Bakıda hava 27°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19 iyul 16:55Sima salam millet coxdan gelmirdim darixdiz mencun?)))
40761

Hər döş xəstəliyi xərçəng deyil

 

 

Qadınların çoxu tez-tez döş ağrılarından şikayət edir. Çox qorxulu olan döş ağrılarının xərçəng xaricində də xeyli çox səbəbi ola bilər.  Prof. Dr. Abdullah İğci, döş ağrılarının növlərini və bu ağrıların  qarşısını necə  ala biləcəyinizi aşağıdakı kimi izah edir.

 

Döş ağrısı, qadınlarda ən çox şikayətlənən ağrılardan biridir. Ağrı bir və ya iki döşdə fərqli dərəcələrdə ola bilər. Bu ağrıların ancaq 15-20%-nin müalicəyə ehtiyacı vardır. Döşdə ağrı şikayəti ilə həkimə müraciət edən xəstələrin ən böyük qorxusu xərçəng olma ehtimallarıdır. Əslində döş ağrısı ilə xərçəng arasında birbaşa əlaqə yoxdur.  Döşdə  ağrının səbəbi, döşün özündən qaynaqlanan patologiyalar olduğu kimi döş ətrafındakı əzələ, oynaq və sümüklərdə yaranan xəstəliklər də ola bilər.

 

Döşdə dövrü (menustrasiya ilə əlaqəli) və qeyri-dövrü (menustrasiya ilə əlaqəsi olmayan, davamlı) olmaq üzrə iki tip ağrı meydana gəlir.

Dövrü ağrı

Döş hormonları həssas bir ağrıdır. Aybaşı dövrlərindən (menustrasiya) sonra yumurtalıqlardan sekresiyalanan östrojen (Östrojen hormonu qızlarda boyun uzanmasına, qadın tipinin meydana gəlməsinə və döşün böyüməsində iştirak edir. Səsin incə olması, dodaqların böyüməsi və qadın tipi omba meydana gəlməsini östrojen təmin edir. Qızlarda qol altı  və genital orqan ətrafındakı tüklənmə yumurtalıqdan sekresiyalanan kişi tipi hormonlar (androjenler) sayəsində olar. Östrojen hormonu qadınları ürək xəstəliyindən qoruyar və qan xolesterolunu azaldar) və progesteron hormonu, (Progesteron bədəndə maye yığılması və qabarıqlıqların əhəmiyyətli bir səbəbidir. Bunun səbəbi düz əzələlərdə boşalma və bağırsaqlarda bu səbəblə qaz meydana gəlməsidir), döşü süd verməyə hazırlayar. Bu hormonlar, döşdəki süd kanallarının və süd yaradan hüceyrələrin böyümələrinə və çoxalmalarına səbəb olur. Bu səbəbdən menustrasiyadan əvvəl, döşdə su yığaraq və döşün həcmini artıraraq gərginliyə səbəb olur. Menustrasiyanın başlamasıyla birlikdə döş içində yaranan strukturlar təkrar normal ölçüsünə geri dönər. Döşdəki bu hüceyrə çoxalmaları və döş formasının həcminin böyüyüb kiçilmısi nəticəsində fibrokistik strukturlar (ağrı, yanma hissi və döşdə kütlələrin ələ gəlməsi ilə özünü göstərən fibrokistik dəyişikliklər) meydana gələr. Aybaşıdan əvvəlki dövrdə döşdə gərginlik və ağrı normaldır. Menustrasiyanın başlamasıyla birlikdə ağrı və gərginlik itər. Bəzən ağrıların şiddəti arta bilər. Döş ağrılarının 70-80%-i bu şəkildə hiss olunur. Ümumiyyətlə 30-40 yaşlarında daha çox görünən dövrü ağrıların səbəbləri arasında hormonal (ostrojen və progesteron) dəyişikliklər, aybaşı nizamsızlıqları, prolaktin hormonunun artması (kişilər cinsi əlaqə zamanı  orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən prolaktin adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq cinsi əlaqə zamanı prolaktin hormonu ilə bərabər cinsi istəyi artıran oksitosin hormonu da ifraz olunur), doğum idarə edən həblər, klimaks dövründə hormon replasma müalicəsi (doğuş qabiliyyətinin itdiyi 48-55 yaş arası dövrə "klimaks" adı verirlər), stres, kədər, duzlu yemək, çox kofe içmək və yağlı yeməklər iştirak edər.

 Ağrıyla əlaqədar tövsiyələr:

 

  • Döşü altdan dəstəkləyən uyğun büsthalter istifadə etmək,
  • Duzlu yeməyi azaltmaq,
  • Kofe içməyi azaltmaq,
  • Yağlı yeməyi azaldaraq lifli qida və meyvə yeməyi artırmaq,
  • Kökəlməmək, çox gəzmək və idman etmək.

Dövrü ağrının müalicəsi:

 

 Döşdə yaranan aybaşı əvvəli dövrü ağrılarının 20%-ni dərmanla müalicəyə ehtiyacı vardır. Aspirin, parasetamol və ya antifilojistik dərmanlar (yanğını və qızdırmanı azaldan), ağrının azalmasında təsirli olarlar. B1, B6 və E vitamin preperatları və mahud çiçəyinin yağı (evening primrose oil), döşdə rahatlığı təmin edir. Bromokriptin, danazol kimi dərmanlar da çox lazımlı olduğu zaman istifadə edilər ancaq bu cür dərmanların çox ciddi yan təsirləri vardır.

 

Qeyri-dövrü ağrı (nonperiyodik)

 

Qeyri-dövrü ağrı  ağrı, döşdə aybaşı dövrlərilə əlaqədar olmadan meydana gəlir. Ağrı, döşün müəyyən bir bölgəsində hiss edilər və ümumiyyətlə 40-50 yaşlarda görülər. Ağrı bəzən qolda, çiyin və ya qol altında da hiss edilər. Ayrıca çiyin, qol və ya əzələdə yaranan xəstəliklərdəki ağrı da döşdə hiss edilər. Zədə, döşdə sürətli böyümüş makrokistlər, fibroadenom, döş iltihabları, süd kanalı ətrafında yaranan iltihablar və stres döşlərdə yağ neyrozu meydana gəlməsi döşdə ağrıya gətirib çıxarar. Ayrıca əzələ ağrısı, çiyin oynağındakı revmatizma xəstəliklərdən qaynaqlanan ağrılar döşdə də hiss edilər.

 

 Qeyri-dövrü ağrının müalicəsi

 

Müalicələr ağrının tipinə görə dəyişilər. Böyümüş kistlərin aspirasyonu, (Tənəffüs yolundakı nəfəs borusu yaxud ağciyərdəki maye və ya qatı bir maddənin əmilməməsi) döş içində böyüyən kütlələrin əməliyyatla çıxarılması, döş içində və ya süd kanalı ətrafındakı iltihabların antibiotik dərmanlarla qurudulması, stresin gətirib çıxartdığı ağrılar üçün anksiyolitik dərmanlar alınması (Canlılarda stresslə yaranan əlamətləri aradan qaldıran dərman), əzələ ağrısı və ya revmatizma səbəbləri ilə bağlı döş ağrılarında  istiqamətli müalicə edilməsi bunlardan bəziləridir.

Səslərin sayı: 26
68
102601
loading...
Şərhlər
Offline
APPLE
Allah uzag elesin,twkler...
10 iyun 2011 18:09
Offline
yazi ucun tesekkur edirem.mende bele hallar olmur.amma bilgim oldu.
10 iyun 2011 17:54
Offline
gulyaz
cox maraqli movzudu,menstruasiyadan 5-6 gun evvel menim belim agriyirdi sonra hekime getdim vaspaleiya oldugun dedi,1-2 derman yazdi,ndide menstruasiyadan 5-6gun evvel dosumde agri var fikirlesirdimki bu neden olar yeqin vaspaleniyadandi bu xeberi oxudum bir az rahatlasdim tesekkurler mexbube xanim
10 iyun 2011 17:23
Offline
vefa-n

Sitat: Nazuletta
Bakıda mütəxəssislərə müraciət edərəm

NAza yaxşisi budur bakida yox elə orda müraciət elə mütəxəssislərə.Burdakılar bildi bilmədi agillarına gələni edəcəklər.Bizdə o sahədə cox güclü həkimlər yoxdur.


