Bakıda hava
USD AZN
EUR AZN

Doğru geyinməyin incəlikləri

 

Qısa boy, dar çiyinlər, geniş ombalar. ..Bəzi xanımlar bunlara görə kompleksli olur.Əhəmiyyətli olan isə bunları gizləməyin yolunu bilməkdir.

Qısa boylu xanımsınızsa 
Şalvar seçərkən
Əgər bədəninizin üst qismini uzun göstərmək istəyirsinizsə, beli aşağıdan olan şalvarlar seçməlisiniz. Ayaqlarınızı olduğundan uzun göstərmək üçün isə yüksək belli və düz enən şalvarlar seçin. Kontrast rənglərdən və iri naxışlardan qaçın. Canlı rəngləri üstünüzlə eyni tonlarda olmaq şərti ilə rahatlıqla istifadə edə bilərsiniz. 
 
Pencək və köynək
Çox uzun və ya beldə bitən qısa pencəklərdən qaçın. Belə oturan və omba xəttində qalan modellər seçin. Beli aşağıdan olan bir şalvar geymək istəyirsinizsə, üzərinə saçaqlı və ya biserli bir köynək istifadə edə bilərsiniz. Aşağı geyiminizlə üst geyiminiz arasında rəng uyğunluğu etməyin.Əgər mütləq olaraq bir rəng uyğunluğu etmək istəyirsinizsə, parça növü uyğunluğu edin: ipək bir paltar üzərinə cins pencək kimi. 
 
Paltar
Tək rəng və düz kəsimli paltarlar boyu daha uzun göstərər. Ətək boyu baldırların ortasına, hətta topuqların dərhal üstünə qədər enə bilər.

Köksünüzsə

Şalvar
Şalvarlarınızı mümkün olduğunca bol seçin. 
 
Üst geyimi
Xüsusilə şalvar üzərinə, ayaqlarınızın üst qisminə qədər enən uzun koftalar geyin. Göz oxşayan, diqqət çəkici böyük naxışlar yerinə tək rəng və tünd tonları seçin. Dekolte istifadə etməkdən qaçmayın, amma qalın və belinizi bütünlüklə tutan kəmərlərdən qaçın!
 
Pencək
Əyninizdə boş dayanan modelləri seçin; mümkünsə önünü düymələmədən geyin. Pencəklərinizdə böyük vatkalar yerinə daha kiçik, çiyinlərinizi yüngülcə yüksəldəcək vatkalar istifadə edin. 
 
Paltar - ətək
Əsla bədəninizi bütünlüklə tutmamalı: streç parçalara vida edin! Bədənə yapışmayan, uçuşan parçalar idealdır. Rəng olaraq daha çox tək rəng və tünd tonlar istifadə edin.Uzunluğu dizə qədər olan ətəklərdən rahatlıqla istifadə edə bilərsiniz.
 
Geniş ombalısınızsa

Şalvar
Geniş şalvarlarla ombalarınızı nəzərə çarpan etməyin.Boş modelləri seçin, düz kəsimli şalvarlar geyin. Hər vaxt tünd və tək rəng seçin. Əsla və əsla lasini geyməyin!

Üst geyimi
Üst hissəniz incə, ombalarınız genişsə, bədəninizdəki bu fərqi yox etməyiniiz lazımdır. O halda, diqqəti bədəninizin üst qisminə çəkəcək tərzdə köynək, kofta və s. geyməkdə tərəddüd etməyin. Çiçəklər, geometrik şəkillər, qarışıq rənglər, hətta böyük aksesuarlar istifadə edin, kiçik dekolteler tətbiq edin. Göz və dodaq makiyajına ağırlıq verin.

Paltar - ətək
Ətəklərinizdə boş modelləri seçin və neytral rənglər (qara, boz,krem rəngi kimi) istifadə edin. Çəpinə kəsimlər və büzgülü modellərdən qətiliklə qaçın. Paltarda diqqət yetirməniz lazım olan nöqtə, sinə hissəni ön planda, ombanızı isə ikinci planda saxlamaqdır. Ən doğru model, bel xətti olan amma belə çox oturmayan, omba yumrusunu çıxarmayan düz kəsimlərdir. Uzunluğu dizin alt hissəsinə qədər olan ətəklər ən ideal olandır.

Boyun dekoltesi

Boyunuz uzunsa, hər tərzi tətbiq edə bilərsiniz. Xüsusilə, yumru açılmış dekoltelər və boyna bağlanmış kiçik bir yaylıq çox xoş dayanacaq.  
Boyunuz qısadırsa, "V" yaxalı koftalar və ya "V" açılmış dekoltelər seçin.Bu zaman boyunuz daha uzun görünəcək. Boyun üçün yaylıq istifadə etməməyə çalışın; Bu boyunuzu qısaldıb çiyinlərinizə basdırılmış kimi göstərər. Bunun yerinə çiyinlərinizə bir şərf salın; beləcə "V" dekolteniz də bağlanmamış olacaq.

 

Çiyin dekoltesi
Çiyinləriniz kvadrat formasındadırsa, asimetrik çiyin dekolteli və ya qolsuz paltarlar seçin.  
Çiyinləriniz yumrudursa, incə asqılı geyimlər sizin üçün idealdır.  
Çiyinləriniz aşağı və darsa, reglan qollu paltarlar geyməyin. Çiyin başlarını ortaya çıxaran, dərin qol oyuğu olan geyimlər çiyinləri daha geniş göstərər.

 
Ayaqqabı seçimi
Diz və diz altı xəttindəki bir ətək uzunluğuyla 7 sm. Deyil də uzun bir topuqlu ayaqqabı geyilə bilər. Mini bir ətəklə daha alçaq dabanlı ayaqqabı istifadə etmək lazımdır.  
Köksünüzsə, bədəninizlə uyğunsuzluq yaratmamaq üçün hündürdaban ayaqqabıdan qaçın.Kök xanımlara orta hündürlükdə hündürdaban ayaqqabı idealdır. 
Qısa boylu xanımsınızsa, yüksək və incə dabanlı ayaqqabı bədəninizdə balanssızlıq yaradar, əyri və donqar bir görünüş verər.Qısa boylu xanımlara 5-6 sm.-lik bir yüksəklikdə hündürdaban ayaqqabı idealdır.
Uzun boylu xanımlar, yenə də çox düz ayaqqabılar seçməyin. Az da olsa bir az hündür ayaqqabı boyunuza cazibədarlıq qatacaq.

Səslərin sayı: 7
52
19349
loading...
Şərhlər
Offline
Huseynova Ruhane
teshekkur edirem
13 fevral 2013 08:35
Offline
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
COOOOOOOOOOOOOOX GOZEL GEYIMLER SECMISEN
13 fevral 2013 07:54
Offline
DENIZ
zovqlü geyimlerdi teşekkürler
13 fevral 2013 01:40
Offline
Dr.Gulgez
maragli oldu,minnetdaram..
13 fevral 2013 01:26
Offline
vusu
biz uzunboylular adam deyilik?
13 fevral 2013 01:26
Offline
Ceylan Mumoğlu
Duygu xanım, 2 ilə yaxındır saytımızdadır.Əvvəlki xəbərləri ilə müqayisədə,çox böyük dəyişiklik görürəm onun fəaliyyətində.Bu məni daha çox sevindirir. Hər bir istifadəçinin yaxşıya doğru dəyişməsi,öz üzərində çalışması və inkişafı biz rəhbərləri də qanadlandırır.
Təşəkkürlər, Duygu love
13 fevral 2013 00:46
Offline
NUREL
Men de oz tipimi tapdim, cox sagol Duygu maraqli xeber idi. give_ros
13 fevral 2013 00:39
Offline
SEVIL
maraqlidi boluwduyunuz ucun tewekkurlar.
13 fevral 2013 00:31
Offline
Ayka S
menim boyum 1,72 dir kolmda birazzz normaldan coxdur ancaq hemise ele geyiniremki yarasir vee salvar etek don hamisini uzerimde dasiya bilirem tesekkur
13 fevral 2013 00:30
Offline
LEQENDA.
Eynimde bow dayanan modelleri hec vaxt geyine bilmirem. Gerekki o,paltar tam ustume bicilsin.enli geyimlerle hec aram olmaz. Tewekkurler .
13 fevral 2013 00:27
Offline
Serras
Qisa boylu deyilem,kokde deyilem,ombamda yoxdur mene aid deyil,tesekkurler xebere gore.
13 fevral 2013 00:24
Offline
Fatma xanım
çox gözəl geyimlər seçmisən
13 fevral 2013 00:11
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış