Bakıda hava 30°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16:16PERI hello millet men geldim 13:19Sima salam herkese necesiz qizdar 08:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40764

Toy adətlərimiz

Bir neçə gün öncə kəndimizdə mağar toyunda oldum. Toy o qədər xoşuma gəldi ki,imkanım olsa öz toyumu gedib kənddə edərəm :))

Toyun gedişatını sizlərlə bölüşmək istəyirəm.

Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.

Toy adətlərimiz

 

Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.

 

Toy adətlərimiz

 

Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq. 

O qədər gözəl hisslərlə qayıtdım ki,evimizə. Doğurdan da köhnə adət- ənənəni yaşatmaq çox gözəldi. Şəhərlərdə mümkün deyil,amma ən azından  rayon yerlərində bu cür toylar etməyi davam etdirmək lazımdı.

Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?

Səslərin sayı: 10
64
14995
loading...
Şərhlər
Offline
Ceylan Mumoğlu
anwar,
Ok.Gelen defe nezere alariq sheklin olcusunu smile
21 sentyabr 2010 02:08
Offline
Ənvər
Selcan_Xatun,

Selcan xanim sheklin olcusu cox boyuk olquda bunu bele saxlamaq olmaz!!!
21 sentyabr 2010 02:02
imza: Zehmet olmasa butun gorduyunuz texniki qusurlari Texniki shobeye, suallarinizi ise Sualim var bolmesine yazin
Offline
ToRmEnTo
Selcan_Xatun,
palatka toyunda cemenliyin ustunde ayaqyalin oynayanda restoran toyu ile oranin ferqini aciq aydin hiss edir insan.onun zovqunu hec bir restoran qarsilaya bilmez.
21 sentyabr 2010 01:43
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Ceylan Mumoğlu
tormento,

Aysel,sene xususi tehsekkurumu bildirirem,bir anliq da olsa kend toylarindaki gozel adetlerimizi bizlere xatirlatdigina gore.Coxdandir men de olmamisham kend toyunda.Cox maraqli kecir,bolgelere gore adetler de deyishik olur.

Tebii ki,her birinin ozune gore ferqi var,hem Restoran toyu,hem kend toyu.
Kend toyu daha dogal olur,hele tebietin qoynunda bashqa bir zovq hiss edirsen.



Teki toy olsun eeeeeeeeeeee.

He,hormetli userlerimiz bu arada devetnameleri payamagi da unutmayin!


21 sentyabr 2010 01:01
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!