P,S,MƏhbübə xanım təşəkkürlər mövzuya görə
10 iyun 2011 17:23
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
10 iyun 2011 17:15
Offline
Mexbube
Selcan_Xatun,
50 bonus mene verildi ,,,,??????????ay cox sag olun cox sevindim
10 iyun 2011 15:50
Offline
HEYATIM_MENIM
allah hec kime gostermesin. cox pis seydi.
10 iyun 2011 15:18
Offline
Riana
Məxbubə təşəkkür edirəm.Bizim qonşumuz əziyyət çəkir.Ona məsləhət görərəm.
10 iyun 2011 15:00
Offline
Ceylan Mumoğlu
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
10 iyun 2011 14:57
Offline
mavi kelebek
hekim mesleheti hemise faydali olur. dediklerinizin bir qisminden faydalanacam. TSK
10 iyun 2011 14:55
Offline
Naile
men her defe aybasindan qabaq aqriyiram o da melumdurki olmalidir,o xesteliyi Allah uzaq etsin
10 iyun 2011 14:44
Offline
La_Vie_En_Rose
mende de ancaq aybawidan qabaq olur agrilar,inwallah hec bu xesteliye tutulmaz
10 iyun 2011 14:24
Offline
Naza
Maraqlı mövzudur, amma məni ağrı maraqlandırmır, məndə ağrı yoxdur. Sadəcə çox qəribə bir şiş var. Əvvəlcə 1 böyük idi, indi o şiş 2 yerə bölünüb, ikinci hissəsi az hiss olunur. Fikrimcə, bu sadəcə idmandan sonrakı yaranan əzələ şişkinliyi də ola bilər. Az qalıb, Bakıda mütəxəssislərə müraciət edərəm. Mövzuya görə təşəkkürlər! )
10 iyun 2011 14:16
Offline
Afət
Oğlumdan sonra bir döşümdə ağrılar olurdu. Həkim dedi ki, doğmalısan. Qızımdan sonra şükür Allaha ki, ağrım olmadı. Allah hamını pis xəstəliklərdən qorusun!
10 iyun 2011 13:08
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
Happysim ))
xebere gore tesekkurler,Allah qorusun bizi xercengden Insallah...
10 iyun 2011 13:02
Offline
Mila Sh - zade
Allah elemisinee, mende herden agri olanda qorxuram, Allah qorusun, vacibli melumatti, teşekkurler
10 iyun 2011 12:23
Offline
Gülüm
Allah hec kime bu xesteliyi gostermesin ))))))))))))))))))))))))))))))))))))))
10 iyun 2011 11:36
Offline
leylahuseynova
Allah hec kime gostermesin. Amma indi Azerbaycanda ele bil moddu bu xestelik kim hekime gedir tez onu gonderirler ankolojiden analiz getir ve pulun xetirine kecib tokurler.
10 iyun 2011 11:31
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Aytən
ALLAH HEC KIMI GOSTERMESIN.
10 iyun 2011 11:27
Offline
oksana
mende ancaq aybasidan gabaq olur agrilar bu da hekim dedi ki normaldiii
10 iyun 2011 11:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:39 - Müəllif: Feride
    Moruğun faydaları (2)

    Moruğun faydaları

    Metabolizmanın sağlam işləməsinə kömək edir.
  • 21:38 - Müəllif: Feride
    Rahat yatmaq üçün üsullar (1)

    Rahat yatmaq üçün üsullar

    5. İsti bəttaniyyə altında yatmaq. Soyuq zamanı insan istiyə nisbətən daha ağır oyanır.
  • 3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”

    Həyatda inanmaram məşhur olmaga çalışır
  • 21:34 - Müəllif: Feride
    Möhtəşəm valideynlər (2)

    Möhtəşəm valideynlər

    Övladını qorumaq və razı salmaq üçün əllərindən gələni edirlər.
  • 20:32 - Müəllif: RobinabapeHU
    Hüquqşunas məsləhəti (399)

    Hüquqşunas məsləhəti

    Поставка химических продуктов, расходных и комплектующих материалов. Гибкость ведения бизнеса ?ндивидуальный подход к каждому клиенту Высококвалифицированные сотрудники Перейти на сайт компании
  • Bülent Ərsoydan GÖZLƏNİLMƏZ HƏRƏKƏT-FOTO

    Belə ki, “Burada bir gözəl adam var, onun qucağında mahnı oxumaq gözəl olar”, - deyən Ərsoy Özərin qucağında oturub.
  • 17:22 - Müəllif: Sima
    Möhtəşəm valideynlər (2)

    Möhtəşəm valideynlər

    Övladlarını sevindirmək üçün əlindən gələn valideynlər.
  • 17:19 - Müəllif: Sima
    3 günə gur qaşlar və kirpiklər (1)

    3 günə gur qaşlar və kirpiklər

    Kirpik buran kirpikləri zəiflədir. Qırılmasına səbəb olur.
  • 17:17 - Müəllif: Sima
    Moruğun faydaları (2)

    Moruğun faydaları

    - Bədəndəki sərbəst radikalları təmizləmədə olduqca təsirlidir. Asiya və Avropa ölkələrindəki qadınların gözəllik sirri olaraq bilinir. Bədəni yaşlanmanı gecikdirən maddə ilə təmin edir.- Sinir hüceyrələrini sakitləşdirir, beyin və digər orqanlar arasında siqnal ötürülməsini təmin edir. Yaddaşı gücləndirir. Diqqəti cəmləməyə kömək edir.
  • Vazelini istifadə edə biləcəyiniz üsullar

    1. Sərt nöqtələri yumşaltmaq üçün
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!