Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Yeni ana olanlar üçün 36 qızıl qayda

Qadınlar 3 qrupa ayrılır:

1. Ana olanlar

2. Ana olmayanlar

3. Yeni ana olanlar

Əgər siz,üçüncü qrupa daxilsinizsə,onda əmin olun ki,başınıza qəribə,qeyri-adi və gülməli hadisələr gələcək.

 

 

 

 

 

1. Hamilə olduğunuzu eşidən kimi ətrafınızdakı qadınlar özlərinin hamiləlik,doğuş və s. tarixçələrini az qala başdan-ayağa və bütün xırda detalları ilə sizə danışmağa başlayacaqlar.Və siz buna qulaq asmaq məcburiyyətində qalacaqsınız.

2. Körpənizin bapbalaca corablarını paltaryuyan maşında itirəcəksiniz.

3. On dəqiqədən az vaxtda həm çiməcək,həm saçlarınızı qurudacaq, həm də paltarınızı dəyişəcəksiniz.

4.Sizdən əvvəl övlad sahibi olmuş rəfiqələrinizin nəyə görə sizə vaxt ayıra bilmədiyini başa düşəcəksiniz.

5. Səkkiz saatlıq davamlı və gözəl bir yuxunun xəyallarını quracaqsınız.

6.Körpənizin artan çəkisinin hər bir qramı və uzanan boyunun hər bir sm-i ilə qürur duyacaqsınız.

7.Körpənizin dırnaqlarını tutarkən əlini kəsməkdən  qorxacaqsınız.

8.Çox marağında olduğunuz jurnalın yeni bir səhifəsini oxuya bilmək və ya yeni bir seriala baxa bilmək üçün sadəcə dua edəcəksiniz.

9.Körpənin ağladığını göstərən monitoru eyvandan yerə tullamaq istəyəcəksiniz.

 

10.Ən sevimli donunuzu yuduqdan sonra onu ütüləməyə nə vaxtınız qalacaq,nə də həvəsiniz

11.Yeni ana olmuş xanımın enerjini haradan aldığını heç cür anlaya bilməyəcəksiniz.

12.Özünüzü başqaları ilə müqayisə edib,belə qərara gələcəksiniz ki,dünyada sizdən yaxşı ana,övladınızdan şirin bala yoxdur.

13.Uşağınızın gələcəkdə öskürən və burnu axan uşaqlarla bir məktəbə gedecəyini düşünüb narahat olacaqsınız.

14.Bir daha başqasının uşağının əlinə və üzünə toxunmayacaqsınız,çünki başqaları sizin uşağınıza toxunduqda keçirdiyiniz hisslər yadınıza düşəcək.

15.Körpəniz gecələri  rahat keçirməyə başlayanda,əvvəlki yuxusuz gecələri tyadınıza salmaq istəməyəcəksiniz.

16.Bəzi sabahlar körpənizi qucağınıza almaq üçün tələsərək yatağınızdan qalxacaqsınız.bəzən isə sizi yuxudan güclə oyandırmaq lazım olacaq.

17.Kafeinin kəşf edilməsinə şükür edəcəksiniz,Yoxsa yuxusuz gecələr qeyri-mümkün.

18.Atası burnunu tutanda,siz də körpənizin altını təmizləyəndə,özünüzü elə aparacaqsınız ki,guya ondan heç iy gəlmir

19.Qış aylarında evdən çıxanda körpənin az qala bütün paltarlarını geyindirmək istəyəcəksiniz.

 

 

 

 

20.Həyat yoldaşınız uşaqla gəzintiyə çıxanda ,onun cib telefonunun yanında olduğundan əmin olmaq istəyəcəksiniz.

 

21.Özünüzü hər zaman “heç nəyə vaxtım çatmır,hələ nə qədər iş görməliyəm” deyən görəcəksiniz.

22. Küçədə tək gedəndə sanki qol-qanadınızın  olmadığını və ya nəyisə itirdiyinizi hiss edəcəksiniz.

23.Başqa bir uşağı öz uşağınız qədər çox istəməyin mümkün olub-olmadığını düşünəcəksiniz.

24.Körpənizin keçəl başından tük çıxmağa başlayanda sevindiyinizdən uçacaqsınız.

25.Dincəlməyə gedəndə uşağınızın ehtiyacı olan və olmayan  bütün əşyaları götürəcəksiniz-amma öz diş fırçanız və günəş gözlüyünüz yadınızdan çıxacaq.

26.Körpənizin ilk dəfə rəqs etdiyini görəndə sevincdən az qala dəli olacaqsınız.

 

27.Körpənizi parka apara bilmək və yelləncəkdə yelləndirmək üçün axşam yeməyini kolbasa və pendirlə də keçinməyə razı olacaqsınız.

28.Həyat yoldaşınızı xoşbəxtlikdən gözləri dolmuş halda yaxalayacaqsınız.

29.Körpənizin şəkillərini elektrin poçtla dostlarınıza yollamaqdan və ya telefonda göstərməkdən yorulmayacaqsınız.

30.Körpənizin geyim ölçüləri böyüdükcə həyəcanlanacaqsınız.

31.Uşağı olmayan rəfiqələrinizlə görüşmək sizə o qədər də maraqlı olmayacaq.

32.Körpənizə yemək yedizdirərkən üst-başınızın yeməyə batmağına alışacaqsınız.

 

 

 

 

33.Körpənizin ilk kəlməsi “ata” olsa,buna acığınız tutmayacaq.”Hər halda “ata” demək onun üçün çox asandır” deyə özünüzə təskinlik verəcəksiniz.

 

34.Körpənizin şəkilini çərçivədə az qala həyat yoldaşınızın şəkilinin üzərinə qoyacaqsınız.

35.Körpəniz bir yaşına çatdıqda xoşbəxtlikdən nə edəcəyinizi bilməyəcəksiniz.Onu bir yaşına problemsiz çatdıra bildiyiniz üçün.

 

36.Həyatda ən böyük qazancın övlad olduğunu düşünəcəksiniz.Elə ən böyük həqiqət də budur.

 Əzizlərim,bu xəbəri yazarkən bir bilsəniz necə xoş təəssüratlar yarandı məndə.Necə xoş duyğular bəxş etdi...Bütün subay qızlarımıza özümə də həmçinin  gözəl ailə qurub,övlad sahibi olmağı arzu edirəm.Ailə qurub, övlad həsrətində olan bütün xanımlarımıza da Uca Tanrıdan  övlad bəxş etməsini diləyirəm amin  inşallah.

Səslərin sayı: 45
190
22796
loading...
Şərhlər
Offline
bsa
he duzdu menimde 3 ayliq baldanda wirin balam var.Onun her gun bir teze hereketi meni en xowbext qadin eliyir.Ana olmagdan gozel hec ne ola bilmez.Allah haminin evinde korpe qixiltisini ewitdirsin. Amin
1 fevral 2011 10:41
Offline
Flowers
ALLAH bu sirin korpelerden tez 1 zamanda bizim aileye de qismet etsin. deyerli meslehetlerinize gore sag olun!
1 fevral 2011 09:48
Offline
Rəna
Sitat: Gozellik ilahesi


Yeni ana olanlar üçün 36 qızıl qayda - Dünən, 14:58


Chox sagol canim. Seninde hemchinin, gozel aile seadeti,xoş anlar nesibin olsun insallah
31 yanvar 2011 18:49
Offline
AMG
ay Fatma xaaaniiiimmmmm.ee qeribe oldum ee.ele gulumseyirdim xeberi oxuduqca.men korpeleri hemişe qisqanirdim.bele gozel oldugunu hech bilmirdim.amma indi eminem ki,başqasi hamile iken ona nece hesed apararam feel
31 yanvar 2011 16:22
Offline
Pərvanə
Sitat: Sada

inşAllah 1 aydan sonra 2-ci defe ana olacam. gorxuram 4 yaşli ogluma olan mehebbetim azalsin, chox gorxuram uşaga pis tesir ede chunki nazini chox chekmişik

