köz badımcanlı kartof salatı (foto-resept)
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
Ziyafət çantaları
Dəbli ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
İspaniyanın ən gözəl şəhərləri
“İnstagram” söyüşləri bloklayacaq - YENİ FUNKSİYA
"Büdcəyə dəyişiklik olunacaq"
Günəşdə partlayış baş verdi
Danimarka Bakıya 65 idmançı göndərir
Mədə yanması
HAVA necə olacaq? 16 İyun
"İlin qadını" oldu - FOTO
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Filiz Akın koronavirusa yoluxub?
Keloid nədir?
Obama ilahi oxudu
Tortlar
HAVA necə olacaq?-29 yanvar
Dəlilər ölkəsi Ermənistan
Düşbərə (foto-resept)
Ukrayna vahimə içində
Temperament
Castin Biber xanımına surpriz etdi- FOTO
Məscidlərə hücum başladı
Makiyajdan sonra təbii maska
Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq
Nazir otellərdə istənilən nikah kağızından DANIŞDI
Albalı tortu(foto resept)
Şakiradan gözlənilməz addım
Muncuqla hamiləliyi planlaşdırma
Martın 15-i imtahandır
- ŞƏRHLƏR