Bakıda hava 27°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Yeni reytinq sistemi

Hörmətli istifadəçilər! Azərbaycanın ilk milli qadın portalı, Milli İnternet Mükafatının sahibi – Qadin.Net layihəsi olaraq hər zaman görülən işlərdə kəmiyyətə deyil keyfiyyətə böyük əhəmiyyət verdiyimizin şahidisiniz. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz bu kimi bir çox özəlliklərə görə günlərinin böyük əksəriyyətini məhz bu layihə ilə keçirirlər.
Dəyərli zamanını Qadin.Net-lə birlikdə keçirən, bizləri ailənin doğma üzvü edən istifadəçilərimiz üçün onların diqqət və əməyinin qarşılığı olmasa belə, kiçik, daimi müsabiqə xarakterli Reytinq sistemi hazırladıq. Öncə qeyd edək ki, Reytinq səhifəsində şərh yazma və hazırladığı xəbərə daha çox baxış sayı toplama üzrə fərqlənən istifadəçilərin, müəlliflərin siyahısı, reytinq cədvəli nümayiş olunur.  Belə ki, gün ərzində daha çox şərh yazan istifadəçi günün şərhlər üzrə qalibi olaraq qeydə alınır. Həftə ərzində ən çox baxış sayı toplayan xəbərin müəllifi isə həftənin xəbər müəllifi kimi qalib olaraq qeydə alınır. 
Reytinq səhifəsində yazılan şərhlər, xəbərlərə toplanan baxış sayları hesablanaraq hər an ən yeni məlumatlar əks etdirilir.
Reytinq sisteminin ən önəmli məqamı isə ilk yerin sahibi olan istifadəçilərin daimi olaraq mükafatlandırılmasıdır. Yəni bu bir müddət üçün deyil, hər zaman üçün keçərlidir.

İlk yerin sahibləri hər zaman ayrılmış pul mükafatlarını alacaqlar.  Bu haqda qaydalar hissəsində ətraflı şəkildə məlumat ala bilərsiniz.

Reytinq səhifəsində ( http://rating.qadin.net/ ) nümayiş olunan siyahı və yazılarla bağlı izahat:

1. Yazılar sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Ötən həftənin qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir həftə ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

Bu həftə üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda bu həftə üçün saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.

2. Şərh sistemi

Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Ötən günün qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi ötən gün ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.

Bu gün üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda adları nümayiş olunan istifadəçilər saytda yayımlanmış bütün xəbərlərə hal-hazırda ən çox şərh yazmağa davam edən şəxslərdir.        

 

Qeyd edilən məbləğ, pullar real pullardır! Heç bir simvolik xarakter daşımır!
Siz əldə etdiyiniz pulları istənilən online ödəmə imkanı olan xidmət
(məs: Mobil telefonlarınız üçün balansın artırılması, kommunal xidmətlərinizin ödənişi, internet xidməti üçün aylıq ödənişlər və s.) üçün istifadə edə bilərsiniz, yaxud nəğd şəkildə (50 AZN-dən az olmamaq şərti ilə) tələb edə bilərsiniz.
Ödənişlərlə bağlı dəqiq siyahı və məlumat üçün award@qadin.net  ünvanına müraciət etməklə bütün ödəniş edilə bilinəcək xidmətlərin siyahısını əldə edə bilərsiniz.

Qaydalar:

1. Yazılar sistemi

1.1. Yazılar sistemində həftənin qalibi 15 AZN qazanmış olur.

1.2. Yazılar sistemində hər bir istifadəçi bir ay ərzində maksimum 1 (bir) həftənin qalibi imkanına sahibdir.
1.3.  Eyni istifadəçi bir ay ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (2, 3, 4-cü dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur. 

1.4. Yazılar üzrə ayın qalibi olaraq, ay ərzində ən çox baxış sayı toplamış istifadəçinin, müəllifin xəbəri qəbul olunur.

1.5.  Yazılar üzrə ayın qalibi olmuş istifadəçi   25 AZN qazanmış olur.

2. Şərh sistemi

2.1. Şərhlər sistemində günün qalibi  4 AZN qazanmış olur.

2.2. Şərhlər sistemində hər bir istifadəçi həftə ərzində maksimum 2 (iki) dəfə qalib olma imkanına sahibdir.
2.3. Eyni istifadəçi həftə ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (3, 4, 5, 6, 7-ci dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur.  İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur.

2.4. Şərhlər üzrə ayın qalibi olaraq ay ərzində ən çox şərh yazmış istifadəçi qəbul olunur.

2.5. Şərhlər üzrə ayın qalibi olmuş istifadəçi 20 AZN qazanmış olur.

3. Göstəricilərə süni müdaxilə, digər

3.1. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda ("flood") şərhlər yazan istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.2. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda xəbərlərə ("flood") baxış sayı toplamaq istəyən istifadəçilər ilk xəbərdarlıqdan sonra  “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!

3.3. Bütün qeyd edilən mükafatlar Azərbaycan Respublikası ərazisində ediləcək ödənişlər üçün keçərlidir. Ölkə xaricində yaşayan, qalib olmuş şəxslər öz mükafatlarını Azərbaycan Respublikası ərazisində yaşayan başqa bir şəxsə hədiyyə edə bilərlər!

3.4. Ödənişlər hər təqvim ayı ərzində bir dəfə edilir. Qaliblər mükafatlarını hər təqvim ayının  15-25 tarixləri ərzində alma imkanına sahibdirlər. Sonrakı müddətdə müraciətlərə baxılmır!

Hər birinizə uğurlar arzulayırıq!

