Bakıda hava 10°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16 noyabr 14:25Feride Xeyirli cumeler 16 noyabr 13:25Sima cumemiz xeyirli olsun
39444

Quşları yaxından tanıyaq

Qaranquş

 

Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri.

Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var. 

Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir.

Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. 

Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər. Köçərkən bəzən şiddətli yağış və fırtınalar minlərlə qaranquşların ölməsinə səbəb olur. recourse 

Dişi qaranquşlar qəhvəyi rəngdə 4-5 yumurta yumurtalayır. Balalar ana-atasının ağzında gətirdikləri qida ilə böyüyürlər. Iki həftə içində yuvanı tərk edirlər. Qaranquşlar ildə 2-3 dəfə kürt yatır.

Köçub gəldikdən sonra qaranquş öz köhnə yuvasında bir sərçə görsə, onu çıxarıb qovmaya çalışır. Sərçəni çıxara bilməsə, yoldaşlarını çağırar, hamısı birdən yuvanı palçıqla dolduraraq sərçəni orda məhv edirlər. cray

Qaranquşlar şən olmaqdan əlavə, doğrudan da cəsurdurlar. Ətrafını diqqətlə gözdən keçirir, dostlarını, düşmənlərini öyrənir və ancaq layiq olana etimad edərlər. Bütün qaranquşlar böcək ovçusudur. Daim havada ovlayırlar, divarların üzərində olan böcəkləri uçarkən tuturlar, ovlarını parçalamadan udurlar.

Qaranquş cinsləri:

Quşları yaxından tanıyaq

Qum qaranquşu

Ev  qaranquşu
Bənövşəyi qaranquş
Qır qaranquşu
Quşları yaxından tanıyaq
Ağac qaranquşu 
Qaya qaranquşu 

 

Sərçə

 

Erkək sərçənin üst tərəfi xətli qəhvəyi rəngli, alt tərəfi bozdur. Dişi sərçə isə solğun sarı və qəhvəyi rəngdədir. Uzunluğu 14 sm-dir. Erkək sərçəyə yaxından baxanda canlı rəngləri ilə diqqət çəkir. Bağçalar, parklar və tarlaların çox məşhur, səs-küylü quşudur. Sərçənin vətəni Avrasiya və Şimali  Afrikadır, Cənubi Amerikadan başqa dünyanın hər yerində var.

Ən çox yayılan növü ev sərçəsidir. Köçəri deyillər. İnsanlara yaxın ərazidə və tarlalarda yaşayırlar.

Digər növləri: Qar sərçəsi, qaya sərçəsi, İtaliya sərçəsi (melez), meşə sərçəsi, söyüd sərçəsi, çöl sərçəsi

Bu quş soxulcan, tırtıl, böcək, dənlə qidalanır. Taxıl dənələrini və tumurcuqları yediyi üçün ziyanlı quşlar arasına daxil olub. 

Saçaq altlarında, divar çıxıntıları, oyuqlar, ağac və kollarda çör-çöpdən düzəltdikləri, olduqca diqqətdən kənar yuvalarını tük və yunla “döşəyir”, bu yuvaya 3-8 yumurta qoyurlar. 11-12 gün kürt yatırlar. Erkək və dişi kürt sərçələr balalar böyüyənədək ailədən uzaqlaşmazlar. Balalar yumurtadan çıxandan 2 həftə sonra yuvanı tərk edirlər. Ata-ana sərçələr yay ərzində 3-4 dəfə bala çıxarır. 

İndi də sizə bəzi sərçə cinslərinin şəkillərini təqdim edirəm, adları tərcümə olunmur.

Atticora 

Carpospiza
Delichon 
Montifringilla
Progne
Quşları yaxından tanıyaq
Petronia 
Passer
Neochelidon 
 Haplochelidon

 

Göyərçin

Latıncadan Aves olaraq adlandırılan göyərçinlər onurğalılar qrupunda, məməlilər arasındadır. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa ayaqlı quşlardır. Dimdiyi qısa və zəif, ucu bir qədər aşağıya doğrudur. Meyvə, dən və ya çəyirdəkli toxumla qidalanır.

