Bakıda hava 12°
USD AZN
EUR AZN
09:04Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41115

Saat nağılı

Saat nağılı

Saat xeyli işlədi. Nədənsə bu gözəl saatı dayandırdılar və götürüb yaraşıqlı bufetin gözünə qoydular. Qiymətli saat burada, bu gözəl bahalı büllurların arasında əvvəlcə bir az öyündü. Lovğalandı. Bir dəfə büllur stəkan ondan soruşdu:

-   Nə oldu ki, səni dayandırdılar. Axı hey işləyirdin? Səsin aləmi başına götürmüşdü?

Saat dedi:

-    Bilirsən, mən çox işləmişəm. Sahibim istəyir ki, bir azca dincəlim. Axı mən tamam qızıldanam. Qiymətliyəm...

Büllur dedi:

-    Qızıldan olmağını bilirəm. Mən də büllurdanam. Amma bir iş var ki, saat ki, işləmədi, apar at zibilliyə...

-     Mən yenə işləyəcəm, - deyə yazıq saat bir azca çıqqıldadı. Amma səsi o andaca bitdi.

Bir gün bufetdəki qab-qacaqlar qonaqlıqdan qayıtmışdılar. Onlar təmiz yuyulub qurulanmış, yerlərinə yığılmışdılar.

Bir gözəl boşqab dedi:

-    Bilirsiniz, bizim bu dostumuzu niyə dayandırıblar?

-     Yox, - deyə qablar maraqla qulaq asdılar.

Boşqab saat eşitməsin deyə astadan dedi:

-        Ona görə  dayandırıblar ki, o düz işləmirmiş. Sahibimiz düzlük sevəndir. Ha çalışıb, ha onun qulağını burdurub, xeyri olmayıb. Axırda da dayandırıb. Gətirib yaraşıq üçün qoyub buraya. Yaraşıq da lazımdır. Amma işə ki, yaramadın, heç nə...

Saat onların pıçıltısını azca eşidib başa düşdü ki, söhbət ondan gedir. Nəfəsini dərib dedi:

-    Ey...  yoldaşlar, mən tamam qızıldanam ha!.. Yenə də işləyəcəyəm.

Dostlar gülüşdülər.

Qızıl olmaq- qiymətli olmaq deyil. Qiymətli odur ki, işləyəsən, kiməsə xeyir verəsən.

 

Səslərin sayı: 10
72
6157
loading...
Şərhlər
Offline
laleyem men
duzdur
4 avqust 2012 11:40
Offline
Endless Love-Gulare
bu nagili eveki kohne qezetlerin birinden tapdim mene de maraqli geldi sizlerle paylawdim
4 avqust 2012 11:17
Offline
♥Röya♥
cox saqolun cox maraqli xeber alinib love
4 avqust 2012 10:17
Offline
Xedice 033
maraqlidi saata yaziqim geldi qizildan olduqu ucun lovqalanirdi ama hec onada deymedi is lovqalanmaqda deyil esas odur ki kiminse isine yariyasan xeber ucun saq ol
4 avqust 2012 10:09
Offline
Günel Əsədova
♥♥DJ AyKa ♥♥,
tam şərikəm,təşəkkürlər.
Amma mən də saatın qiymətindən çox,düz işləməsini sevirəm. smile
4 avqust 2012 07:56
Offline
dombish.
maraqla oxudum ve beyendim ama saat ucun uzuldum (((((((( bilirem qizildan oldugu ucun lovqalanirdi amma ..........................
4 avqust 2012 07:48
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
cox sag olun biz saatsiz yasaya bilmerik yaxsi ki var tesekur smile
4 avqust 2012 04:14
Offline
Sevinc
tewekkurler. Qizildanda qiymetlileri var
4 avqust 2012 03:45
Offline
Ayka Niko
QIZIL OLMAQ DEYIL,INSAN OLMAQ CETINDIR. BUSBUTUN QIZILLA BEZEDILE BILERSEN,AMMA INSANLIGI HEC YERDEN ALMAQ OLMUR. NECE DEYELLER ADAM OLMAQ ASANDIR,INSAN OLMAQ CETIN. INDI BU NAGILA UYGUN DEYIREM KI,QIZILA BURUNMEK ASANDI INSAN OLMAQ CETIN....
4 avqust 2012 02:08
Offline
Muslimah
Qızıl olmaq- qiymətli olmaq deyil. Qiymətli odur ki, işləyəsən, kiməsə xeyir verəsən.
cox sagolun,beyendim.
4 avqust 2012 01:54
Offline
Meleyim :)
MARAQLI İDİ,ÇOX SAQ OLUN
4 avqust 2012 01:21
Offline
DENIZ
MARAQLI NAQILDIR TESEKKURLAR
4 avqust 2012 01:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!