İnşallah sağ salamatbalanızı qucağınıza alarsınız.
Sizə ou deyim ki,sizin sevginiz hec zaman bitmeyecek oğlunuza qarşı,amma oğlunuzda qısqanclıq hissi olacaq.cunki bu mənim basima gəlib bilirəm oğlum olanda qizlarim nece qisqanırdilar.mənə deyirdiər ki,apar qaytar onu xəstəxanaya wink sən bizim mamamızsan. wink Sonradan basa saldim yavaş yavaş alışdılar ki,bu onarin qardaşıdır.İndi bir-biriərii cox istəyirlər
31 yanvar 2011 13:36
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Gozellik ilahesi
Sitat: Sada
inşAllah 1 aydan sonra 2-ci defe ana olacam. gorxuram 4 yaşli ogluma olan mehebbetim azalsin, chox gorxuram uşaga pis tesir ede


aaay...ne gozel xeber ....Tebrik edirem qadasi.Sag-salamat...Amma qadasi siz sadaca ozunuzu onceden heyecanlandirirsiniz.Can ne qorxmayin,ne narahat olmayin.Neçe uşaginiz olursa olsun sizin ana qelbiniz uşaqlariniz arasinda olan sevgini esla azalda bilmez omrum.Boyuk ovladiniza indiden deyin ki bu yaxinlarda qaqaşin ya bacin yoldadi gelirler smile Ovladiniz da heveslenib bu gelişi sebrisizlikle gozleyecek laughing .Canim menim,inşallah yaxşi olar.Ozunuzu darixdirmayin


Sitat: Seva_fno
.insallah basima tezlikle gelsin bilim:)


İnshallah canim.amin.bu gozel anı paylasharsan bizimle ozu de mehz bu xeberde:)


Sitat: Niyar
HELE BİR OĞLUMU GORSEN NECE ŞİRİN MAMA DEYİR.AY ALLAH O,MAMA DEYENDE ONUN DODAQLARİNİ O,QEDER ÖPÜREM Kİ,AZ QALA YEYEM

Caaaaaaaaaaaaaaaann.....Allah saxlasin omrum.Kecen defe senin ad gunu xeberinde gordumushdum balacanin shekilini.Mashallah ele ozu de shirin goycek ushaqdir.Men de opurem onun ton-ton yanaqlarindan smile

Sitat: DENIZ_7
canim men ana olanda bura gelende ancaq yuxusuzluqdan shikayetlenecem,

Eybi yox qadasi,yeter ki o gozel aile seadeti,xosh anlar nesibin olsun,bu tip shikayetlerin hamisi qebuldu smile
31 yanvar 2011 12:35
Offline
yekta
Sitat: GULSEN333
ALLAHIN KOMEKLIYI ILE 6 AYDAN SONRA MENIDE BUNLAR GOZDUYUR

Sitat: Sada
inşAllah 1 aydan sonra 2-ci defe ana olacam.

sag salamat dunyaya getirin İNŞALLAH! ALLAH KÖMƏYİNİZ OLSUN
31 yanvar 2011 12:29
Offline
Fatma xanım
Sitat: Sada
inşAllah 1 aydan sonra 2-ci defe ana olacam. gorxuram 4 yaşli ogluma olan mehebbetim azalsin

sağ salamat ama qorxma ana ürəyi böyükdü lap 10 dənə də olsa hamısına sevgisi eyni olur
31 yanvar 2011 12:27
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♡ GÜLŞƏN.A.D.A ♡
Gozellik ilahesi,
Fatma,
SAGOLUN TESEKKURLER.
31 yanvar 2011 12:26
Offline
Fatma xanım
Sitat: GULSEN333
AYDAN SONRA MENIDE BUNLAR GOZDUYUR TEKRAR SAGOLUN

indidən Təbriklər sağ salamat olsun
31 yanvar 2011 12:24
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Gozellik ilahesi
Sitat: GULSEN333
ALLAHIN KOMEKLIYI ILE 6 AYDAN SONRA MENIDE BUNLAR GOZDUYUR


