Bakıda hava 27°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Kompüterinizdə problem yaranıb?(Dərs 2)

Kompüterinizdə problem yaranıb?(Dərs 2)

Dərs 2

Bu günkü dərsimizdə sizlərlə tez-tez olmasa da,amma qarşılaşdığımız kompüter problemindən danışacayıq.Yaxın əyləşin... winked

Hələ ki,Windows XP-da baş verənlərdən söhbət gedəcək.Növbəti dərslərimizdə isə Windows Vista və Windows 7 sistem əməliyyatları haqda da məlumat alacayıq.

Windows XP kimi bir əməliyyat sistemində belə bir çox problem ilə qarşılaşa bilərsiniz. Ancaq qorxmayın; bu problemlər ümumiyyətlə qalıcı zərərlərə gətirib çıxarmaz. Yenə də problemlər qarşısında nə etməniz lazım olduğunu bilməlisiniz.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Windows əməliyyat sistemi ilə çalışan kompüterlərdə, PCi bağlamaq üçün sistem qutusunun üzərindəki düymədən istifadə edilməz. Əvvəlcə reallaşması lazım olan əməliyyat, əməliyyat sisteminin özü-özünü bağlamasıdır. Bunun tamamlanması isə, ancaq "Başla" menyusundakı "Kompüteri Bağla" əmri ilə mümkün ola bilər.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Ancaq sistemdə meydana gələ biləcək bəzi səhv və problemlər, "Kompüteri Bağla" əmrini istifadə etmənizə icazə verməyə bilər. Məsələn hər hansı bir proqramın cavab vermədiyi vəziyyətlərə göz ata bilərik. Əgər Windows XPdən əvvəlki distributivləri istifadə edirsinizsə, bu kimi vəziyyətlərdə klaviatura ilə maus da əmrlərə cavab verməz və təbii olaraq idarəni itirmə hissinə qapılarsınız.

Tövsiyələrimizə keçmədən əvvəl bunu deməkdə fayda var; bu tip vəziyyətlər Windows XP-də sayıları azalmışdır. Çünki Windows XP, Windows 98 və Windows ME-ə görə çox daha dayanıqlı bir əməliyyat sistemidir.( Windows Vista və Windows 7 sistemləri haqqında növbəti dərslərdə məlumat olacaq.)"Dayanıqlı" sözü ilə sistemin, bir proqramın kilidlənməsi kimi texniki problemlər qarşısında çalışmasının pozulmamasını anlaya bilərik. Bu xüsusiyyət, əməliyyat sisteminin yaddaş qaynaqlarını daha müvəffəqiyyətli bir şəkildə istifadə etməsindən qaynaqlanır. Beləcə sistem, ciddi problemlərlə qarşılaşıldığında kilidlənmə ya da çökmə kimi geri dönüşü olmayan səhvlərə qarşı qorunmuş olur.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

Windows XP-də əvvəlki distributivlərdən fərqli olaraq, bir proqram kilidləndiyində bütün əməliyyat sistemini bağlamanıza gərək qalmaz. Çox vaxt yalnız səhv verən proqramı bağlayaraq Windows ilə işə davam edə bilərsiniz.

Sistemi yenidən başlatmaq:

 

PC-iniz bir proqram işlədərkən, yeni bir proqram yüklərkən və ya indiyə qədər tez-tez istifadə etdiyiniz və heç problem yaratmamış olan bir proqram ilə çalışarkən kilidlənə bilər. Az əvvəl də söylədiyimiz kimi, çox vaxt yalnız proqramı bağlayaraq Windowsa dönə bilər və işə davam edə bilərsiniz. Əgər səhv verən proqramı təkrar başlatdığınızda səhv davam edirsə, əməliyyat sisteminizi yenidən başlatmanızda fayda var. Bunun üçün "Başla" düyməsini basın; "Kompüteri Bağla" əmrini seçin və "Yenidən Başla"ı seçin.

Sistem cavab vermədikdə:

 

1- Əgər kompüteriniz heç bir əmrinizə cavab vermirsə, dərhal çaxnaşmaya düşməyin. Bəzən əməliyyat sistemi, yalnız keçici bir müddət üçün hərəkətsiz qala bilər. Bu vəziyyət, sistemin əmrinizi hələ yerinə yetirə bilməməsi nəticəsində ortaya çıxar. Başqa bir deyişlə kompüter o anda əmrinizi yerinə yetirməklə məşğuldur və digər bir əməliyyat etmənizə icazə verməz. Buna görə, ilk mərhələdə sistemə bir az zaman ayırmalı və əməliyyatı bitirməsi üçün gözləməlisiniz.

 

2- Bir az gözlədikdən sonra PC-nin əmrlərinizə cavab verib- vermədiyinə təkrar nəzarət edin. Əgər mausu oynatdığınızda, kiçik ox ekranda hərəkət edirsə əhəmiyyətli bir problem yox deməkdir. Klaviaturanın işləyib-işləmədiyinə nəzarət etmək üçünsə, "NUM LOCK" düyməsinin işığının yanıb- yanmadığına baxın.

 

İdarələr əsnasında sisteminiz heç bir şəkildə cavab vermirsə, əvvəldə izah edildiyi kimi kompüterinizi yenindən başladın.

