Döş xərçəngi ölümə səbəb olması baxımından ağciyər xərçəngindən sonra ikinci yerdədir. Ancaq həyat vərdişinizə çevirməniz lazım olan sadə tədbirlərlə döş xərçənginin riskindən böyük nisbətdə qorunmaq mümkündür.
Formanızı qoruyun
İdeal çəkiyə sahib olan qadınların artıq çəkili olanlara görə menopoz dövrü sonrası döş xərçənginə tutulma riskləri daha azdır. Çünki, piylənmə qadınlarda qandakı cinsiyyət hormonları və insulinin artma faktorundan biridir. Bütün bu faktorlar da döş xərçəngi baxımından risk meydana gətirir.
Həftədə ən az 4 gün idman edin
Daimi olaraq edilən idman çəkiyə nəzarəti təmin edir və risk faktoru olan yüksək estrogen səviyyəsini balanslaşdırır. Bundan başqa, immun sistemini də gücləndirir. Tədqiqatlar menopozdan əvvəlki dövrdə həftədə ən az 4 gün nizamlı olaraq idman etməyin döş xərçəngi riskini azaltdığını göstərir. Menopozdan sonrakı dövrdə nizamlı olaraq edilən idman daha da əhəmiyyətli hala gəlir. Çünki, bu dövrdəki çəki artımı estrogen səviyyəsini yüksəldir və döş xərçəngi riskini artırır.
Əti məhdudlaşdırın, tərəvəz və meyvəyə üstünlük verin
Tərkibində yağ miqdarı yüksək olan qidalardan uzun müddət istifadə etdikdə qandakı estrogen səviyyəsi yüksəldiyi üçün döş xərçəngi riski artır. Həftədə 5 dəfə qırmızı ət yeyilməsi zamanı döş xərçəngi riskində artım olduğunu göstərən tədqiqatlar da var. Bu səbəbdən döş xərçəngindən qorunmaq üçün qırmızı ətdən çox istifadə etməyin. Gündə 5-6 porsiya meyvə-tərəvəzdən istifadə edin. Çünki, tərəvəz və meyvələrin tərkibindəki antioksidan sayəsində döş xərçənginin inkişaf riski 25 % azala bilir.
Yağdan istifadəni azaldın
Bədəninizin yağ faizini ideal səviyyədə tutaraq döş xərçəngi riskini azalda bilərsiniz. Aldığınız total enerjinin yalnız 20-25 %-i yağdan gəlməsinə diqqət edin.
Uşağınızı bol-bol əmizdirin
Əmizdirmə həm ananın, həm də körpənin xərçəngə tutulma riskini azaldır. Xüsusilə, körpənizin böyüməsində bir problem yoxdursa və həkiminiz lazim bilmirsə, körpnizi 6 ay yalnız ana südü ilə bəsləyin.
30 yaşından əvvəl ana olun.
Edilən araşdırmalara görə, ilk uşağını 30 yaşından sonra dünyaya gətirmiş qadınlarda döş xərçəngi nisbəti 20 yaşından əvvəl ana olanlara görə 2 qat artır. Bunun səbəbi isə gec yaşda uşaq doğan və ya heç doğmayan qadınların döşlərinin kanserojenik maddələrdən daha çox təsirlənmələridir.
Bu qidalara üstünlük verin!
Yaşıl çay: Tərkibindəki polifenollar sayəsində döş xərçəngindən qoruyucu xüsusiyyəti var. Gündə 1 fincan yaşıl çay içməyinizdə fayda var.
Balıq: Tərkibindəki omeqa-3 yağ turşusu, EPA sayəsində xərçəng risk meydana gəlməsini azaldır. Həftədə 1-2 dəfə balıq yeyin.
Kök, balqabaq, gül kələm: Xüsusilə menopozdan sonrakı dövrdə qadınlarda antiestrogen təsir göstərərək xərçəngin meydana gəlmə riskini azaldır. Tam taxıllı qidalar, küncüt toxumu, sarımsaq, zeytun yağı, ərik, şaftalı, armud, üzüm, balqabaq və albalı da lignan baxımından zəngin digər tərəvəz və meyvələrdir.
Süd və süd məhsulları: Az miqdarda kalsiumlu qidalardan istifadə edən qadınlarda döş xərçəngi riski artır. Süd, qatıq, pendir və süd məhsulları kalsium baxımından zəngin qidalardır. Yağsız və ya az yağlı qidalardan istifadə etmək həm çəkini qoruma, həm də xərçəngdən qorunma baxımından faydalıdır.
Bu qidadan uzaq durun
Kətan toxumu: Əvvəllər estrogen səviyyəsini azaldaraq qadınlarda hormonla əlaqədar xərçəng meydana gəlməsi riskini azaltdığı deyilsə də, son zamanlar şiş əmələ gəlməsini artıra bildiyii barədə tədqiqatlar var.
XƏBƏR LENTİ
Hava haqqında - 14.08.2013
Azərbaycanın qəhrəmanları
Bu körpəni görənlər gözlərinə inanmır
Bakıda 64 yaşlı qadın əkiz anası oldu-FOTO
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Kinoteatrlarda Google Glass yasaqlandı
"Son zəng"in vaxtı məlum oldu
Uşaqlar haqda məlumat yayanlar cəzalana bilərlər
Seren Serengil də boşandı
Geyim nümunələri
Noyabrda 3 gün iş olmayacaq
"Miss Universe" iştirakçılarının milli kostyumları
“Amfibiya adam” koronavirusdan öldü
Qəlbini dinlə ümidlərinə sarıl
“Papanin”də metro tikilir
"Bavariya"dan yeni rekord
Hədiyyə paketlərindəki təhlükə - VİDEO - FOTO
Tənbəl heyvanlar
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu yerə gedən adamlar ölür-FOTO
Avro tarixi minimumu yeniləyib
Məşhur rəsmlər karantin dövründə çəkilsəydi...
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Soyadın sənədlərdə dəyişilməsi problemi
Pul sevgi hissini möhkəmləndirir?
Ailə qurmaq üçün ideal vaxt
Payızda virusun yayılması gözləniləndir - TƏBİB rəsmisi
WhatsApp-da problem yaranıb
Qapalı paltarlar
Körpələrdə soyuqdəymə
DİQQƏT! Bu ərazilərdə su olmayacaq
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Robert Prosineçki Bakıda!
Venesuelaya meteorit düşdü
Kosmosda tərəvəz yetişdiriləcək
Bu günün hava proqnozu
Demet Özdemir Bakıya gəlir
Buğda salatı (foto-resept)
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Dərinizə təbii gözəllik bəxş edin
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Maraqlı köynəklər
Dahi azərbaycanlının əziz xatirəsinə
Uçan təhlükə
Sabahın HAVAsı
Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Məşhur futbolçu bu gün evlənir
- ŞƏRHLƏR