Haqqında:

Ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Qütblər xaric olmaqla dünyanın hər tərəfində göyərçinləri görmək olar. Xarakterik özəlliyi ondan ibarətdir ki, uçmağa yararlı qanadları var, bədənləri tüklə örtülüdür, yumurta ilə çoxalırlar və istiqanlıdır. Olduqca sürətli uçurlar. Göyərçinlər sabit istiliyə malikdirlər. Bədən temperaturu 38-40 dərəcə arasında dəyişir.

Çox göyərçin növlərinin sümüklərinin içi boş olduğu üçün kövrək skeletə malikdirlər. Bədənin bəzi yerləri tüksüzdür-dimdik, barmaq. Bəzi göyərçin növlərində barmaqlar dırnaqlara qədər  tüklü olur.

Göyərçinlər yatarkən bəzən bir ayağını gövdələrinə tərəf çəkib yatırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, onlar bədənlərindəki isitilik azalmasın. Quşların ayağında tük olmadığı üçün bu açıq nahiyələrdən istiliyin azalması mümkündür.  

Dişiləri əsasən bir cüt yumurta yumurtlayıb kürt yatır. Çox  nadir hallarda üç yumurtaya və ya tək yumurtaya kürt yatıldığı müşahidə edilib. Balalar 24-25 gündən sonra tək başlarına yem yeməyə başlayırlar.

Göyərçin saxlayırsınızsa, onların hər zaman təmiz suyu olmalıdır, özü də kifayət qədər, xüsusilə də bala çıxaran vaxt onların suya olan tələbatı artır.

Bəzi göyərçin cinsləri:

Ağ göyərçin

Mavi  göyərçin

Qırmızı  göyərçin

Trakya göyərçini
Quşları yaxından tanıyaq
Sarı  göyərçin
İstirahət edən  göyərçin lol
Quşları yaxından tanıyaq

 

Qağayı

 Qağayılar böyük quşlardır, əsasən boz və ya ağ rəngdə olurlar, çoxusunun başında qara xallar da olur. 

Haqqında: Cəsurdurlar, üzün dimdiyi var. Iri gövdəli quşlardır. Qağayılar rahat və sürətli uçur. Boyları 25-80 sm-dir. Suyun üzərinə qonur, az üzür və suya baş vurmur. Qidaların əsas hissəsini molyusklar, xərçənglər və kiçik balıqlar təşkil edir. Doymaq bilməyən quşlardır. Iri qağayılar quş yumurtalarını və balalarını da yeyir. Dənizə atılan plastik qablar da qağayılar üçün ölümcül ola bilir. Ölü tapılan qağayıların mədəsində plastik qab hissələrinin olduğu aşkarlanmışdır. Bir neçə növünü çıxmaq şərtiylə dənizdən uzaq yaşamırlar. Qağayılar toplu halda əsasən bataqlıqlarda və su kənarlarında yuva qururlar. 

Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Bundan başqa maraqlıdır ki ağızları vasitəsilə qağayılarda cütləşmə olur.

Növləri:

Qağayıların bir çox növü vardır; böyük və ya gümüş qağayı, (Larus argentatus); kiçik qağayı (L.canus) ; qarabaşlı qağayı ( L.ridibundus); cücə v (L. minutus); qara qağayı (L. fuscus) və s.

Qağayıların tükü ağ, açıq kül rəngi və qara rəngdə olur. 

Qağayılar bütün işlərini birlikdə edirlər. Bir yerdə ov edir, istirahət edir, leş axtarır və dalaşırlar. Çoxusu birlikdə yuva qurmağa üstünlük verir. Bir neçəsi alçaq ağaclarda yuva qurar, dəniz yosunu və ətrafdakı digər bitkilərdən böyük yuva düzəldərlər. Dişi qağayı qəhvəyi rəngdə 2-3 yumurta qoyur. Erkəklə dişi quşlar kürt oturur. Həm erkək, həm də dişilər balaları qidalandırır. Yumurtadan çıxmış balalar 4-6 həftədən sonra uçmaya başlayırlar.

Qağayı cinsləri:

Qara ayaqlı qağayı 

Quşları yaxından tanıyaq
 Qaranquş quyruqlu  qağayı 
Quşları yaxından tanıyaq

Qara quyruqlu  qağayı

Quşları yaxından tanıyaq

Qara belli qağayı

Quşları yaxından tanıyaq

Və sonda bu videoya da baxın, doyunca gülün. Qarğa itlə top-top oynayır biggrin

 

Səslərin sayı: 39
159
33923
loading...
Şərhlər
Offline
Flowers
Canik.davamı olacaq xəbərin inşaAllah?-tutuquşu.bülbül və s.-bunlar barədə olacaq? Evdə saxlanılanlar yəni...Ördəklər,qazlar yaddan çıxmasınaaaa,inciyərlər!

Bax , sataşma ha mənim ördək-qazlarıma.. crazy

Küsmə gəl, sevimli Madam,Dərdim çox dözə bilmərəm.Üz çevirib getmə məndən,Sənsiz yaşaya bilmərəm...Aldım könlünü?

Həə.. kiss

lovable_madam,cooooooooooxxxxx sağol madam

ay nə maraqlı xəbər hazırlamısan çox beyendim ən çoxda sarı göyərçini təşəkkürlər canım

vvvaaaayyyyyy it's sweeettttttt

ne gozeldiler,cox sagolun

Cox sagol, madamcik

cox sag ol baci cox maraqlixeberdi tesekkurler

MƏN DƏ QUŞLARI ÇOX SEVİRƏM. O QƏDƏR ŞİRİNDİLƏR Kİ...XƏBƏRİN SUPERDİ CANIM MƏNİM

Hər birinizə minnətdaram, əzizlərim give_ros


Yoooo baciş,məndə vaxt hardan hər gün izləyim onları? Dedim axı,sevirəm izləməyi.amma elə də tez-tez görmürəm

Bəs necə olur ki mən səmada quşları izləyirəm, amma yuxuma da gəlmirlər. cray

yoxeee urdan cixmagina inanmiram deyesen orda qaldi ele

Canım, məni də üzdün eee.... recourse Aklım onda qaldı dash
23 may 2013 20:31
Offline
Hacət-i Vuslat

Canımsan, demək sən çox sevirsən göyərcinləri və hər gün onları seyr edirsən ki yuxuna da həvəslə gəlirlər

Yoooo baciş,məndə vaxt hardan hər gün izləyim onları? belay Dedim axı,sevirəm izləməyi.amma elə də tez-tez görmürəm recourse
23 may 2013 20:28
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Flowers
Maraqla oxudum Madamçik,təşəkkürlər. Mən göyərçinləri xüsusilə sevirəm,kişi olsaydım bəlkə də quşbaz olardım-saatlarla(təbii ki, əəgər o saatlarım olsa!) onların havada süzməyini izləyə bilərəm!Mavi səmanı da izləməkdən doymuram! Qonşular saxlayır-elə gözəl görünürlər ki,havada!____Allah tərəfindən olan bəzi yuxularım məhz göyərçinlə və səma ilə bağlı olur-bu gün də qanadında məktubla göyərçin göndərmişdi Allahım-madam.inan huşsuzluğum yuxuda da var-ayılıb o qədər hirslənmişdim ki,məktubu hara qoydum yuxuda bilmədi

Canımsan, demək sən çox sevirsən göyərcinləri və hər gün onları seyr edirsən ki yuxuna da həvəslə gəlirlər yahoo

Məndə də unutqanlıq var ee yuxu cəhətdən, yadımda qalmır, bir seriya yuxu görürəm amma scratch_


Neçə ildir qaranquş görmürəm

Canın sağ olsun təki biggrin

Qarğa deyəsən quşlar arasında ən deyingən quşdu həə?

