Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:00Feride Hamiya salam!Necesiz 10:33Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlər!
40179

3 aya 22 kq arıqladım

Hər bir xanım kimi həmişə formada olmaq, incə görünmək mənim də arzum olub.girl_smiAilə quranadək çəkim daim 48-56 kq arasında dəyişib. Ailə qurduğum vaxtı 48 kq çəkim vardı və bu rəqəm durmadan artırdı. Hamiləliyimin əvvəlində 54 kq idim. Hamiləliyin sonunda isə artıq 78 kq çəkidə idim. Aldığım 24 kq sözün əsl mənasında mənə əziyyət verirdi. Bu, məndə çox böyük kompleks yaratmışdı.dash Hamiləlik zamanı gecə-gündüz bilmədən daim yeməyə vərdiş etdiyimdən yeməklərimi birdən-birə azalda bilmədim. Həm də bunun orqanizmimə çox böyük zərər verəcəyini bilirdim. 6 ay ərzində rasionumdan təkcə çox yağlı yeməkləri və bir-iki şirniyyatı çıxara bildim. 6-cı ayın sonunda çəkim 76 kq idi. Bu vaxt mən düşündüm ki, mən mütləq artıq çəkilərimdən qurtulmalıyam. Əvvəl geyindiyim (54 kq olduqda) ən sevimli donumu qarşıma qoydum və qərar verdim: "Mən səni oğlumun 1 yaşı tamam olan günü geyinəcəm!" Məqsədimə çatmaq üçün qarşıda 6 ayım var idi.

Sevimli Qadın.Netlilər, bir vacib nüansı qeyd edim ki, siz arıqlamaq istəyirsinizsə, ilk öncə buna əmin olmalısınız. Çəki atmağın sizin üçün lazım yox, vacib olduğunu qərar verdikdən sonra qarşınıza məqsəd qoymalısınız. Məqsədsiz heç nə əldə edə bilməzsiniz. Əgər arıqlamaq məqsədiniz yoxdursa, onda formada olmağı da unudun.

Arıqlamaq prosesinə aclıq aksiyası, işgəncə kimi yox, sonunda hədiyyəsi olan bir oyun, əyləncə kimi  yanaşmaq lazımdır. Daim yaxşı əhval-ruhiyyədə olmalıyıq. Düzdür, bu çox çətindir, amma öhdəsindən gəlməliyik. Axı bu bir əyləncədir... fellow 

3 aya 22 kq arıqladım

1-ci mərhələ: Səhər yuxudan oyanan kimi 1 stəkan otaq temeraturunda olan su içdim. Yemək arası yediyim bütün yeməklərdən imtina etdim. Süfrəni hazırlayarkən çörəyin kənarını qoparıb yeməkdən, salatdan bir az yeməkdən və s.-dən imtina etdim. Ancaq yemək zamanı süfrədə oturdum, doyunca yedim və qalxdım. Süfrədə müxtəlif turşuları bolluca göy-göyərti əvəz etdi. Yemək arası acından əsəbləşdiyim vaxtlarda peçenye və şokolad əvəzinə meyvə və bol-bol su içdim. İlk günlər fikrim ancaq yeməkdə, gözüm saatda qalırdı ki, nə vaxt yemək yeyəcəm. Artıq 10-12 gündən sonra arada yediyim yeməklər heç meylimdən belə keçmirdi. Ən çətin dönəm bu idi. Bu dövrü  siz də keçə bilsəniz, demək yolun yarısını gəlmisiniz. Özünüzü mükafatlandırın. Aclığa dözə bilmədiyim vaxtlarda xəyalən sevimli paltarımı və yemək istədiyimi yanaşı qoyar, aralarında seçim edərdim və bir stəkan su içməklə üstünlüyü paltarıma - məqsədimə verərdim.

2-ci mərhələ: Həmişə yediyim yeməyin 1/3-i qədər yedim. Az sonra bu qədər yeməyə də öyrəşdikdən sonra yeməyin yarısından imtina etdim. Bu zaman yediyimi çox çeynəyirdim. Bir növ özümü aldadırdım ki, guya həmişəki qədər yeyirəm. Bundan sonra ara-sıra acı (tünd) şokoladla çay içməyə özümə icazə verirdim.yes 

3 aya 22 kq arıqladım

3-cü mərhələ: Bütün bunların sonunda çəkim 56 kq-dır. Atmaq istədiyim cəmi 2 kq çəkim var. İdman etməklə bu çəkidən də qurtulacağam. Əslində bu 2 kq-ı da bol su içməklə yox edə bilərəm. Ancaq istədiyim formanı əldə etmək üçün idman mütləqdir. İdman dedikdə halqa çevirməyi nəzərdə tuturam. Gündəlik 20 dəqiqə halqa çevirmək yetərlidir.

Yeməyimi azaltdığım bir vaxtda ayda ən azı 2 dəfə saç, üz maskaları edirdim. Çünki çəki azaldıqca lazımsız yağlarla birgə lazımlı mineral və vitaminləri də itirirdim. Dərimin solğun, saçlarımın cansız olmasını isə istəmirdim. Maskaları etməsəm, sonda arıq olacaqdım düzdür, amma… baxımsız saçlarım və pis vəziyyətdə olan dərim də olacaqdı. Bu isə mənə lazım deyildi.no

Sonda sizə məsləhətim budur ki, arıqlamaq istəyinizi hec kəsə deməyin. Heç kimə “Arıqlamışam?” sualını verməyin. Ətrafdakılar sizə özləri bunu deyəcəklər. Pəhrizə başladığınız andan tərəzini və metrəni evdən kənarlaşdırın. Gündə bir dəfə tərəziyə çıxmayın. Gün ərzində içdiyiniz su marketlərdə satılan bulaq suyundan olsa daha yaxşı olar. Çünki bizə canlı - qaynanmamış su lazımdır. Evə gələn suyun tərkibində bir çox lazımsız elementlər var. Belə suyu çox içmək olmur.

Sevimli xanımlar, mən 22 kq çəkiyə 3 aydan az bir vaxtda "əlvida" dedim. Oğlumun 1 yaşına isə hələ təqribən 3 ay vaxt qalır. Sizə Allahdan cansağlığı və gözəl qalmağı arzu edirəm.love

Səslərin sayı: 19
122
57969
loading...
Şərhlər
Offline
Nubar
Realist (A-N),
hamsini duz deyirsiz.sud veren ana hec vaxt dieta saxlamamalidi.xanim siz eksine xeyirli ne varsa yemelisiz.uwaginiz her weyden vacibdi.
16 yanvar 2014 18:34
Offline
Realist
bilmək istəyirəmki körpə uşağımı ana südündən kəsməli olacam,ya yox?

Xanım, siz belə bir pəhrizə başlasanız, onsuzda sizin südünüz kəsiləcək. Uşağını həqiqətən sevən ana pəhrizi xəyalından belə keçirməz. Çünki, süd uşağa ən lazımlı və vacib qidadır. Uşağı qəsdən süddən ayırmaq ən böyük günahdır!.
16 yanvar 2014 17:06
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
əladır amma bilmək istəyirəmki körpə uşağımı ana südündən kəsməli olacam,ya yox?
16 yanvar 2014 15:45
Offline
Aylinka M_va
Ayyyyyyyyyyy ellerinize ssagliq cox gozeldi.mende calisacam edim bundan tewekkurler :)
15 yanvar 2014 13:49
Offline
ToRmEnTo
Mene o qeder uzaqdir ki artiq ceki,pehriz :) Artiq 5 ayliq hamileyem,hele de cekim artmiyib demek olar,cemi 1.5 kilo artmisam.Men hec vaxt istahli olmamisam.Amma 10cu sinifde oxuyanda yaxsi kokelmisdim.Onda da 54 kilonu kecmemisdim.:) Amma mende cox ferq olmusdu.Sonra universitete getdim ariqladim.O gun bu gundur 52 kilonu kecmemisem.Dusunurem ki dogumdan sonra artiq cekim olsa uzagi iki hefteye normaya duserem.Cunki men ozume yaxsi baxiram bir muddet duzelirem.Sonra yene buraxiram,istahsizliq basliyir ariqliyiram.
Yaziniz ise cox xosuma geldi.Belke de indi boyuk boyuk danisiram ki ariqlamaq cetin olmaz,amma vaxt geler kokelerem,pehrize mohtac olaram.O zaman sizin yazinizi xatirlayib ozume meqsed secerem.
14 yanvar 2014 23:20
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
Nuray
good super ela[hide][/hide] belede qalmaqa davam et
14 yanvar 2014 17:35
Offline
Vəliyeva Arzu
allah canını saq etsin.
14 yanvar 2014 17:27
Offline
esmira samedova
chox maraqli meqaledi.teshekkur,bol su heqiqeten chox effektivdi,shexsi tecrubemden bilirem.
13 yanvar 2014 21:45
Offline
Farida_Asadova
teüekkürler əladı

Dıqqətinizçün siz sağ olun.. give_ros
İndi millət aclıq aksiyası keçirəcək ki, bəs nətər olur Fəridə arıqlaya bilir, mən yox.
Əlbətdə ki əzizim...Hər kim tövsiyəmə əməl etsə əmin olsunlar ki böyük bir çəki itirəcəklər winked
Çox sağ ol, əzizim, yararlanacam, bir neçə həftə keçsin, nəticəni yazacam.

İnşALLAH..Bax yadımdadı ha....
hami pic-ha-pic edirdi ki yeqin nese xesteliyi var

sarcasti sarcasti
5-6 kq ariqlamam lazimdi ve men bunu bacaracam
əlbətdə ki bacaracaqsan .12 kq atan adam üçün 5-6 nədi ki... i_am_so_
Sevirem de sizin o yerleri ,

Sağ ol əzizim. Qismət olar bir gün də orda mənim qoğım olarsız.
ayka,
Siz hələ tələsməyin.. feel Ən azı 6 ay gözləyin.
13 yanvar 2014 21:04
Offline
ayka
mende teze ana olmusam(2.ci ovladimdi)qarsima meqsed qoymusamki ariqlayacam insallah 1nece ay kecer mende yazaramki ariqladim.Sizede cox sagol give_ros maraqli xeberinizcun
13 yanvar 2014 20:38
Offline
Gulum
Canim Feridem senin xeberini oxuduqca sanki oz kecmiwime qayitdim smile Lakin senden ferqli olaraq men bu ariqlamaq sevdasina bir az gec duwmuwdum dash Uwaqlarim artiq mektebe gedirdiler Gunlerin bir gunu ayildim ki 88 kiloyam Ve artiq yeter dedim girl_cray Demek olar ki idmansiz iki aya 12 kq ariqladim Meni 3 ay once gorenler tanimadilar Yaxinlarimdan birinin toyunda hami pic-ha-pic edirdi ki yeqin nese xesteliyi var Lakin artiq 13 ildir ki ozumu kokelmekden qoruyuram Amma vaxti vaxtinda fitnesle de mewgul oluram dance1 Doyunca yemek ise artiq menlik deyil dance Hal hazirda 65 kiloyam ,amma hele 5-6 kq ariqlamam lazimdi ve men bunu bacaracam Arada bu weytan meni aldadib bir az yedizdirir He bu arada deyim ki Bu gun Ismayillidan qayitmiwam Sevirem de sizin o yerleri kiss give_hea ,
13 yanvar 2014 19:01
Offline
Sonay Quluzade
Farida-Asadova,
Afərin sənə, qız. Mənim 22 kq arıqlasam, sümüklərim sananar. 5-cə kilo vəssalam-şüttamam. Dünən tərəzi almışam, həftədə bir dəfə çıxacağıma söz versəm də, deyəsən, tuta bilməyəcəmlol
İndi millət aclıq aksiyası keçirəcək ki, bəs nətər olur Fəridə arıqlaya bilir, mən yox.
Gözəl taktika seçmisən, güzgü də qəşəng nəticə verir, yəqin başa düşdün mocking Mənim də bir dənə sevimli şalvarım var, ölçü etalonumdur, lazım olanda həyəcan təbili çalır ki, nə günə düşmüsən, ayıl. Amma onu deyim ki, 165sm-lik boyumla heç vaxt 69 kq-ı keçməmişəm yahoo
Çox sağ ol, əzizim, yararlanacam, bir neçə həftə keçsin, nəticəni yazacam.
13 yanvar 2014 16:23
Offline
Naile Ehmedli
teüekkürler əladı
13 yanvar 2014 14:13
Offline
Farida_Asadova
♥YAQUT♥, give_ros
♡ Narın ♡, : dance1
MAYA EL, give_ros
Təşəkkür edirəm xanımlar........
13 yanvar 2014 08:25
Offline
♥YAQUT♥
İradeniz güclüdür Farida-Asadova dolu xanımlar sizin meslehetlerinizden istifade etseler onlarda meqsedlerine çatarlar inşALLAH give_ros
12 yanvar 2014 18:56
Offline
Narin...
Vau halal olsun sənə Fərişim çox gözəl nəticədir təbriklər kiss
12 yanvar 2014 18:50
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
MAYA EL
Afərin sizə təbrik edirəm give_ros sağ əliniz arıqlamaq istəyənlərin başına
12 yanvar 2014 17:50
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Farida_Asadova
Dəniz84,
Aysun Memmedova,
PƏRVANƏ ƏLİYEVA......,
aska,
love Meni gunun muellifi etdiyiniz ucun bir daha minettaram size ezizlerim/Diqqetiniz ucun tesekkur
12 yanvar 2014 15:22
Offline
Aysun Memmedova
Tebrikler gunun muellifi olmusan canim give_ros
12 yanvar 2014 14:31
Offline
Aysel İ.
Günün müəllifinə eşq olsun. Layiqli yerindədir bu xəbər.))
12 yanvar 2014 14:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Məncə cinayətdir. Hər kimsə klipin sujetinə əsasən rekvizit silahdan atəş açılacağını təxmin edib əsil güllə qoya bilərdi.
  • Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra

    Hugerbitsin Yutub kanalında yayımlanan videosunda qeyd olunub ki, Türkiyə vəziyyəti diqqətli şəkildə izləməlidir, 7 və ya 6 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı yüksəkdir. Seysmik aktivlik cəhətdən xüsusən Aralıq dənizi bölgəsinin fərqlənəcəyi bildirilib.
  • “Xaç atası” filmindəki ev satılır-FOTO

    280 kvadratmetrlik 4 otaqlı malikanə 1940-cı ildə tikilib və ingilis stilində dekor edilib.
  • 13:01 - Müəllif: Feride
    Cenifer Lopezdən stil dərsləri (1)

    Cenifer Lopezdən stil dərsləri

    Bu qadin cox gozeldi ne geyinmek laz geldiyin de bilir
  • Qiyamətdə "dağılmayacaq" anbar evlər -FOTO

    Qiyametden hec kim qaca bilmez
  • Sərdar Ortaçın xanımı məhkəməlik oldu-SƏBƏB

    Bu aralar abort etdirmə xəbəri ilə gündəmdən düşməyən Xloe bunun şayiə olduğunu iddia edib. Amma bir aparıcı onun səsini yazdığını, hər şeyi etiraf etdiyini deyibş
  • Klip çəkirdi intihar etdi-VİDEO

    Belə ki, o, özünü klip çəkdirən zaman rekvizit kimi istifadə olunan tapançadan atəş açıb. Açılan güllə onun başına tuş gəlib. Castin hadisə yerində vəfat edib.
  • Müsəlman cəhənnəm əzabı çəkərmi?

    "O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar 82/19)
  • 18:57 - Müəllif: Ayla Ayla
    2019 Bahar Dəbi (3)

    2019 Bahar Dəbi

    Sarının hər tonu bahar aylarının sevimlisi olacaq.
  • İtkin düşmüş gəmi tapıldı-77 il sonra

    Sualtı qayıq 77 il sonra tədqiqatçılar tərəfindən Finlandiya körfəzində tapılıb. Araşdırmalar zamanı məlum olub ki, sualtı qayıq top gülləsi dəydiyi üçün batıb. Hazırda araşdırmalar davam edir.
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )