Bakıda hava 22°
USD AZN
EUR AZN

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 MANNA SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Manna yarması - 44 qr
Süd - 160 qr
Kərə yağı - 15 qr
Şəkər - 15 qr

Hazırlanması:

Süd qaynadılır,bir çimdik duz,şəkər əlavə edilir.Manna yarması tədricən əlavə olunaraq qarışdırılmağa davam edilir.
Sıyıq bir qədər qatılaşdıqdan sonra,vam ocaqda 15-20 dəqiqə daha bişirilir.Hazır manna sıyığı yemək zamanı ərinmiş kərə 
yağı ilə qarışdırılır.Zövqə görə acza bal və ya cem də qoymaq olar.
Uşağınızın yeməyini əyləncəli etmək üçün isə,manna sıyığını şəkildəki kimi bəzəyə də bilərsiniz...

DÜYÜ SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Düyü - 125 qr
Su - 100 ml
Süd - 1 litr
Vanil şəkəri - çox az miqdarda

Hazırlanması:

Düyü yuyulur və sücgəzə süzülür

Uşaqlara MANNA və DÜYÜ sıyığı


Düyü qazana qoyularaq 100 ml su əlavə edilir və su çəkilənə qədər qaynadılır,buna az bir müddət sərf olunacaq

Uşaqlara MANNA və DÜYÜ sıyığı


1 litr süd əlavə edilərək ağzı bağlı qazanda,vam odda 40 dəqiqə bişirilir.Əgər bu müddət ərzində südlü
düyü sıyığının ağzını açmasanız və qarışdırmasanız,sıyıq daha ləzzətli olar.

Düyü sıyığı hazır olduqdan sonra üzərindəki qatmağı alın və vanil şəkəri ilə qarışdırın.


Uşaqlara MANNA və DÜYÜ sıyığı



Uşaqlara MANNA və DÜYÜ sıyığı


Şirin balalara nuş olsun! smile

Səslərin sayı: 39
85
280096
loading...
Şərhlər
Offline
Tutu
1-ci sekili olanin hazirlanmasini verseydiniz cox gozel olardi. smile
20 avqust 2010 11:14
Offline
meri88
salam tesekur edirem sizlere

salam tesekur edirem sizlere
20 avqust 2010 11:00
Offline
Pervane
Selcan xanim qarabasaq ve yulaf yarmalarini sebirsizlikle gozleyirem. Xahis edirem yazin nece hazirlamaq lazimdir.Bir de qramlar var, meselen yazmisiniz manna44qr,ya da ki,tortlardaki qramlari ne ile olcek ev seraitinde?
24 iyun 2010 23:55
Offline
Ceylan Mumoğlu
Gunel_1188,
Bilirdim ki,bunu yazacaqsan,dogrudur,
unutdum yash dovrunu gostermeyi.

Bu yemekler 1-2 yash arasi ushaqlar ucun nezerde tutulur.
Cunki 1 yashina qeder korpelere inek sudu verilmesi meslehet olunmur.
Hetta menim korpemin hekimi qadagan edir.
Cox qeribedir,biz ozumuz ele ınek sudu ile boyumedik? smile
İndi her shey deyisib,ay Gunel.
Narahat olma,Usaq yemekleri rubrikasi davam edecek,ozu de rengareng reseptlerle smile
17 may 2010 13:44
Offline
Gunel_1188
coooooooox tewekkur edirem size.nehayet ki arzuladigim yaziiii.en cox istediyim xeber idi.davamini gozleyirem aaaaaaa.mutleqqq.bunu hansi yawda ve ya uwaga nece ayinda vermek olar?zehmet olmasa uwaq yemeyi yerlewdirende bunu da yazin.ok?>
17 may 2010 13:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!