3- Əgər sabit diskin işığı yanmırsa, klaviaturanız,mausunuz işləmirsə və ekranınızda donub qalmış bir proqram pəncərəsi varsa, bu proqramı sağlam bir şəkildə bağlama şansınız ola bilər. Eyni anda "Ctrl + Alt + Del" düymələrinə basın. Ekranda Windows XP-nin "Vəzifə İdarəçisi", yəni o anda işləyən proqramları siyahısı ilə bir pəncərə meydana çıxacaq. Bu siyahıda, kilidlənmiş proqramın yanında "Cavab vermir" xəbərdarlığını görəcəksiniz. Proqramı seçmək üçün adının üzərinə basın. Daha sonra "Vəzifəni sonlandır" düyməsini basın. Düyməni basdıqdan sonra bir neçə saniyə gözləməniz gərəkə bilər. Ancaq bir müddət sonra ekranda bir dialoq pəncərəsi meydana çıxacaq və proqramı bağlamanıza köməkçi olacaq. Əgər bunlar da işə yaramazsa, yenidən "Ctrl + Alt + Del" düymələrinə müraciət edin. Ancaq bu dəfə düymələrə iki dəfə üst -üstə basın. Bu şəkildə kompüterinizi yenidən başlatmaq mümkün ola bilər.

 

Kompüterinizdə problem yaranıb?(Dərs 2)



 

4- Əgər kompüteriniz "Ctrl + Alt + Del" düymələrinə də cavab vermirsə, sistem qutusu üzərində olan və açma-bağlama düyməsinin yanında olan  kiçik yenidən başlama (reset) düyməsinə basmalısınız. Ancaq bu düyməni çox sıx istifadə etməmənizdə fayda var. Çünki reset düyməsi, kompüterin heç bir şəkildə cavab vermədiyi vəziyyətlərdə son çarə olaraq istifadə edilməlidir. Əks halda təmir edilə bilməz və geri dönüşü olmayan problemlərlə qarşı-qarşıya qala bilərsiniz.

 

DİQQƏT: "Vəzifə İdarəçisi"ni istifadə edərək kilidlənmiş bir proqramı bağlayarkən, işləməkdə olan başqa bir proqramı bağlamamağa diqqət yetirin.

Öyrənənlərə uğurlar! smile

Səslərin sayı: 12
74
15346
loading...
Şərhlər
Offline
Yeter
[color=#FF0000][/color][b][/b]Tesekkurler bilmediklerimide oyrendim.
6 mart 2011 20:42
Offline
Ceylan Mumoğlu
Banu_,
Bunun ucun basqa emeliyyat etmek lazim idi.
Ran duymesine basib acilan pencerede msconfig emrini yazmaq ve addimla emeliyyatlara davam edib hemin proqramin acilişda cixmasini qaldirmaq lazim idi.Bu haqda novbeti derslerde size oyredecem izahli.

Ulviyye.B,
He bilirem wink Bir caresi tapilar)))

Nurlu,
Komputer ekrani donubsa sondurmek en son caredir.
Dersde de yazildigi kimi evvelce deyilenlere emel etmek,bunlar da komek etmirse en sonda sondurmek olar.
6 mart 2011 20:31
Offline
Happysim ))
BILIRDIM BEZILERINI..TESEKKURLER SELCAN XATUN.... smile
6 mart 2011 20:25
Offline
yekta
Sitat: Selcan_Xatun
Bunlari bilirdin?

duzu, notebook da bele weyle cixmayib qarwima
6 mart 2011 20:13
Offline
Gülüm
hmm bilmediklerimi bildim. Rastlawanda emel ederem. Twk.
6 mart 2011 20:11
Offline
ToRmEnTo
hmm mende vistadi.men koputeri bir birine qatmis da olsam yaranan problemi mutleq hell edirem.sonra eyni problem yarananda yene de basliyiram qatib qarisdirmaga,cunki birinci defe duzeldende nece etmisdimse yadimdan cixir)))
6 mart 2011 20:10
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Banu
Bir tərcümə proqramı yükləmişdim ,həmişə kompda o açılırdı, Ctrl + Alt + Del düymələrinə basdım alınmadı, başqa yolun tapmadım, məcbur olub proqramı kökdən sildim, əlavə məlumat oxudum burda.Təşəkkürlər Selcan_Xatun.
6 mart 2011 19:45
Offline
Buket
Oxudum. Windows7 Ultimate-i gozleyecem)))
6 mart 2011 19:38
imza: Sonralar olmur :)

Offline
Yasəmən
Selcan xanım əgər kom. donubsa onu söndürmək kom.a ziyan vurmaz ki?Əvvəlcədən təşəkkürlər!
6 mart 2011 19:36
Offline
B.Ulviyye

Sitat: Selcan_Xatun
? Kompüterinizdə problem yaranıb?

mənimdərdim başqdı sad
6 mart 2011 19:35
Offline
Ceylan Mumoğlu
DENIZ_7,
Aferin sene! winked
6 mart 2011 19:32
Offline
Rəna
teşekkurler Selcan xanim, bu problemlerle rastlasmisam soylediyiniz kimi hell etmişem
6 mart 2011 19:30
Offline
Ceylan Mumoğlu
yekta,
Bunlari bilirdin?
6 mart 2011 19:28
Offline
yekta
oyrenenlere ugurlar.bilmediyim dersleri men de oyrenecem!
6 mart 2011 19:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!