Xeyirli olsun qadasi.inşallah sag-salamat
31 yanvar 2011 12:23
Offline
♡ GÜLŞƏN.A.D.A ♡
men size cox sagol deyirem bu cur gozel xeber ucun insallah ALLAHIN KOMEKLIYI ILE 6 AYDAN SONRA MENIDE BUNLAR GOZDUYUR TEKRAR SAGOLUN smile
31 yanvar 2011 12:21
Offline
Zeriş
hamısını xatırladım hələ ilk dəfə çimizdirəndə necə həyacanlanırsan
31 yanvar 2011 12:18
Offline
leylahuseynova
19.Qış aylarında evdən çıxanda körpənin az qala bütün paltarlarını geyindirmək istəyəcəksiniz.
Bizrincide xam olursan axi ela bilirsen ki usuyecek lol
26.Körpənizin ilk dəfə rəqs etdiyini görəndə sevincdən az qala dəli olacaqsınız. Hele yixilib duramagini gorende lap lezet edir. fellow

Xebere gore sag olun
31 yanvar 2011 10:56
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Revane
Sitat: Selcan_Xatun
Cannnnnnnnn,gondermek mumkun olsaydi,sene gondererdim,amma deyesen teyyareye bele mehsullari buraxmirlar,he?
Revane,hec orda türk qonşun filan varmı?Bax onlardan öyrene bilersen burdan nece göndermek olar ora.

Ay cox saq olun Selcan xanim. Bele sulu mehlullari poct vasitesi ile gondermek mumkun olmur. Ancaq ehtiyatli yuk kimi gonderile biler oda coooox bahadir. Men bir defe bakidan 300 q-liq ehtiyatli yuk gonderirdim, ona gore menden 60 dollar aldilar, inanin meqlebi eşidende dedim men baqlama ile birikde getmirem eee, bu elimdeki balaca baqlamani gonderirem wink
Artiq bir az boyuyub, bir azda boyusun ozune yuduzduracam wink
31 yanvar 2011 02:52
Offline
Ceylan Mumoğlu
Revane,
Ele indice anam demişken "bir taya" uşaq paltar yumuşam, balaca-balaca, didix-didix şeyleri yumaqdan barmaqlarimin ucu gedib

Cannnnnnnnn,gondermek mumkun olsaydi,sene gondererdim,amma deyesen teyyareye bele mehsullari buraxmirlar,he?
Revane,hec orda türk qonşun filan varmı?Bax onlardan öyrene bilersen burdan nece göndermek olar ora.
31 yanvar 2011 02:28
Offline
Revane
Sitat: Selcan_Xatun

Niye özüne eziyyet edirsen,hazırda maşınlar üçün hazırlanan rendelenmiş sabunlar satılır.Burda var misalcun.Amma men daha effektli bir variant seçmişem.Uşaqlarda qaşınma filan yaratmayan Dalin sulu paraşoku.Körpeliyinden bunu istifadeye başladım,heç bir problem de olmadı.Qoxusu da enfes)

Selcan xanim kaşki olsa idi burda ele mehsullardan, yoxduuuu. Bunlar başi qarişib ancaq pendir duzeltmeye, bele uşaq ucun xususi paraşok ve ya sulu mehlul yoxdu. Bilirdim bele mehsullar var ancaq bele mehsullarin şekillerine baxmaqla kifayyetlenirem recourse
Ele indice anam demişken "bir taya" uşaq paltar yumuşam, balaca-balaca, didix-didix şeyleri yumaqdan barmaqlarimin ucu gedib recourse
31 yanvar 2011 02:26
Offline
Yeter
Yazilanlarin hamisi ana olandan sonra bir bir olur,ana olmaq gozel duygudu.
usaq hesretinde olanlarada qismet olsun.insallah
31 yanvar 2011 00:32
Offline
C
coox maraqli xeberdir.adam lap inanilmaz sozle ifade edile bilmeyecek bir hisse qapilir.ne bilime.ele ana olmaq istedim.ALLAH butun subay qizlarimizi o pilleye catamagi qismet elesin.. cox cox tsekkuyrler GOZELLIK ILAHESI .SES DE VERDIM XEBRINE.BUNA LAYIQSEN
31 yanvar 2011 00:22
Offline
yekta
Selcan_Xatun,
ay selcan xanım, bundan məncə yoxdu axı azərbaycanda. nə maraqlı fikirləşiblər
31 yanvar 2011 00:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!