Bakıda hava 19°
USD AZN
EUR AZN
09:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41082

Hüquqşunas məsləhəti

Hüquq - pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir.

Hörmətli istifadəçilər!
Bir çox məqamlarda yaranan problemlərin səbəbi insanların öz hüquq və vəzifələrini bilməməsidir. Bəzi hallarda isə, kimlər üçünsə sıradan səslənən bu sözlər böyük problemlərə səbəb olur.
Bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikası Qanunvericiliyi ilə bağlı suallarınızn cavablandırılması, paytaxt və regionlarda hüquqlarını bilməyən və bu səbəbdən çıxılmaz vəziyyyətdə qalmış insanların problemlərinin həllində yardımçı olmaqdan ibarətdir.

Suallarınızı Dövlət Qulluqçusu, hüquqşünas Murad Kərimov cavablandıracaq.

Diqqət! - Suallarınızı təkrarən yazmağa ehtiyac yoxdur! Həmçinin eyni sualı müyyən vaxt keçdikdə belə təkrarən yazmayın! Sualı yazmamışdan əvvəl, "sual arxivinə" nəzər salın.
Zəhmət olmasa, etik qaydalar çərçivəsində hərəkət edin! Əks halda bir daha bu xidmətdən istifadə hüququnuz olmayacaq!
Diqqətinizə görə təşəkkür edirik! 

Haqqın hər zaman sizin tərəfinizdə olması diləyi ilə...

Səslərin sayı: 40
328
138237
Şərhlər
Offline
Lalelik
Salam. Coix xahiw edirem menimde suallarimi cavablandirin.
Yoldawim 07.12.2013-tarixde iw qezasi zamani rehmete getdi. ozel neft wirketlerinden birinde caliwir.Meni iwe qebul etdiler. 6 yawli qiz ovladim var. Yoldawim evin tek oglu olub. Indiyse o evden cixmiwam.Bilmek isterdim:
1.Menim bu wirketden teleb edeceyim huququm..
2. Ovladima duwecek pul meblegi
3. Dovletin ayiracagi pul
4. Yoldawim iw weraitinde sigortali idi. ve mene deyildiki sigorta pulu verilecek.. amma helede verilmeyib ve qanunda bu hansi meblegde tutulur.
5.En son yawadigim evden mene ve uwagima duwecek pay. Ev qaynatamin adinadi ve biz orda qeydiyyatdayiq. Ev ozellewdirilmiw evdi.
24 yanvar 2014 12:23
Offline
zulfiyye esgeova
salam murad muellim sualim yarimciq qalmisdi. demek isteyirdim ki 10 ilden sonra onlar usaqi menden ala bilerler. usaqimin atasi yazdiqim kimi 2 il olar ki,tutulub. indi usaqimin 5 yas yarimdi bir defe de olsun gelib gormeyibler, alimentde vermeyib, hec demek olar ki maraqlanmayiblar. onlar usaqi menden ala bilerler? xahis edirem sualima cavab verin. onlar bilirdiler ki men usaqimi cox istiyirem. belke de meni onan qorxuzurlar.ki men onlara qayidam.
24 yanvar 2014 01:34
Offline
aywe guleliyeva
salam vekil bey sosial yardim nece insanlara dusur?ve hansi senedlerle duzelmek olar sosial yardim almaqcun??tesekkurler onceden?
23 yanvar 2014 23:43
Offline
GULNARE
salam Murad bey biz baba yurdunda yasayiriq ev babamin adinadi babam rehmete gedib ve qardasimin adina vekalet verib atamgil 8 usaqdilar indi biz evi qardasimin adina nece kecirde bilerik bunun ucun hansi senedler lazimdi
23 yanvar 2014 18:38
Offline
Lalelik
Salam.

