Namaz haqında hədislər İmam Mühəmməd Baqir (ə) buyurub: Allahın bəndəsi namazda Allaha yaxın olar. (Dəaümül-İslam c-2, s-134)
Həzrət Muhəmməd (s) buyurub: Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən Allaha tərəf ucalan ilk əməl də namazdır. Qiyamət günü ümmətimdən soruşulacaq ilk sual da namazdan olacaq. ( Kənzül-ümmal, c-7, s-276)
İmam Cəfər Sadiq(ə) ( Mənsur ibn Hazimin "əməllərin ən yaxşısı nədir,” sualının izahında belə) buyurub: Namazı vaxtında qılmaq, ata-anaya yaxşılıq etmək və Allah yolunda cihad etmək. (Kənzül-ümmal, c-15, s-823)
İmam Cəfər Sadiq(ə) buyurub: Namazın ilk vaxtı axır vaxtından kişi üçün öz mal və övladından daha fəzilətlidir. (Mühəccətül-bəyza, c-2, s-34)
Həzrət Mühəmməd(s) buyurub: Allahən bir mələyi var, o mələk hər namaz vaxtında belə fəryad edər: " Ey adəm övladları, qalxın öz zərərinizə yandırdığınız atəşi namaz ilə söndürün”. (Kənzül-ümmal, c-7, s-281)
Həzrət Mühəmməd(s) buyurub: Vaxtında qılınan namaz göyə ucalar və onun elə bir parlaq nuru olar ki, göylərin qapıları onun üzünə açılar və Allahın dərgahına daxil olar. O zaman öz sahibinə dua edər və deyər: Sən əvvəl vaxtında məni qoruduğun kimi, Allah da səni qorusun. Əgər namaz əvvəl vaxtında qılınmasa və ayrı vaxtda qılınsa, üzü qara göyə ucalar və göylərin qapıları onun üzünə bağlanar. Höhnə və əzilmi bir parça kimi sahibinin üzünə vurular və belə deyər: Allah səni zay etsin, necə ki, məni əvvəl vaxtında zay etdin. (Məhasin-bərqi, s-81)
Həzrət Muhəmməd(s) buyurub: Namaz dinin sütunudur.
Həzrət Muhəmməd(s) buyurub: Şeytan həmişə namazı vaxtında qılan şəxsdən qorxar və ona yaxınlaşa bilməz, amma namazı vaxtında qılmayan şəxsə, bir yol tapıb onu günah etməyə vadar edər. (Biharül-ənvar, c-80, s-11)
İmam Rza(ə) buyurub: Namaz pərhizkarların Allaha yaxınlaşmaları üçün bir vasitədir. (Üyunül-əxbar, c-2, s-7)
Həzrət Muhəmməd(s) buyurub: Hər kəs namazı yüngül saysa, on beş bəlaya düçar olar: Allah onun ömrünün və ruzisinin bərəkətini alar, yaxşı insanların vasiyyətlərini ondan alar, duası göyə ucalmaz, saleh bəndələrin, onun haqqında etdikləri dua qəbul olmaz, dünyadan zəlil gedər, dünyadan ac gedər, dünyadan susuz gedər, Allah ona qəbr evində bir mələk göndərər ki, ona əziyyət versin, qəbr evi ona sıxıntılı və darısqal olar, qəbri qaranlıq olar, Allah ona bir mələk göndərər ki, qiyamət günü onu üzü üstə gətirər və camaat onu müşahidə edər, Qiyamət günü çox cətin hesab verər, Qiyamət günü Allahın nəzəri ondan uzaq olar, özünü günahdan təmizləyə bilməz və onun üçün böyük əzab olar. (Səfinətül-bihar, c-2, s-44)
İmam Cəfər Sadiq(ə) buyurub: Bizim ardıcıllarımızı namaz vaxtı imtahan edin, görün namaza nə qədər əhəmiyyət verir və onu necə qoruyurlar. (Səfinətül-bihar, c-2, s-44)
Həzrət Muhəmməd(s) buyurub: Kəbədən başqa, əgər bir kəs mənim məscidimdə ( yəni Mədinə şəhərində yerləşən Mescidün-nəbidə) namaz qılsa, özgə məscidlərdə qılınan min rükət namazdan üstündür.
Həzrət Muhəmməd(s) buyurub: Müsəlmanların dəstəmaz alın namaz qılmaqları, onların günahlarının aradan getməsinə səbəb olar. Ağac öz yarpaqlarını tökdüyü kimi, namaz da günahları məhv edir. (Mədinətül-bəlağə, c-2, s-45)
İmam Sadiq (ə) buyurub: Namaz qılan şəxs, namaz üçün ayağa qalxan zaman onun üçün asimandan Allahın rəhməti yerə nazil olar və mələklər onun ətrafında dolanarlar. Mələklərdən biri isə bu zaman belə söyləyər: Əgər bu namaz qılan şəxs namazın mahiyyətini bilsəydi heç vaxt namazdan ayrılmazdı. (Dəail-İslam, c-1, s-136)
İmam Sadiq(ə) buyurub: Namaz üç hissəyə bölünür: 1. Təmizlik, 2. rüku, 3. səcdə. (Rövzətül-müttəqin, c-1, s-123)
XƏBƏR LENTİ
Uşaqlar üçün tort nümunələri
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək? - AÇIQLAMA
Kitab 43 ildən sonra kitabxanaya qaytarıldı
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Biliyini yoxla (2)
Sürücülərin işi asanlaşdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
WhatsApp-dan daha bir yenilik
2012-ci ilin bilərzikləri
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Haydi Klum gəncliyinin sirrini bölüşdü
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Elvis Presli sağdır - İDDİA
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Görənləri şoka salır - Bu nədir?
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Trend: İpli Çəkmələr
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Bu kəşf alimləri qorxutdu
Uşaq yatarkən mübahisə etməyin!
Peşman olduğunuzu düşünmüsünüzmü?
iPad mini-də Retina olacaq
Balla gözəlləşin
Ərgin pendirin zərərləri AŞKARLANDI
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Sevdasınız,yoxsa Afət?
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
2014-cü ilin ziyafət geyimləri
Millət vəkili xəyanətdən yazdı
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Azərbaycanin iri enerji obyektində qışa hazılıq başa çatıb
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
Dərimiz niyə quruyur?
Metal yeyən bakteriya kəşf edildi
Kəs və yapışdır-4
Uşaq ayaqqabıları (2)
Günün ulduz falı - 04.09.2013