Bakıda hava 27°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Yeni reytinq sistemi

Hörmətli istifadəçilər! Azərbaycanın ilk milli qadın portalı, Milli İnternet Mükafatının sahibi – Qadin.Net layihəsi olaraq hər zaman görülən işlərdə kəmiyyətə deyil keyfiyyətə böyük əhəmiyyət verdiyimizin şahidisiniz. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz bu kimi bir çox özəlliklərə görə günlərinin böyük əksəriyyətini məhz bu layihə ilə keçirirlər.
Dəyərli zamanını Qadin.Net-lə birlikdə keçirən, bizləri ailənin doğma üzvü edən istifadəçilərimiz üçün onların diqqət və əməyinin qarşılığı olmasa belə, kiçik, daimi müsabiqə xarakterli Reytinq sistemi hazırladıq. Öncə qeyd edək ki, Reytinq səhifəsində şərh yazma və hazırladığı xəbərə daha çox baxış sayı toplama üzrə fərqlənən istifadəçilərin, müəlliflərin siyahısı, reytinq cədvəli nümayiş olunur.  Belə ki, gün ərzində daha çox şərh yazan istifadəçi günün şərhlər üzrə qalibi olaraq qeydə alınır. Həftə ərzində ən çox baxış sayı toplayan xəbərin müəllifi isə həftənin xəbər müəllifi kimi qalib olaraq qeydə alınır. 
Reytinq səhifəsində yazılan şərhlər, xəbərlərə toplanan baxış sayları hesablanaraq hər an ən yeni məlumatlar əks etdirilir.
Reytinq sisteminin ən önəmli məqamı isə ilk yerin sahibi olan istifadəçilərin daimi olaraq mükafatlandırılmasıdır. Yəni bu bir müddət üçün deyil, hər zaman üçün keçərlidir.

İlk yerin sahibləri hər zaman ayrılmış pul mükafatlarını alacaqlar.  Bu haqda qaydalar hissəsində ətraflı şəkildə məlumat ala bilərsiniz.

Reytinq səhifəsində ( http://rating.qadin.net/ ) nümayiş olunan siyahı və yazılarla bağlı izahat:

1. Yazılar sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Ötən həftənin qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir həftə ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Bu həftə üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda bu həftə üçün saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

2. Şərh sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Ötən günün qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi ötən gün ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Bu gün üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda adları nümayiş olunan istifadəçilər saytda yayımlanmış bütün xəbərlərə hal-hazırda ən çox şərh yazmağa davam edən şəxslərdir.        

 

Qeyd edilən məbləğ, pullar real pullardır! Heç bir simvolik xarakter daşımır!
Siz əldə etdiyiniz pulları istənilən online ödəmə imkanı olan xidmət
(məs: Mobil telefonlarınız üçün balansın artırılması, kommunal xidmətlərinizin ödənişi, internet xidməti üçün aylıq ödənişlər və s.) üçün istifadə edə bilərsiniz, yaxud nəğd şəkildə (50 AZN-dən az olmamaq şərti ilə) tələb edə bilərsiniz.
Ödənişlərlə bağlı dəqiq siyahı və məlumat üçün award@qadin.net  ünvanına müraciət etməklə bütün ödəniş edilə bilinəcək xidmətlərin siyahısını əldə edə bilərsiniz.

Qaydalar:

1. Yazılar sistemi

1.1. Yazılar sistemində həftənin qalibi 15 AZN qazanmış olur.

1.2. Yazılar sistemində hər bir istifadəçi bir ay ərzində maksimum 1 (bir) həftənin qalibi imkanına sahibdir.
1.3.  Eyni istifadəçi bir ay ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (2, 3, 4-cü dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur. 

1.4. Yazılar üzrə ayın qalibi olaraq, ay ərzində ən çox baxış sayı toplamış istifadəçinin, müəllifin xəbəri qəbul olunur.

1.5.  Yazılar üzrə ayın qalibi olmuş istifadəçi   25 AZN qazanmış olur.

2. Şərh sistemi

2.1. Şərhlər sistemində günün qalibi  4 AZN qazanmış olur.

2.2. Şərhlər sistemində hər bir istifadəçi həftə ərzində maksimum 2 (iki) dəfə qalib olma imkanına sahibdir.
2.3. Eyni istifadəçi həftə ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (3, 4, 5, 6, 7-ci dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur.

2.4. Şərhlər üzrə ayın qalibi olaraq ay ərzində ən çox şərh yazmış istifadəçi qəbul olunur.

2.5. Şərhlər üzrə ayın qalibi olmuş istifadəçi 20 AZN qazanmış olur.

3. Göstəricilərə süni müdaxilə, digər

3.1. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda ("flood") şərhlər yazan istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.2. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda xəbərlərə ("flood") baxış sayı toplamaq istəyən istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.3. Bütün qeyd edilən mükafatlar Azərbaycan Respublikası ərazisində ediləcək ödənişlər üçün keçərlidir. Ölkə xaricində yaşayan, qalib olmuş şəxslər öz mükafatlarını Azərbaycan Respublikası ərazisində yaşayan başqa bir şəxsə hədiyyə edə bilərlər!

3.4. Ödənişlər hər təqvim ayı ərzində bir dəfə edilir. Qaliblər mükafatlarını hər təqvim ayının  15-25 tarixləri ərzində alma imkanına sahibdirlər. Sonrakı müddətdə müraciətlərə baxılmır!

Hər birinizə uğurlar arzulayırıq!

Səslərin sayı: 23
251
18911
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.

Öncə bir daha təşəkkür edirəm.bu fikrin sahiblərinə və əziyyət çəkənlərə give_ros Allah halal ruzilərini artırsın.Ümid edirəm tezliklə rəhbərliyin deyil.sponsorların sayəsində olacaq mükafatlar.Çünki şəxsən öz adıma danışım - dəfələrlə qalib olmuşam,utana-utana olsa da qalibiyyətimi bildirib mükafatımı almışam.AMma həqiqətən də yerinə düşüb,Allah sonsuz razı olsun.
Davam etsin əlbəttə ki,amma iki tərəfə də faydası olmaq şərtiylə.Sayta mənfi təsiri olmasın in şa Allah.
Hər kəsə uğurlar. love
6 dekabr 2014 14:15
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Zuleyxa Aliyeva
Görək də nə olur İnşallah)
6 dekabr 2014 00:04
Offline
ZEHRAM
Ugurlar her kese..
5 dekabr 2014 20:25
Offline
Fidan Məmmədova
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.

Əlbətdə dəydi faydası,mən şərhlər üzrə iki dəfə qalib olmuşam,hər iksində pul mükafatımı mobil ödəmə olaraq götürmüşəm,bundan gözəl nə ola bilər,həm saytda vaxtını maraqlı keçirirsən,həm də ki, bəzi ödənişlər etmək üçün şans qazanırsan,bu sistem çox gözəldir,davam etməyə dəyər. İmkan tapan kimi yenə də qalib olmaqdır fikrim.
Qalib olmaq istəyən xanımlarımıza məsləhətim budur ki,ev işlərini axşşamdan səhmana salsınlar,sonra da qalib olmaq üçün şərhlər yazsınlar və ya maraqlı xəbərlər göndərsinlər. Rəhbərliyə təşəkkür edirəm bu cür layihə yaratdıqları üçün give_ros


Hörmətli istifadəçilər,
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik. Səbəb odur ki, iki həftədir arxa-arxaya eyni 2 istifadəçi 6 dəfə qalib olub.


Çox gözəl dəyişiklikdir bu,digər xanımlarımız da qalib olmağa daha çox şans qazanırlar
5 dekabr 2014 08:57
Offline
HUSNA
Qaliblere ugurlar
5 dekabr 2014 00:11
Offline
Qəribə
Mən də qalib olduğum üçün teşekkur edirem bu çox gözəl bir yenilikdir. Davam etsə çox yaxşıdır.
Çox bəyənirəm. Bundan yaxşı heçnə ola bilməz.


Bu sistemi davam etməyə dəyərmi?

Əlbəttə dəyər!
Qadin. net-ə daha da böyük uğurlar arzu edirəm. Təşəkkür edirəm. give_ros give_ros give_ros
3 dekabr 2014 18:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Aysel İ.
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik.

Çox yaxşı yenilikdir. Bəyəndim. good

Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.

Mən bir neçə dəfə qalib gəlmişəm. Bir dəfə də xəbərim baxış sayına görə qalib olub. Çox sevinmişəm 1-ci ona görə ki, qalibiyət fəxr edicidir.2-ci ona görə ki, telefonumda danışıq balansımı artırmışam, işlətdiyim internet pulunu ödəmişəm. məncə çox maraqlı kompaniyadır. Ceylan xanım, həm öyrənir, həm vaxtımızı şən keçirir, həm də pul qazanırıq. Bundan yaxşı fayda ola bilməz.Təşəkkürlər.
3 dekabr 2014 17:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.

Mən qalib olmasamda, məncə faydası var. Davam etsə yaxşıdır.
3 dekabr 2014 17:49
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xəyalə Murad
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.

Qalib olan userləri gördükcə, onların sevincinin şahidi olduqca mən də qürur hissi keçirirəm. Hər birini bir daha təbrik edir, yeni qalibiyyətlər arzu edirəm.
3 dekabr 2014 17:40
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Fatma xanım
stifadəçilərə faydası dəydimi

Özüm qalib olmasam da bilirəm ki qalib xanımlarımız çox-çox razı qalıblar bu sistemdən ,məncə davam etsə yaxşıdı
3 dekabr 2014 17:36
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.
3 dekabr 2014 17:31
Offline
أحبك
Bu reytinq sistemi uzere men de 2 defe qalib olmusam :) Tesekkur edirem bu sistemi dusunub heyata kecirenlere.
2 dekabr 2014 12:12
imza: فراق
Offline
●♥ Səma ♥●
Hörmətli istifadəçilər,
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik. Səbəb odur ki, iki həftədir arxa-arxaya eyni 2 istifadəçi 6 dəfə qalib olur.

Her gun ferqli adam da elemek olar bunu,sherti tam deyishib.Eyni adam 1 heftede 1 defe.O lap yaxshi olar mence.
2 dekabr 2014 02:17
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Hacət-i Vuslat
Hörmətli istifadəçilər,
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik. Səbəb odur ki, iki həftədir arxa-arxaya eyni 2 istifadəçi 6 dəfə qalib olur.

Ümumiyyətlə daha obyektiv olardı,əgər arxa-arxaya qalibiyyət ləğv edilsəydi.

Lap yaxşı edibsiz, belədə bir hətfədə üç adam ikinci səfər qalib olar və digərləri üçün də imkan açılar.

İki aydı reytinq xəbərində qalib olduğum üçün kef edirəm.

Bu iki cümlən ziddiyət təşkil edir a lol
2 dekabr 2014 02:05
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Agat_Kris
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik. Səbəb odur ki, iki həftədir arxa-arxaya eyni 2 istifdəçi 6 dəfə qalib olur.

Lap yaxşı edibsiz, belədə bir hətfədə üç adam ikinci səfər qalib olar və digərləri üçün də imkan açılar.
Bu arada bu layihədə əziyyəti keçən hər kəsə təşəkkürüm bildirirəm. İki aydı reytinq xəbərində qalib olduğum üçün kef edirəm. cool
2 dekabr 2014 01:31
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
Hörmətli istifadəçilər,
Müsabiqə xəbərimizin qaydalarında dəyişikliklər var. Belə ki, şərhlər üzrə qalib həftədə maksimum 3 gün olurdu, indi isə bunu 2 etdik. Səbəb odur ki, iki həftədir arxa-arxaya eyni 2 istifadəçi 6 dəfə qalib olub.
2 dekabr 2014 01:28
Offline
Abuheyat
Tewekkurler...............
2 dekabr 2014 00:34
Offline
°ღ Zayka •.°ღ
Axirku yazilar uzre 3 yer olsada tuta bildim
2 dekabr 2014 00:15
Offline
Asi
Nə açılmır ?

sen qoydugun link acilmadi baci amma online odenislerden acildi // hr kimirse ALLAH razi olsun
30 noyabr 2014 17:12
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
AYGUN_1981.
Hmmm men helem indi xeber tuturam crazy p
30 noyabr 2014 16:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!