Hə, elə deyirlər crazy

Həyət evində olsam hərcür heyvan saxlayaram, heyvanları çox sevirəm

Mən də sənin kimi fikirləşirəm fellow
Madam bacı təşəkkerlər sənə

Dəyməz, canikom girl_ten

serce adli turk seriali vardi heyf yayimin yarimcik kesdiler o seriala baxandan sora yoldasim mene serce derdi cox gozel dizi idi tesekkurler xeber ucun

Siz də sağ olun, mən baxmamışam o seriala.


Madam, maraqla oxudum ümumiyyətlə quşları sevirəm, qarğadan başqa. qaranquşun gəlişinə sevinib, gedişinə kədərlənirəm. Bir şey də mən qeyd eduim, quşun yuvasını dağıtmaq günahdır. Qağayıları da görəndə sanki ruhum rahtlıq tapır. Qarğanın top-top oynaması, özü də itnən ləzzət elədi Maraqlı xəbərə görə bacım.

Tamamilə razıyam bütün şərhinlə girl_smi

dunenden baxmisam ama serh yazmamisamçna gozel quslar varmis burda lap papuqaylarim yadima dusduçoglum qafasini acdi buraxdi ucdular.gormadiyim quslarida sayenda tanidim cox sag ol Madamcim

Məncə oğlun düz edib, düzdür, öyrəşirik quşlara da, heyvanlara da, amma qəfəsdə quş olmaz no
23 may 2013 20:26
Offline
UMMU FATIME
inşALLAH ki canım o quş yaxşıdır indi və azad uçur

yoxeee urdan cixmagina inanmiram deyesen orda qaldi ele cray
23 may 2013 20:25
Offline
Flowers
21 yasinacan gormemisemse bundan sonra cetin ki gorum

Mən inanıram ki görəcəksən tezliklə. biggrin

heyif o quwdan anasindan ayrildi INSAALLAH sonra qayitmiw olar anasinin yanina

inşALLAH ki canım o quş yaxşıdır indi və azad uçur request

Gozel bacimdeyirler qulaq gunde bir soz .......meselesi var eee men de 1- defedi rengbereng qaranquadhlar gorurem ele bilirdim bu qushlar ele bir cur olur cox saq melumatlandiridn goyercinler hec onlardan sortbasort gormushem tort yemeye gedende bizi yaddan cixarma haaaaa

Tort yoxdur, heç hara getmirəm. recourse
Hə, mən də təzə öyrəndim o rəngli qaranquşları love


Göyərçinləri çox sevirəm.Uşaq vaxtı nənəmgilə gedəndə dayımın göyərçinlərin tutub sığallamağı xoşlayırdım. Evdə buğda qoymurdum tökürdüm bu göyərçinlərə. Rəngbərəng göyərçinlər adamın gözünü oxşayır. Video super bacım.

Sən də supersən. Çox sağ ol. biggrin love


Həm video həmdə geniş məlumat üçün təşəkkür edirəm maraqlıdı

NE GOZLE NE MARAQLI COOOOOOOOOOOOOX TEWEKKURLER

cox maraqlidi.amma men qargadan qorxuram.vahimeli sesi var.her bir melumata gore tewekkurler

Çox sağ olun hər biriniz. Mən də qarğanı hem sevmirəm nea


ay Madam hardan tapirsan bu xeberlerri vallah halaldi sene

Göz oxşamaq, ruh dincəltmək üçün edirəm də təki sizə xoş olsun, istirahətiniz maraqlı keçsin! mocking

uwaqlarim balaca olanda iki dene popuqay saxlayirdilar ele gozel rengleri var idi ki yoldawimin iwinde bir az problem yarandi atdi popuqaylarin ustune ki bular bize duwmedi

Hə, bacı, deyirlər düşər-düşməzliyi olur evdə quş saxlamağın. wassat

bu yaxinlarda bir qonwumuz da goyercin saxlayir goyercinlerin hamisinin bir ayagina qizil halqa duzeltdirib