Yoldawim 07.12.2013-tarixde iw qezasi zamani rehmete getdi. ozel neft wirketlerinden birinde caliwir.Meni iwe qebul etdiler. 6 yawli qiz ovladim var. Yoldawim evin tek oglu olub. Indiyse o evden cixmiwam.Bilmek isterdim:
1.Menim bu wirketden teleb edeceyim huququm..
2. Ovladima duwecek pul meblegi
3. Dovletin ayiracagi pul
4. Yoldawim iw weraitinde sigortali idi. ve mene deyildiki sigorta pulu verilecek.. amma helede verilmeyib ve qanunda bu hansi meblegde tutulur.
5.En son yawadigim evden mene ve uwagima duwecek pay. Ev qaynatamin adinadi ve biz orda qeydiyyatdayiq. Ev ozellewdirilmiw evdi.

Cox xahiw edirem etrafli melumat verib komek edesiniz.. Onceden tewekkurler..
23 yanvar 2014 08:51
Offline
fidan
salam murad bey.4 ilime kecib evliliyim bir oglum var 2 yas 4 ayliqdir.bosanmaga qerara almisam.onlarin evinede qeydiyyatdayam.bosananda ne teleb ede bilerem yoldasimdan?
22 yanvar 2014 21:45
Offline
zulfiyye esgeova
Salam murad muellim xahis edirem sualima cavab verin. bu cavab menim ucun cox vacibdir. cox saq olun. murad mueelim mehkememiz olanda qaynenem dedi ki, 10 il saqla usaqi 10 ilden sonra tutub elinden alacam.
22 yanvar 2014 21:38
Offline
fatosh
salam menim sualma cavb verdiniz ki usaxin anasi veya atasi azeri vetansdisa azeri vetandasi olacax menim dogumum gurcusdanda olacax ve bide usax kimin soy adini dasiyacaxx ve azeri vetdandasi olanmenem yoldasim gurcusdan vetandasidi bida dogumdan sora men azer baycana kececem usaxin mitrka isi nece olacax usax gurcusdanda dogulub azeri atandasi ola bilecekmi sora gurcusdanda azerbaycana nece kececek
22 yanvar 2014 17:49
Offline
zulfiyye esgeova
cox saq olun cavabiniz gore murad muellim. bir problemimde var. xahis edirem sualima cavab verin. 4 ildirr ayrilmisam, amma 2-3 il olar ki esitmisem ki tutulub. men usaqimin atasinin soy adini dasimaqini istemirem. usaqima babasinin (yeni atamin soyadini vermek isteyirem ) nece edim mene bir meslehet verin. men bunu hansi qanuni yolla yerine yetire bilerem. amma bu isi onlarsiz, onlarla uzlesmeden, yerine yetire bilerem. menim haqqim catir usaqa oz soyadimizi vermeye?indiye kimi ne aliment, ne de usaqi gormeye gelibler.
20 yanvar 2014 00:57
Offline
Murad Kərimov
zulfiyye esgeova,
Salam! Xeyr xanim narahat olmuyun.Siz usaq 18 yasina catana qədər aliment almaq hüququnuz var və bunu heç kim məhdudlaşdıra bilməz

sefeq necefova,
Xeyr xanim bu bele deyil.Eger siz vekil tutacaqsinizsa vekile verdiyiniz pul birde mehkemede qaldirdiginiz iddia ucun dovlet rusumu odeyeceksiniz.

bunyadbabayev,
qanunvericilik konkret olaraq mueyyen etmiyibki usaq hansi valideynin yaninda qalmalıdı.Ancaq usağın qayğısına düzgün qalmaq üçün məhkəmə təcrübəsində usaq ananın yanında saxlanılır

