Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə feil deyilir. Qrammatik cəhətdən hərəkət geniş mənalı termindir. Bu termin bilavasitə hərəkət bildirən get, gəl, qaç və s. feillərə aid olduğu kimi, yaz, oxu, işlə, fikirləş, düşün, yat, dur, gül, ağla və s. kimi işlə, vəziyyətlə, halla, təfəkkürlə və s. əlaqədar olan hərəkətləri də əhatə edir. Bu baxımdan feilin aşağıdakı leksik məna növləri meydana çıxır:
İş feilləri: tikmək, kəsmək, sökmək, təmizləmək, rəngləmək, pozmaq və s.
Hərəkət feilləri: getmək, gəlmək, qaçmaq, hoppanmaq, tullanmaq və s.
Nitq feilləri: danışmaq, demək, oxumaq, müraciət etmək, susmaq və s.
Təfəkkür feilləri: anlamaq, düşünmək, fikirləşmək, yad etmək, hiss etmək və s.
Hal-vəziyyət feilləri: ağarmaq, qızarmaq, qaralmaq, pərt olmaq, incimək və s.
Feil müxtəlif zamanlarda və formalarda işlənir, nə etmək? Sualına cavab verir.
Feili başqa nitq hissələrindən fərqləndirən və bütün füillərə aid olan aşağıdakı xüsusiyyətləri var:
-Qrammatik mənasına görə hərəkət bildirməsi.
-Təsirlilik bildirməsi.
- İnkarlıq bildirməsi.
- Növ bildirməsi.
Bu, o deməkdir ki, feillər təsirli və təsirsiz olur, təsdiq və inkarda olur, təsriflənən və təsriflənməyən olur, qrammatik məna növləri və şəkilləri var. Şəxsə və kəmiyyətə gprə dəyişmək yalnız təsriflənən feillərə aiddir.
Feillərin hansı qrammatik xüsusiyyətlərə malik olması onun təsriflənən və ya təsriflənməyən olmasından asılıdır. Yadda saxlamaq lazımdır ki, feillər iki böyük qrupa bölünür: Təsriflənən və təsriflənməyən feillər.
Təsriflənən feillər bütün feillərə məxsus olan cəhətlərlə bərabər həm də şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilir. Təsriflənməyən feillər bu xüsusiyyətləri daşıya bilmir.
Feilin quruluşca növləri
Feilin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə feillər bir kökdən ibarət olur. Onlar əsl feillərdir. Məsələn, gəl, gül, iç, gör və s. Sadə feillərə qrammatik şəkilçi əlavə edib onları müxtəlif formalara salmaq olur, ancaq onlar yenə də sadə feil olaraq qalırlar. Məsələn, oxu, oxuyur, oxusun, oxudular və s. Dilimizdə olan bütün sadə feillər mənşəcə milli sözlərimizdir.
Düzəltmə feillər leksik şəkilçilər vasitəsilə isimlərdən, sifətlərdən, saylardan, əvəzlikdən, zərflərdən, feillərin özlərindən və təqlidi sözlərdən düzəlir.
Feil düzəldən şəkilçilər iki qrupa ayrılır:
1) Adlardan feil düzəldən şəkilçilər: Bu şəkilçilər isim, sifət, say, əvəzlik və zərflərə, bəzi
Halda təqlidi sözlərə qoşularaq feil əmələ gətirir. Bu şəkilçilər aşağıdakılardır.
-la2: izlə(mək), gözlə(mək), yellə(mək) və s.
-lan2: lovğalan(maq), dillən(mək), evlən(mək) və s.
-laş2: ayaqlaş(maq), üzləş(mək), qabaqlaş(maq) və s.
-ar2: bozar(maq), ağar(maq), otar(maq) və s.
-al2 (-l): azal(maq), qaral(maq), ucal(maq) və s.
-sa2: qəribsə(mək), susa(maq) və s.
-ik: gecik(mək), pisik(mək) və s.
-imsə: mənimsə(mək) və s.
-aş: yanaş(maq) və s.
-i4: turşu(maq), ləngi(mək), bərki(mək) və s.
-a2: qana(maq), ələ(mək), təngi(mək) və s.
-ilda2: pıçılda(maq), şappılda(maq) və s.
-ırğa: yadırğa(maq) və s.
Qoşulduğu nitq hissələrinə gözər adlardan feil əmələ gətirən şəkilçiləri belə qruplaşdırmaq olar:
İsimdən düzələnlər: baş-la, iz-lə, dil-lən, yol-lan, su-sa və s.
Sifətdən düzələnlər: yaxşı-laş, təmiz-lə, boz-az və s.
Saylardan düzələnlər: bir-ləş, çox-al, az-al və s.
Əvəzlikdən düzələn feillər: mən-imsə, öz-ləş və s.
Zərfdən düzələnlər: irəli-lə, gecə-lə, uzaq-laş, gec-ik və s.
Təqlidi sözlərdən düzələnlər: tıqq-ilda, şapp-ılda və s. 2) Feildən feil düzəldən şəkilçilər:
–il4: döyül(mək), soyul(mək) və s.
-ın4: deyin(mək), oxun(maq), geyin(mək) və s.
-ış4: bölüş(mək), görüş(mək), ötüş(mək) və s.
-dır4: yazdır(maq), aldır(maq), yandır(maq) və s.
-ar2: qopar(maq), çıxar(maq) və s.
-ır4: bişir(mək), köçür(mək), ötür(mək) və s.
-ıt4 (-t): axıt(maq), oxut(maq) və s.
-ümsə: gül(mək) və s.
-ələ: səpələ(mək), eşələ(mək) və s.
-ı: qazı(maq) və s.
-dər: döndər(mək) və s.
-aş2, -ş: yaraş(maq), dalaş(maq), tutaş(maq) və s.
-ız4 (-ğız): qorxuz(maq), qalxız(maq) və s
Düzəltmə feillərin kökü alınma ola bilər, ancaq feil düzəldən bütün şəkilçilər mənşəcə milli şəkilçilərdir.
Mürəkkəb feillər iki və daha artıq sözün birləşməsindən yaranır. Bu birləşmə nəticəsində yaranan leksik vahid yeni bir məna bildirir. Mürəkkəb feillərin yaranma yolları müxtəlifdir:
- Əks və ya yaxınmənalı feillərin birləşməsindən yaranan mürəkkəb feillər. Bu zaman
Birinci tərəf, əsasən, -ıb4 şəkilçisi qəbul edir: oturub-durmaq, gedib-gəlmək, bəzənib-düzənmək və s. Gördüyümüz kimi, bu mürəkkəb feillərdən birinci tərəf ıb4 feili bağlama şəkilçisi qəbul edir. Lakin bu feillər həmin şəkilçisiz də işlənə bilər. Belə olduqda mürəkkəb feil əmələ gətirən feillərdən hər biri qrammatik cəhətdən dəyişə bilər: atır-tutur, oturacaq-duracaq və s. Bu yolla yaranan feillər defislə yazılır.
- Bir sıra mürəkkəb feillər var ki, ayrı yazıılr və tərkibi feillər adlanır. Bunlara ol(maq),
et(mək), bil(mək), qıl(maq) və s. köməkçi feillərinin müxtəlif sözlərlə birləşməsi yolu ilə yaranan feillər aiddirlər: oxuya bilmək, yaxşı olmaq, göz etmək, namaz qılmaq və s.
Et(mək) sözü yerinə yetirmək, həyata keçirmək mənasında işləndiyində müstəqil şəkildə suala cavab verir və sadə feil kimi götürülür: Tapşırıqlarımı etmişəm.
Ol(maq) sözü yaşamaq, qalmaq, iştirak etmək, var olmaq, mümkündür mənasında işləndikdə müstəqil sadə feil kimi işlənə bilir: Biz keçən il Təbrizdə olmuşuq. Mən də bayaq iclasda oldum.
Bil(mək) sözü öyrənmək, tanımaq, məlumatı olmaq mənasında işləndikdə müstəqil sadə feil kimi işlənir: Mən bunu yaxşı bilirəm. Əvvəlcədən bilirdim.
- Mürəkkəb feillərin bir qismi də feili bağlama şəklində olur. Həmin feillər -a2-a2, -ar2-
maz2 şəkilçiləri ilə yaranır: baxa-baxa, oxuyar-oxumaz, gələr-gəlməz və s.
- Frazeoloji birləşmələrin söz birləşməsi olmağı və ya mürəkkəb feil olması nə qədər
mübahisə mövzusu olsa da, hal-hazırda qəbul qaydalarına görə mürəkkəb feil kimi götürülür. Məsələn, canı çıxmaq, ürəyi yanmaq, dilə düşmək və s. Belə sözlər cümlədə sadə feili xəbər kimi təhlil olunur.
Feilin təsdiq və inkarı
Feil hərəkət bildirən nitq hissəsidir. Yadda saxlamaq lazımdır ki, feil hərəkətin icra olunduğunu bildirdiyi kimi hərəkətin icra olunmadığını da bildirir. Bu cəhətdən feillər təsdiq və inkar feillərə bölünür. Hərəkətin icra olunduğunu bildirən feillər təsdiq feillər adlanır. Bu feillərin heç bir xüsusi şəkilçisi olmur. Feillər kök və başlanğıc formada təsdiqdə olur: de, danış, oturt, qoxula və s.
Hərəkətin icra edilmədiyini bildirən feillər inkar feillər adlanır. Bu feillər vurğu qəbul etməyən –ma2 şəkilçisi vasitəsilə düzəlir: demə, danışma və s.
İnkar şəkilçisi olan –ma2 və feillərdən isim və sifət düzəldən –ma2 şəkilçisi omonimdir.
–ma2 feilin inkar şəkilçisi olduqda ona məsdər şəkilçisi artırmaq olur, hərəkət bildirir və qrammatik şəkilçidir. Vurğu qəbul etmir (soruşma), saitlə başlanan şəkilçi artırıldıqda saitini itirir: al-m-ır və s.
–ma2 feildən isim və sifət düzəldən şəkilçi olduqda isə əlamət və əşya adı bildirir (qovurma, hörmə və s.), leksik şəkilçidir, vurğu qəbul edir, saitlə başlanan şəkilçi qoşulduqda bitişdirici samit tələb edir: qovur-ma-nı, dordur-ma-ya və s.
Feilin zamanından asılı olaraq –ma2 inkar şəkilçisinin saiti ixtisar oluna bilər. Məsələn, oxu-m-ur-san, de-m-ər-əm və s. Bu hal indiki və qeyri-qəti gələcək zamanların inkarında baş verir.
Bəzi feillər var ki, onların inkarı –ma2 şəkilçisi ilə düzəlmir. Lazım şəkli deyil sözü ilə inkarda olur. Məsələn, oxuyası deyiləm, deyəsi deyilik və s. Bu mənada oxumayasıyam, deməyəsiyəm formaları doğru hesab olunmur.
Feilin vacib şəklinin inkarı həm –ma2 şəkilçisi, həm də deyil sözü ilə düzələ bilir. Məsələn, deməməliyəm, deməli deyiləm və s.
Təsirli və təsirsiz feillər
Feillər hərəkətin obyektə münasibətinə görə iki qrupa bölünürlər: təsirli və təsirsiz feillər.
Özündən asılı olan (yəni idarə etdiyi) sözün ismin təsirlik halında işlənməsini tələb edən feillərə təsirli feillər deyilir. Təsirli feillərlə əlaqəyə girən sözlər ismin təsirlik halının suallarına cavab olur. Məsələn, kitabı (nəyi?) al, məktubu (nəyi?) oxu və s.
Özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən feillərə təsirsiz feillər deyilir. Məsələn, Xörək (nə?) bişdi. Səndən (kimdən?) yazılıb və s.
Müəyyən leksik şəkilçilər artırmaqla təsirli feillərdən təsirsiz feillər, yaxud əksinə, təsirsiz feillərdən təsirli feillər düzəltmək olar.
Təsirli feillərdən təsirsiz feil yaradan şəkilçilər: -ıl4 (-l), -ış4, -ın4 (-n).
Təsirsiz feillərdən təsirli feil yaradan şəkilçilər: -dır4, -ır4, -ar2, -ıt4 (-t), -dər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur cütlük BOŞANDI-SƏBƏB
ABŞ-la Rusiya arasında buz əriyir
Yağış, sulu qar və külək
Robert Jurakın əl işləri
Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO
Hava haqqında - 22.12.2013
Sızanaqlar üçün maska
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Bərbərlər bu cür saç düzəltməyəcək
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
Depressiyadan rəsm çəkərək xilas oldu
Romantik yataq otağı dekorasiyası
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
Azərbaycanda əmək haqları artacaq
Operatordan qəribə addım - VİDEO
Noyabrın ilk gününün HAVAsı - XƏBƏRDARLIQ
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
Gələn il neçə gün istirahət olacaq?
9 yaşına kimi ana südü ilə qidalandı-FOTO
Məleykə Abbaszadə TQDK-nın ləğvindən DANIŞDI
Günün ulduz falı
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Kivi mürəbbəsi (foto-resept)
Evdə saç jelesi hazırlayaq
Türkiyə bu axşam möhtəşəm matça hazırlaşır
Pul insanı necə məhv edir?
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Balqabaq sıyığı(foto resept)
Məşhur müğənni islamı qəbul etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Borclarınız varkən evlənməyin
Ən gözəl körpülər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Hadrutda küçələrə şəhidlərin adları verildi
Bakıda yeni ölü dirildənlər
Yaradıcılığını makiyajla göstərdi
Castin Biber keçəl oldu - FOTO
Evləndikdən 3 dəqiqə sonra boşandı
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Tehranda hotellərin QİYMƏTLƏRİ
Firefox-lu ilk LG
Doğulan körpələrin çoxu oğlandır
Günün ulduz falı
Maraqlı faktlar
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə
- ŞƏRHLƏR