Aaa, nə gözəl, əla ideyadır, bəyəndim. good
23 may 2013 20:15
Offline
pure love
lovable_madam çox sağolun qaranquşlar haqqında bu qədər bilmirdim.
23 may 2013 19:31
Offline
Aysel İ.
Göyərçinləri çox sevirəm.Uşaq vaxtı nənəmgilə gedəndə dayımın göyərçinlərin tutub sığallamağı xoşlayırdım. Evdə buğda qoymurdum tökürdüm bu göyərçinlərə. Rəngbərəng göyərçinlər adamın gözünü oxşayır.
Video super bacım.
23 may 2013 19:23
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gulum
ay Madam hardan tapirsan bu xeberlerri vallah halaldi sene men uwaq olanda heyetimizde iki oqlan goyercin saxlayirdilar her gun evden pul alirdim ki ozume bulku aliram amma blkunu quwlara yedizdirirdim uwaqlarim balaca olanda iki dene popuqay saxlayirdilar ele gozel rengleri var idi ki yoldawimin iwinde bir az problem yarandi atdi popuqaylarin ustune ki bular bize duwmedi blum ne qeder eledim ki bu bow sohbetdi dedi yox ki yox uwaqlari bir teher dile getirib onlari bawqasina verdim amma onu da deyim ki yoldawimin iwleri qaydasina duwdu elbetdeki sebeb bawqa idi smile bu yaxinlarda bir qonwumuz da goyercin saxlayir goyercinlerin hamisinin bir ayagina qizil halqa duzeltdirib winked
23 may 2013 17:44
Offline
ilahe elizade
cox maraqlidi.amma men qargadan qorxuram.vahimeli sesi var.her bir melumata gore tewekkurler. mocking
23 may 2013 17:20
Offline
V_E
NE GOZLE NE MARAQLI COOOOOOOOOOOOOX TEWEKKURLER
23 may 2013 16:37
Offline
Sevinc
Həm video həmdə geniş məlumat üçün təşəkkür edirəm maraqlıdı give_ros
23 may 2013 16:35
Offline
Serras
A, nə yaxşı ad qoymusuz və çağıranda gəlir yanınıza hə? Nə maraqlıdır, hansı quşlardır?

baci gulme mene qaynatam yoldasimin,menim,baldizimin birdə baldzimin qizinin adin qoyub he gelirleree o qeder yemek verirem crazy
Aha, yaxşı yadıma saldın, sən mənə 1 ay qabaq söz verdin ki Madamın sevmədiyi və qorxduöu ilanlardan xəbər hazırlayacaqsan, noldu bəs? Deyəəsn ilanın şəkillərini görüb özün məndən çox qorxdun

he sen cani ilan deme yadima dusdu o sekileer oyy qorxdume dash
23 may 2013 15:15
Offline
FIRUZA
Gozel bacimdeyirler qulaq gunde bir soz .......meselesi var eee men de 1- defedi rengbereng qaranquadhlar gorurem ele bilirdim bu qushlar ele bir cur olur cox saq melumatlandiridn goyercinler hec onlardan sortbasort gormushem
tort yemeye gedende bizi yaddan cixarma haaaaa man_in_l
23 may 2013 15:07
Offline
UMMU FATIME
.Yo, sən ordan çıxan kimi sərçə də uçub sonra, ola bilməz ki girib qalsın orda ac-acına.

yoxee orani sen gorsen deyersenki burdan cixa bilmez hem orda ele weyler var idiki o orda ac qalasi deyildi. nyam turkler demiw bir wey eliyeceydim elime uzume bulawdirdim amma sonra ele pis oldumki o quwa gore o daxala piwiklerde girir piwikler inanmiram o quwun girdiyi yere gire bile heyif o quwdan anasindan ayrildi INSAALLAH sonra qayitmiw olar anasinin yanina cray
23 may 2013 14:34
Offline
Yasemen
inşALLAH görərsən tezliklə

21 yasinacan gormemisemse bundan sonra cetin ki gorum cray
23 may 2013 12:41
Offline
Hacət-i Vuslat
Maraqla oxudum Madamçik,təşəkkürlər. Mən göyərçinləri xüsusilə sevirəm,kişi olsaydım bəlkə də quşbaz olardım-saatlarla(təbii ki, əəgər o saatlarım olsa!) onların havada süzməyini izləyə bilərəm!Mavi səmanı da izləməkdən doymuram! girl_ten Qonşular saxlayır-elə gözəl görünürlər ki,havada!____Allah tərəfindən olan bəzi yuxularım məhz göyərçinlə və səma ilə bağlı olur-bu gün də qanadında məktubla göyərçin göndərmişdi Allahım-madam.inan huşsuzluğum yuxuda da var-ayılıb o qədər hirslənmişdim ki,məktubu hara qoydum yuxuda bilmədim dash cray
Keçən həftə birisi düşmüşdü həyətə-xəstə idi,çox pis oldum,uşaqlara görə saxlayıb müalicə edə bilmədim(quş qripi flan) recourse

Canik.davamı olacaq xəbərin inşaAllah?-tutuquşu.bülbül və s.-bunlar barədə olacaq? Evdə saxlanılanlar yəni...Ördəklər,qazlar yaddan çıxmasınaaaa,inciyərlər!
23 may 2013 12:22
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Louis Vuitton
Aaaa, küsərəm haaa...

Küsmə gəl, sevimli Madam,
Dərdim çox dözə bilmərəm.
Üz çevirib getmə məndən,
Sənsiz yaşaya bilmərəm...


Aldım könlünü? give_ros
23 may 2013 12:07
Offline
Flowers
MƏN DƏ QUŞLARI ÇOX SEVİRƏM. O QƏDƏR ŞİRİNDİLƏR Kİ...XƏBƏRİN SUPERDİ CANIM MƏNİM.

Tamamilə razıyam, gözəl bacımla. cool

ne gozeldiler,cox sagolun

Gözəl günün olsun, amin girl_ang

cooooooooooooooox xoslayiram quslari olara baxanda dincelirem yoldasima deyirem tutu qusu alib saxlayaq olara baxanda dincelirem tesekurler bu gozel xeberlere gore canim bacim
23 may 2013 12:04
Offline
Aminim
dunenden baxmisam ama serh yazmamisamçna gozel quslar varmis burda lap papuqaylarim yadima dusduçoglum qafasini acdi buraxdi ucdular.gormadiyim quslarida sayenda tanidim cox sag ol Madamcim
23 may 2013 12:04
imza: qadin.net
Offline
Flowers
İndi də quş alverinə keçdin, Madam?

Aaaa, küsərəm haaa... girl_cray

Ay ne gozeldi madam.. Cox maraqli melumatdi canim. Qushlar ne gozeldi..Her seher yuxudan duranda pencerenin qabaqinda ne qadar yiqilir,olarin sesine oyaniram.Men qushlari cox sevirem..Cox saqol canim maraqli melumata gore

Dəyməz canım, xoşdur mənə də ki siz bəyənirsiniz. biggrin

mamacan gorusen vallah madam her seyin alverin edir ama yaxsidire dinmeyine itden pisikden ilandansa qus yaxsidir...

Aha, yaxşı yadıma saldın, sən mənə 1 ay qabaq söz verdin ki Madamın sevmədiyi və qorxduöu ilanlardan xəbər hazırlayacaqsan, noldu bəs? Deyəəsn ilanın şəkillərini görüb özün məndən çox qorxdun crazy


MAdamcikim sevirem quslari yasa seni bu defe ama col quslarin yooxxx haaaa,burda her gun dururam birinci pencereden quslara yemek veirem qaynatam ad qoyub hamisina cagirirq oynadiriq kenddede qaranqus saxlayardiq tesekkurler.

A, nə yaxşı ad qoymusuz və çağıranda gəlir yanınıza hə? pardon Nə maraqlıdır, hansı quşlardır? fellow

Maraqlı məlumat idi,çox sağ ol Madam bajı

Cahan
Maraqli melumatlara gore cox sagolun.

guslarin hamsi gozeldir.

Çox sağ olun şərhlərinizə görə, ümid edirəm bəyəndiniz. love

quslarin bu qeder novunu gormemisdim coox qesengdiler,videoda yaziq qarganin bagazi cirildi ite:pas ver,pas ver: demekden

Hə, düz deyirsən, it də başa düşmür dəə biggrin
23 may 2013 12:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!