fatosh,
Xanim qanunvericiliyə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan usaq Azərbaycan Respublikasının vətəndaşıdı
19 yanvar 2014 18:02
Offline
fatosh
salam menim 1996 tavalutam ve 35 hafdalik hamilayam va azerbaycan vatanadsyam heyat yollldasim isi gurcusdan vatandasidi usax azerbaycan vatandasi olsun isdiram ve zaksimda yoxdu
18 yanvar 2014 17:55
Offline
bunyadbabayev
bosanmis ailelerde usaqlar valideynlerden hansina ve neye gore dusur madde ve mecelleni gostermeyinizi xahis edirem.
17 yanvar 2014 23:30
Offline
sefeq necefova
salam.menim padruqam bosanmaq isteyir.o bilmek isteyirki.bosanmaq ucun pul cox lazimdi.deyilene gore pul cox cixir bu beledimi/
17 yanvar 2014 23:05
Offline
zulfiyye esgeova
salam murad muellim. size bir suallim var. men ayrilmisam. atasi aliment vermekden boyun qacirdi. mende ona eyilmemek ucun dedim ki menim onun puluna ehtiyacim yoxdur. amma ne vaxtsa o meni usaqi gormekle istemesi ile narahat etse men onu mehkemeye yeniden aliment almaq meqsedi ile mehkemeye muraciet ede bilerem? amma onlar iddia qaldirdi ki usaqi heftede bir defe gormek huququ verildi onlara bosandqdan sonra. amma usaqin 5 yasi var indiye kimi hele gelib gormuyub. menim alimenti istememeyim , menim ne vaxtsaaliment teleb etmeyime bir maniye olmayacaq ki? xahis edirem menim sualimi cavablandirasiz.
17 yanvar 2014 01:59
Offline
allahin qulu
salam murad bey meni cox sevindirdiz allah sizden razi olsun amma qadinin nigahnamesi yoxdur bu problem olmaz ki?
16 yanvar 2014 19:36
Offline
Murad Kərimov
sehla mikayilli,
Salam xanım! Qanunverici alimenti usağın yetkinlik yaşına qədər ödənilməsini nəzərdə tutur.Sizin yaşınız 20 olduğu üçün sizə aliment düşmr.

Leyla Ali,
Salam xanim! AR Ailə Məcəlləsi
Maddə 130. Övladlığa götürmənin gizli saxlanması
130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.
130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.
130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Bu əsasa görə sizə hər hansı informasiyanın verilməməsi qanuni haldı.

kamaa,
Salam xanım!
"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Əgər xanım sizin ümumi ailə gəlirləriniz adam başına 100 manatdan azdırsa bəli sizin ailəyə ünvanlı sosial yardım düşür

нармина,
Salam xanım! Qanunverici usağın doğumuna görə ödənilən birdəfəlik müavinətin verilməsindən imtina üçün hər hansı müddət nəzərdə tutmuyub.Əgər siz çalışırsınızsa usağın doğum şəhadətnaməsini və VVAQ-dan ( zaksdan) verilən arayışla birlikdə DSMF-ye müraciət etməlisiniz

Tesnim,
Salam xeyr düzgün deyil

Melek Baxishova,
Salam! Xeyr yoxdu. Aliment öhdəlikdi və yoldaşızın valideynləri onun üçün məsuliyyət daşımırlar.

Rüzgar,
Salam bunun üçün Tibbi-Sosial Ekspert komissiyasından keçmək lazımdı

Dost sevgisi,
Sizin suallarınızı artıq cavablandırmışıq

нармина,
"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Əgər xanım sizin ümumi ailə gəlirləriniz adam başına 100 manatdan azdırsa bəli sizin ailəyə ünvanlı sosial yardım düşür

Ramil Quliyev,
Salam. Əgər evinizin mlkiyyətşisi ananızdırsa belə oln halda o sizi kompensasiya verməklə evdən çıxara bilər.Beləki bu ona qanunverici tərəfindən verilən hüquqdu və bu hüququ siz məhdudlaşdıra bilmərsiniz.Eviniz paylı mülkiyyet olmadığından siz evi böldürə bilmərsiniz

xeyale bedelova,
"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Əgər xanım sizin ümumi ailə gəlirləriniz adam başına 100 manatdan azdırsa bəli sizin ailəyə ünvanlı sosial yardım düşür.

