Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.
1919-cu ildə gələcək şairə altı yaşında olanda Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.
İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. "Zəfər nəğməsi" (1943), "Şeirlər" (1949), "Anaların səsi" (1951), "Yol xatirələri" (1957), "Dənizin səsi gəlir" (1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.
Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Onun poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı vətən torpağının gözəlliyinə - gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarları, dünyamızda baş verən fərəhli və nisgilli hadisələr, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördükləri şeirə çevrilib. Daim nikbin olan Nigar Rəfibəylinin ən kədərli şeirində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Çünki onun şeirləri saf bir nəfəsdən, könüldən doğan və ürəyə ünvanlanan bahar nəğmələri kimi yaşıldır. Bu şeirlərin ahəngində qəribə bir zəriflik duyulur. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.
Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər də yazıb. Belə ki, onun "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsindən bəhs edən qüvvətli lirik əsərlərindəndir.
Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə "Şərəf" nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Saçları bəsləyən qidalar
Bakının piyada kamikadzeləri
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Yaz gəlinlik nümunələri
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Albalı piroqu (foto resept)
Uşaqlar üçün moda
Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə
Qadınlar bayramı haqda ilginc həqiqətlər
Evdə hazırlaya biləcəyiniz saç boyaları
Cazibədar dodaqlar
Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar
Müdafiə Nazirliyindən düşmən hücumu iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda poliklinikaların sayı artırılır
Ərdoğan prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
"Rafaello" tortu (foto resept)
Google-da Apple-dan istifadə olunur
Oqtay Şirəliyev Xızıdakı qəzada yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta gedib
Gözəl göz makiyajları
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub-FOTO
Gənc xanımlar üçün çanta modelləri
Atatürk hansı komandanın azarkeşi olub?
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Güclü təsir edən dərmanların satışı ilə bağlı apteklərə məhdudiyyət qoyulubmu?
Reynmen koronavirusa yoluxdu
Bol tərəvəzli skumbriya(foto resept)
Şokoladlı desert
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
İyun ayında hava necə olacaq?
Kral ailəsi övladlarını necə BÖYÜDÜR?
Rənglərin mənaları və təsirləri
30 yaşdan sonra hamiləlik
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
2012-ci ilin gəlinlik saç modelləri
Günün ulduz falı - 18.03.2014
Günün ulduz falı
Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?
Bakıya yağış yağacaq
Daha yaxşı münasibətə sahib olmaq üçün...
20 ilin ən güclü tornadosu olub
Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq
İmtahan vermiş abituriyentlərin NƏZƏRİNƏ
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Zehni açan qidalar
Boğaz körpüsünü Adriana Limaya bağışladılar
Saçlarınızı dəsmalla qurulamayın
Demək Akalın qəzəbləndi-FOTO
- ŞƏRHLƏR