Səslərin sayı: 23
251
18911
loading...
Şərhlər
Offline
SEHERshehi
biggrin Oxuyub sevinmiwdim ta deme noyabrda olub))
9 yanvar 2015 02:00
Offline
S.S.90...Samir...
108 azn yoxxx...4 azn qazanmiwam..onun da 1 manatini pay yolladim.. crazy
9 yanvar 2015 01:56
Offline
●♥ Səma ♥●
Olley bu gunku 4 manati da men qazandim.
Xeyrni gor,ay Samir!!! good
1 yanvar 2015 21:29
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Fatma xanım
S.S.90...S A M I R...,
Təbrik edirəm bu il sənə düşdü desənə
1 yanvar 2015 00:55
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
S.S.90...Samir...
Oley bu gunku 4 manati da men qazandim. yahoo
1 yanvar 2015 00:40
Offline
SARA91
HƏQİQƏTƏN ÇOX FAYDALI YENİLİKDİR. HƏR KƏSƏ UGURLAR.
31 dekabr 2014 22:09
Offline
S.S.90...Samir...
Yaxwi layihedir, mawallah olsun xanimlar her gun 4 maat qazanirlar, evde de dilleri uzun olur ki , men de pul qazaniram. crazy
31 dekabr 2014 02:39
Offline
HAPPY SMİLE :)
Men hal hazirki balansimi telefona balansin artirilmasina xercleye bilirem?
30 dekabr 2014 00:24
Offline
.....
HELE QALIB OLMAMISAM AMMA COX ISDERDIM girl_ang
25 dekabr 2014 22:21
Offline
nihatmehtizadə
Bütün qalib xanımları ürəkdən təbrik edirəm.inşallah bizə də qismət olar. give_ros
24 dekabr 2014 15:00
Offline
HUSNA
Bir nece defe serhler uzre qalib olmaga calismisam,amma imkan vermiyibler baji dash umud yerim qalmiyib cray
24 dekabr 2014 01:05
Offline
Hacət-i Vuslat
Bu saytda daxil olandan indiye qeder yuksek stimulla ise baslamisam, sonrasi ise mene olan munasibete gore deyise biler, umid edirem ki, her sey yaxsi olar

Mələk xanım,3 ildir bu saytdayam,nələr olub,nələr keçib,necə haqsızlıqlara rast gəlmişik, dəfələrlə bloklar da görmüşük... Əsas odur ki, yenə burdayıq request
11 dekabr 2014 14:42
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
ملاك
Bu saytda daxil olandan indiye qeder yuksek stimulla ise baslamisam, sonrasi ise mene olan munasibete gore deyise biler, umid edirem ki, her sey yaxsi olar
11 dekabr 2014 10:13
Offline
●♥ Səma ♥●
Xanımlar, ümumiyyətlə, bilmək istərdik ki, yeni reytinq sisteminin siz istifadəçilərə faydası dəydimi? Bu sistemi davam etməyə dəyərmi? Mümkünsə, qalib userlər təəssüratlarını bölüşsünlər.
Bir defe
qalib olmusham,onda da mobil odeme ucun istifade etmishem.Evdar xanimlar basha dusher,bu resmen az da olsa,oz qazancimiz demekdi ve cox shirindi.Mence davam etse yaxshi olar,amma Lale xanimin dediyi kimi,sayti cetin veziyyetde qoymursa...Allah ruzinizi bol elesin!Amin!!!Sayt rehberliyine ve saytda eziyyeti kecen her kese derin hormetle....
11 dekabr 2014 10:00
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Hacət-i Vuslat
Biz də buna ümid edirik. Sponsor olmasa da, Allahın izni ilə yenə də davam edəcəyik, təki xanımlarımız üçün faydalı olaq.

İn şa Allah, çox sağolun.
Siz təkcə xanımlarımıza deyil, bir başa ailələrimizə faydalı olursunuz!
11 dekabr 2014 09:49
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aysel İ.
Hələki qalib olmamışam.İnşallah qismətdə varsa oda olar.Qalib olan hər kəsidə öncədəəndə olsa təbrik edirəm.

Niyə qalib olmamıssan? Çünki tənbəllik edirsən. Qalib olmaq üçün bir az əziyyət çəkib redaksiyaya xəbər göndərmək lazımdır. Və barmaqları işlədib bir az şərh yazmaq lazımdır. Xanımlar var artıq bəlkə də 6-7 ci dəfə qalib olublar.) İnşallah bir gün sənin də təbin gələr qalib olarsan. Və biz də səni təbrik edərik.
10 dekabr 2014 14:29
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Hacət-i Vuslat,
Ümid edirəm tezliklə rəhbərliyin deyil.sponsorların sayəsində olacaq mükafatlar.

Biz də buna ümid edirik. laughing Sponsor olmasa da, Allahın izni ilə yenə də davam edəcəyik, təki xanımlarımız üçün faydalı olaq.
10 dekabr 2014 14:21
Offline
GÜLÇİN
Hələki qalib olmamışam.İnşallah qismətdə varsa oda olar.Qalib olan hər kəsidə öncədəəndə olsa təbrik edirəm.
10 dekabr 2014 08:37
Offline
Nəzrin
Qalib olmamışam heç hələ istəmirəm təbim gəliyib:))Amma bəzi şeylərə diqqət edilsə yaxşı olar məsələn istifadəçi 2ay(və yaxud gec ya 1həftə və s) bundan qabağ şərh yazdığı xəbərə yenidən şərh yazmağ kimi..Hər kəsə bol -bol uğurlar
8 dekabr 2014 22:57
Offline
♫ Я тебя люблю ♫
Cox yaxsi yenilemeler var tesekkurler
7 dekabr 2014 15:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!