Heyat_sevilen,
Salam bəli rəhmətə gedən şəxsin əzizlərinə ölənin əmək haqqısının 3 misli həcmində müavinət ödənilməlidi.

eliyeva damla,
Salam xanım! Xeyr siz qeydiyyatdan cıxmaq üçün hər hansı pul ödəməli deyilsiniz.Qaldıkı ikinci məsələyə şəxs yaşayış yerini dəyişirsə və yeni yaşayış yerinə köçürsə 10 gün müddətinə yaşayış yeri üzrə qeydiyyata alınmalıdır.Ama bir məsələ var ki gərək evin mülkiyyətçisi sizin qeydiyyata düşməyinə icazə versin.

samire veliyeva,
Salam xanım! Əgər həqiqətəndə torpaq sizə ayrılıbsa siz bunu məhkəmədə sübut etməlisiniz.Daha sonra əqdin etibarsiz olunmasini tələb etməlisiniz.

allahin qulu,
Bəli düşür.Bundan ötrü yaşayış yeri üzrə Əmək və Əhalinin Sosisal Müdafiəsi Mərkəzinə müraciət etmək lazimdi.

zeynalova nezrin,
Bəli düşür.Bundan ötrü yaşayış yeri üzrə Əmək və Əhalinin Sosisal Müdafiəsi Mərkəzinə müraciət etmək lazimdi.

AYNUR HACIYEVA,
Salam Xanım! Bəli evin mülkiyyətçisi qaynananızdırsa o sizi evindən çıxarılmasını tələb edə bilər.Bu onun mülkiyyətçi hüququdu.Siz Appelyasiya məhkəməsinə müraciət edə bilərsiniz ama bu heç nəyi dəyişməyəcək.Birdə əgər siz evə qeydiyyata düşərkən qaynananız sizin evə qeydiyyata düşmıyinə notarial qaydada icazə veribsə belə olan halda siz məhkəmədən yaşayış sahəsinə istifadə hüququnuzun tanınmasını tələb edə bilərsiniz.
16 yanvar 2014 17:57
Offline
AYNUR HACIYEVA
SALAM MURAD BƏY.MƏN AİLƏLİYƏM,BİR ÖVLADIM VAR.QEYDİYYATIM QAYNANAMIN EVİNƏDİR.HAL-HAZIRDA O EVDƏ YAŞAMIRAM.QADIN MƏNİ QEYDİYYATDAN ÇIXARACAĞI İLƏ HƏDƏLƏYİR.BOŞANMAMIŞAM.SUALIM BUDUR Kİ,HƏQİQƏTƏN O MƏNİ QEYDİYYATDAN ÇIXARA BİLƏRMİ,ƏGƏR ÇIXARARSA MƏNİM SONRADAN APPELYASİYA MƏHKƏMƏSİNƏ BUNUNLA BAĞLI ŞİKAYƏT ƏRİZƏSİ VERMƏ HÜQUQM VARMI VƏ MƏNİM SONRAKI İŞİM NECƏ OLACAQ BU HALDA MƏN NƏ EDƏ BİLƏRƏM.CAVABINIZI GÖZLƏYİRƏM,TƏŞƏKKÜR
11 yanvar 2014 16:46
Offline
gf
salam heyat yoldasimin maasi yazida 500 manata qederdi amma uzaq basi 350 manat pul alir o da baxir bayramlara tetillere cunki onda pulunu tuturlar hokumet iscisidir 3 usaqim var biri 4 biri 3 biride 2 yasindadir men hec bir yerde islamirem adimiza da hec bir sey yoxdu ne ev ne de masin qaynanam gille birlikde qaliriq yoldasim evin tek usagidir bize sosial muavinet dusur cavablandirsaz sad olaram
8 yanvar 2014 21:21
Offline
allahin qulu
salam men bir qadin qohumum var onun ailesi vefat edib.58 yasi var tekdir hec yerdende geliri yoxdur ona pensiya yada sosial yardim dusur?bir ovladida var ere gedib,adinada hec bir sey yoxdur.cavab verin coox xahis edirem.
8 yanvar 2014 01:22
Offline
samire veliyeva
SALAM. Menim 2 usagim 6sot torpagim var. Yoldasimdan 4 ildir ayrilmisam. Birge yasayis dovrunde aldigimiz torpagi saxtalasmis senedle, yoldasim kecmis qaynatamin adina kecirib. 1 ilden artiqdir ki mehkemelerde surumnurem 2 usagimin haqqin teleb edirem. Cavabdeh memurlar mene komek etmirler vekilim de var, bu isin qarsisinda aciz qalib. Xahis edirem mene meslehet veresniz. Tesekkurler.....
6 yanvar 2014 16:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )