Bakıda hava
USD AZN
EUR AZN

Sevgimizin rəmzi mələk...

...Dünyanın bəxtəvəriyəm bu gün...çox xoşbəxtəm həm də...uzun illərdən sonra sənlə görüş günümüzdür...Birdən gözüm divardakı saatın əqrəblərinə sataşdı.Lap az qalıb ki..mənsə hələ heç yatağımdan qalxmamışam. Yadıma salmağa çalışıram, nələr edəcəydim, ilk nədən başlamalıydım...ehh, əllərim əsir, bu nədi heç bu qədər həyacanlı olmamışdım...Yadıma düşdü... səndən mənə ən dəyərli hədiyyəni götürməliyəm bu gün...Orta məktəbin son sinfindəydik utana-utana mənə bükülü bir kağız uzatmışdın...

...Zəngin gur səsi sinif otağını bürüdü, hər kəs elə bil bu anı gözləyirdi. Çantalar an içindəcə yığışıldı, hamı tələsik qapıya tərəf qaçdı.Son dərs idi evə tələsirdik. Həmişəki kimi bu gün də sinfi axrıncı tərk etdim. Pilləkənləri enib birinci mərtəbədə yerləşən müəllimlər otağına keçdim. Rəfiqəm həyətdə məni gözləməli idi, gecikməyim deyə addımlarımı yeyinlətdim.Jurnal əlimdə direktor otağına keçdim. Fizika müəlliminin bəzi qeydləri vardı onu direktorla müzakirə etməliydim. Söhbətimiz uzun çəkmədi. Otaqdan çıxarkən çevrilib müəllimlərlə sağollaşdım. Qapını açarkən üz-üzə gəldik: “Niyə hələ getməmisən?”-ilk sualım belə oldu. Həmişəki  kimi yenə gözlərimin içinə baxa bilmədi, gözünü az qala ayaqqabılarımın ucuna dikib: “Sənə sözüm var”- dedi...”Eşidirəm səni”-gülə-gülə dilləndim. Ovcunun içində nəsə saxlamışdı, hiss edirdim ki, nəsə vermək istəyir,amma tərəddüd edir. Onu bir qədər də cəsarətləndirmək üçün ərkyanə: “Səni gözləyirəm...axı məni də gözləyirlər, sözünü de”- dedim və gülümsədim...

 Əlində tutduğu kağızı mənə tərəf uzatdı: “Burda açma, xahiş edirəm, evə çatanda oxuyarsan”-dedi və sürətlə uzaqlaşdı...Rəfiqəm gəldi bu vaxt: “Harda qaldın? Səni gözləyirəm  bayaqdan”. Həyəcandan qızardığımı hiss etdi,amma nədənsə heç nə soruşmadı... əlimi gödəkcəmin cibindən çıxartmadan məktəb qapısından çıxdım. Rəfiqəm yolboyu fikirli olduğumu bəlkə dəfələrlə xatırlatdı,amma yorğunluğumu bəhanə etdim. Kağız haqqında heç bir şey demədim...Çünki ümidlərimin puç olacağından qorxurdum...Rəfiqəm də bilirdi ki, məni sevən oğlanlardan yalnız bir nəfərin sevgisi məni maraqlandırır və ancaq cibimdəki kağızın sahibinə ürəyimdə gizli sevgim var...Ancaq bunu heç kimə büruzə belə verməmişdim. Çoxları yerimdə olmaq üçün onun ətrafında dolaşır, özlərini sevdirməyə çalışardılar...mənəsə qürurum imkan vermirdi sevgimi bildirməyə... həm də elə bilirdim o yaxın qohumlarından birini sevir...qohum dediyim qız hər yay tətilində kəndə dincəlməyə gələrdi... İndi də elə bilirdim ona olan hisslərini çatdırmaq üçün məndən istifadə edir. Axı, qız bizim qonşu evin qonağı olardı...

Evə həyacanla girib otağıma keçdim. Kağız əlimi yandırırdı elə bil...Təmkinlə bükülü kağızı açdım...Üç bənd şeir və “Mən səni sevirəm!” kəlməsi...Şeirin müəllifi özü idi...çox xoşbəxtdim, sevincimin həddi - hüdudu yox idi...bəlkə də gənclik həvəsi bir duyğu idi...bəlkə də keçici bir hiss idi...yox, bu sevgi idi...bir ömür boyu insanı xoşbəxt edəcək gücə qadir bir sevgi...

Birinci dərsimiz  “İbtidai hərbi hazırlıq” dərsi idi. Məndən bir parta arxada oturardı...bir oğlan, bir qız əyləşdirmişdi müəllim bizi. Bu bölgünü böləndə mənlə onun “rəqibi” bir oğlan düşmüşdü.Lakin nədənsə ancaq bir dəfə bir otura bildik. Növbəti dərs sinfin ən fağır oğlanın gördüm yanımda. Hər şey aydındı...Nə qədər sakit olsa da bir o qədər də zəhmi vardı, sinifdəki oğlanların hamısı ondan çəkinərdi. Tənəffüsə çıxarkən sinifdə ləngidiyini hiss etdim, bildim ki, məni gözləyir...Jurnalı yazıb qurtardıqdan sonra müəllimdən alıb, sağollaşıb qapıdan çıxdım.Dəhliz şagirdlərlə qaynayırdı. Yaxınlaşıb eyni təmkin və utancaqlıqla soruşdu:- ”Oxudun, yazdıqlarımı?”. Özümü bilməzliyə vurdum: - “Hansı yazdığını?” - “Dünən sənə verdiyim kağızdakı yazını deyirəm”. - “O kağız boş idi, orda heç nə yazılmamışdı ki...” –dedim və uzaqlaşdım...

...Telefonun səsi məni şirin xəyalımdan ayırdı.

-Alo!...eşidirəm,əzizim...heç unudarammı?...gələcəm, gözlə... 

...Hərbi xidmətdən iki gün idi ki, dönmüşdü. Mənsə artıq universiteti bitirib, sahəm üzrə işə başlamışdım. Hər ikimiz şəhər həyatını  seçmişdik, burda qalıb, həyata burdan davam edəcəydik...Bəlkə də buna məcburduq deyə...Görüş yerimizi də özü təyin etmişdi...Gözdən uzaq, kimsənin bizi görə bilməyəcəyi bir yer seçmişdi...Bilirdi ki, dənizin vurğunuyam...dənizi sevgimizə şahid seçmişdi...əhdimizin bağlanacağı gün idi bu gün...dəniz bu sevgiyə şahidlik etməliydi,çünki sevgimiz ümmanlar kimi dərin, sular kimi saf, dalğalar qədər coşğun idi...dalğa sahilə,qayalıqlara necə sadiq olub hər səhər onun ətəklərini öpərək oyadırdısa,biz də bir-birimizə sadiq olacağımıza and içməliydik...bu andın şahidi isə mavi dalğalı dəniz olacaqdı...

...Gecikdim deyəsən, çoxdan gözləyirsən? Ayağı ilə islanmış qumun üzərində nəsə çızırdı. Çevrilib məni görəndə uşaq kimi qollarını açdı:”Gəl, gülüm, bu gözləmə keçirdiyim hərbi xidmət ilindən belə uzun gəldi...”Qollarının arasında məni sinəsinə elə sıxılmışdı ki...

Dənizin kənarı ilə əl-ələ tutub gəzirdik. Sözümüz bitmir, söhbətimiz qurtarmırdı... Gör neçə vaxtdı bir-birimizə həsrətdik...Hərdən ərköyün uşaqlar kimi çılğınlığım tuturdu, gah gözlərini dəsmalla bağlayıb məni tutmağını istəyir, gah da dənizin suyu ilə onu başdan –ayağa isladırdım. Əlimə bir taxta parçası alıb qumun üstündə “Mən səni sevirəm!” yazdım... Üzərində isə ürək şəkli cızdım...Yadındadır, bir zaman bu sözləri mənə kağıza yazılı halda sən vermişdin. Çantamdan çıxardığım kağızı ona uzatdım...Oxuyub qəribə hisslə gülümsədi:- "Sənin sədaqətin mənə aydındır artıq" - dedi. Bu kağız parçasını qoruya bilmisənsə, demək sevgimizi də ömrümüzün sonuna kimi qoruyub saxlaya biləcəksən...Kağızı ürək cizgisisnin tam ortasında qumda gizlətdi,qumun üstündə adımızın baş hərfini qeyd etdi...Əlimdən tutb qoşa imzamızı çəkdi...Nəfəsini hiss etdikcə həyacan məni bürüyürdü, bir bəhanə ilə əlimi əlindən çəkib şıltaq bir hərəkətlə saçını qarışdırıb uşaq kimi dənizə tərəf qaçdım...

Ürəyim quş ürəyi kimi çırpınırdı... iri bir daşın üstündə oturub xoşbəxtliklə dolu bir baxışla dənizi seyr etdim... daha çox dalğalı, coşğun ləpəli dəniz kimi tanıdığım bu mavi dəniz sanki sakit-sakit gülümsəyir kimi yırğalanırdı...Bizim xoşbəxtliyimizin şahidi kimi bu səhnəni seyr edən bir bəxtəvər sanırdı özünü dəniz də...dəniz xoşbəx idi bu gün, dəniz sevgi şahidi olmuşdu...”Niyə məndən qaçırsan?Mən ki, sənə yad biri deyiləm, gülüm...” Əllərini dənizin mehi üzümə dağıtmış saçlarımda gəzdirdi...üzümü əlləri arasına alıb: “Səni çox sevirəm, sən mənim sevgi dənizim, sən mənim ən şirin nəğməmsən...səni ömrümün sonuna kimi sevəcəyimə söz veririəm, gülüm!”...İsti nəfəsi üzümə yaxınlaşdıqca həyacanım artırdı...başımı sinəsinə sıxdı: “Sənsiz bu dünya mənə haram olsun”...

...Sakit bir hava vardı bayırda. Mətbəxin pəncərəsindən baharın ilıq nəfəsi içəri dolmuşdu. Bahar mənim ən sevdiyim fəsildi. Nə qədər kədərli olsam belə sərin bir meh, ağacın tumurcuqları, günəşin ilıq nəfəsi  bu fəsildə bütün əhvalımı təzələyə bilirdi...Radioda ən sevdiyim musiqi səslənirdi...

Bir bülbüləm xoş nəfəsli,

Həmdəmimdi bahar fəsli.

Xoşlamıram dar qəfəsi,

Bağban, məni yaralama, 

Çəmənlərdən aralama...

Bu gün kədərlənməyə əsasım da yox idi, dünyanın bəxtəvəri kimi oyanmışdım yuxudan. Ana olacaqdım...bu xəbəri bölüşmək üçün səhərdən mətbəxdə nahar üçün tədbir görürdüm. 

...gözlərimə inanmadım, aman Allah bu ki, mənim gözüm arxasınca qaldığı suvenir idi...bunu bura kim qoymuşdu, necə düşmüşdü mənim mətbəximə?!

...Yağış sel kimi tökürdü, küçələr başdan ayağa suyun içində idi. Bizsə yorulmaq birmir, istirahət günümüzü əyləncəli etmək üçün soyuğu belə təslim edirdik. Rəngbərəng şüşələri ilə diqqəti çəkən bir dükanın qarşısından keçərkən ikimiz də bir birimizə baxdıq...Vitrində qoyulan suvenirlər çox maraqlı gəldi, çətiri bağlayıb içəri keçdik. Bir qədər gəzdik, dolandıq, diqqət çəkən hər şeylə maraqlandıq...”gəl gedək gecdir artıq”- səs məni mələk təsvir olunmuş kürədən ayırdı. Ayaqlarım getsə də gözüm arxada qalmışdı...”Sənin ondan xoşunmu gəldi,gülüm? Gözlə bir dəqiqə, alım qayıdıram”. “Yox, yox, əzizim, sadəcə baxırdım,almağa gərək yox”...nə qədər inad etdisə də qayıdıb almağına razı olmadım...

İndi əlimdə tutub xəyalımda o anları mənə yenidən yaşatdıran bu suvenir, bu gündən sevgimin rəmzi oldu mənimçün...nə yaxşı bu dünyada varsan,əzizim, nə yaxşı ki, mən səni sevmişəm...nə yaxşı ki, sənin olmuşam...nə yaxşı ki, mənimsən...

...Telefonun zəngi məni yenə xəyalımdan ayırdı...dəstəyin o başından səsi eşidildi:

-Nahara gələ bilərəmmi,gülüm?...”

Səslərin sayı: 11
84
5674
loading...
Şərhlər
Offline
mira-kerim
axiri yaxsi oldu.. laughing
4 fevral 2013 22:52
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Louis Vuitton
ALLAH o iki gul balalarini saxlasin,daima biryerde olsunlar.

ALLAH bu paydan tezliklə sənə və həsrətində olan hər kəsə qismət eləzin inşAllah.
Əllərinə qəlbinə saglıq.Ardını da səbirsizliklə gözləyirəm.

Təşəkkür edirəm.Ardını gözlə olacaq smile
4 fevral 2013 21:12
Offline
Afət
Nə yaxşı ki, bu sevgi xoşbəxt sonluqla bitdi. Özümü bədbin notlara kökləmişdim...
4 fevral 2013 21:10
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
Aysel İ.
Çox gözəl xatirələrdir.Nəsə mənə elə gəlir ki,bu sənin öz həyat hekayəndir.Çünki adam oxuduqca özünü bu hekayənin qəhrəmanı kimi hiss edir.Yəni o qədər gerçək və təbiidir.Əllərinə qəlbinə saglıq.Ardını da səbirsizliklə gözləyirəm. give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros
4 fevral 2013 20:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Serras
Narahat olma bir yerdə xoşbəxt yaşayırlar və iki gül balaları da var

Teki butun sevgiler bele xosbext sonluqla bitsin,ele ise ALLAH o iki gul balalarini saxlasin,daima biryerde olsunlar.
4 fevral 2013 19:46
Offline
Louis Vuitton
narahat oldumki birden axiri birlese bilmezlar ya ayrilarlar

Narahat olma bir yerdə xoşbəxt yaşayırlar və iki gül balaları da var girl_smi
Ehmedova fidan,
lovable_madam,
Xatirələr yaşada bimişəmsə çox gözəl smile
Yoldaşım ad günümdə mənə bir-birinə birləşik 2 pərvanə alıb.Çoox gözəldilər və mənimçün də çoox əzizdilər.Mən də onu sevgimizin rəmzi sayıram.

Sən Pərvanə və mələk pərvanələr sevginizi bir ömür boyu qoruyub saxlayın və yaşadın!
Çox gözəl. necə bəyəndimsə elə bir də oxumaq istədim

Sağ ol,Milaşkam.Nəhayət, mən də romantik bir yazı yaza bildim yahoo
" sen üzülme,men severem ikimizin yerine..")))))

Güclü sevənlərdə həmişə bu hiss olur air_kiss
Ay super super əllərinə sağlıq lap belə necə deyim içim açıldı.

İçin həmişə fərəhlə dolsun smile
ALLAHDAN arzum budur ki həyatda da belə sevən cütlüklər çox olsun.

Amin ALLAH!!!
4 fevral 2013 16:28
Offline
Nigar
cox gozel yazidir davamli olsun insALLAH canim bacim
4 fevral 2013 16:24
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ruhəngiz
Təşəkkürlər Sevinc bacım.Çox maraqla oxudum.ALLAHDAN arzum budur ki həyatda da belə sevən cütlüklər çox olsun.
4 fevral 2013 16:17
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Gülşən29
Ay super super əllərinə sağlıq lap belə necə deyim içim açıldı.
4 fevral 2013 16:08
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Belke bir gun...
Lakin həyatda yuz fizliklə sevən hər iki tərəf xoşbəxt ola bilmir.

men de bu fikirdeyem,Xeyale girl_smi hemishe biri,o birini arxayin edir ki," sen üzülme,men severem ikimizin yerine..")))))
4 fevral 2013 16:06
Offline
Xəyalə Murad
Çoox gözəl çox bəyəndim Sevinc xanım. Təsirli və eyni zamanda xoşbəxt süvgi cütlüyünü təsvir etmisiniz. Lakin həyatda yuz fizliklə sevən hər iki tərəf xoşbəxt ola bilmir. Bir tərəf digər tərəfdən az sevəndə sonadək xoşbəxtlik yaşanır. Allah təki bütün sevənləri qovuşdursun. Hər kəsə əsl sevgini yaşamağı və yaşatmağı nəsib etsin. Çox gözəl. necə bəyəndimsə elə bir də oxumaq istədim love
4 fevral 2013 16:03
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Pervane
Louis Vuitton,
Çoox xoşum gəldi.Əhsən sizə ,bacıcan! Yoldaşım ad günümdə mənə bir-birinə birləşik 2 pərvanə alıb.Çoox gözəldilər və mənimçün də çoox əzizdilər.Mən də onu sevgimizin rəmzi sayıram.
4 fevral 2013 15:09
Offline
Flowers
Louis Vuitton,
ayy ne kovrek notlara toxunmusuz..tam icden gelen semimi sozler,xatirələr..... scratch_
4 fevral 2013 14:23
Offline
Ehmedova Fidan
Cox menalidir Tesekkur.
4 fevral 2013 14:06
Offline
Serras
Yene ne mohtesemlik,deye bilmirem,oxuyarken narahat oldumki birden axiri birlese bilmezlar ya ayrilarlar ama ne qeseng,yazan elleriniz var olsun,bes bilmek olar bu sizin oz heyatinizdandir?yaa sadece qeleme aldiginiz?tesekkurler coooooooox xosuma geldi,ne gozelki bele sevgiler var. give_ros
4 fevral 2013 13:26
Offline
Louis Vuitton
asel,
Minnətdaram, xanım.
MaşAllah yaxşı da qələmizin varmış

MaşAllah günün bol olsun.
Gözləyirik Sevinc, bu yazı gözəldi ardının da belə minvalla davamını gözləyirik

Çox sağ ol, Almaz. Gözləməyə dəyəcək...
.Sonu inşallah yaxşı bitər.Allah hər bir sevgililəri qovişdursun.

İnşAllah sonadək davam edəcək bu sevgi.AMİN!!!
Sevməyən də sevmək istəyir ee lap bu yazını oxuyanda

Kaş yenə də mən deyən illər olaydı...
Sevinc umid edirem ki,bu hayatda olmus bir hadisedir.bu beledir?

Bəli, elədir smile
Davamını dörd gözlə gözləyəcəm. Həqiqətən çooox xoşum gəldi və sizə uğur arzulayıram. İnşAllah tezliklə hazır olar)))

Çox sağ ol, təşəkkür edirəm. İnşAllah çox gecikdirmərəm.

.Allah bütün əsgər yolu gözləyən qızlara sevgi dolu son nəsib etsin inşallah

Amin ALLAH!!!
Cox mənalı,anlamlı bir şəkildədir.Ardini səbrsizliklə gozləyirəm.

Təşəkkür edirəm. Ardı olacaq inşAllah...
4 fevral 2013 12:49
Offline
Azadə Həbibzadə
Sevinc xanım ikinci sozə ehtiyac yoxdur.Cox mənalı,anlamlı bir şəkildədir.Ardini səbrsizliklə gozləyirəm.
İnşallah bütün sevənlər qovuşarlar.Allah bütün əsgər yolu gözləyən qızlara sevgi dolu son nəsib etsin inşallah

Ay bacim inşAllah tezliklə qovuşarsan sevdiyinə.Amin girl_ang
4 fevral 2013 12:42
Offline
♥Selena♥
Xanımlar, hamınıza bəllidir ki, mən yazar deyiləm, sadəcə hərdən ya şeirlə, ya da bu tip yazılarla cızma-qara edirəm. İndiyədək yazdığım yazılardan, nə də şeirlərdən heç biri nikbin ruhda olmayıb. Nədənsə bunun məndə alınmayacağını fikirləşmişəm. Bu gün bu kiçik yazıya bu qədər dəyər verdiyinizi görüb, ardını yazmaq niyyətində oldum. Əslində burdaca bitirməliydim Amma, sən demə ardı bundan daha gözəlmiş...ona görə də gözləyin davamı olacaq

Davamını dörd gözlə gözləyəcəm. Həqiqətən çooox xoşum gəldi və sizə uğur arzulayıram. İnşAllah tezliklə hazır olar)))
4 fevral 2013 12:18
Offline
Gulshen_q
Sevməyən də sevmək istəyir ee lap bu yazını oxuyanda. love
4 fevral 2013 11:39
Offline
Quliyeva Cemale
Maraqlıdır.
4 fevral 2013 11:33
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 02:30 - Müəllif: AntonVoxVR
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Читай обзор, регистрируйся в Чемпион Слот и получи бонусы до 200 000 руб.!
  • 02:23 - Müəllif: itapraicMB
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    Ciao a tutti vengo dall'italia / itawero
  • 00:31 - Müəllif: homebased
    Hüquqşunas məsləhəti (351)

    Hüquqşunas məsləhəti

    http://home-babos.ru http://www.pinterest.ru/pin/714735403347718041 http://vk.com/topic-904265_40504955 http://www.pinterest.ru/pin/715861303254582158 http://vk.com/topic-904191_39874195 http://vk.com/topic-904237_43526531 http://vk.com/topic-904054_39900850 http://vk.com/topic-904332_40136975 http://www.pinterest.ru/pin/849561917192616492 http://www.pinterest.ru/pin/626774473125363015 http://vk.com/topic-904173_40730756 http://vk.com/topic-904061_39874218 http://vk.com/topic-904263_40720361 http://vk.com/topic-904482_40133937 http://vk.com/topic-904431_39885114 http://vk.com/topic-904168_40529147 http://www.pinterest.ru/pin/821977369475118984 http://vk.com/topic-904252_40137120 http://www.pinterest.ru/pin/731905376926224772 http://www.pinterest.ru/pin/647603621401782410 http://www.pinterest.ru/pin/770185973758760565 http://www.pinterest.ru/pin/817051557381779501 http://vk.com/topic-904891_39887013 http://vk.com/topic-904464_39907109 http://www.pinterest.ru/pin/692921092654206510 http://vk.com/topic-904252_40131975 http://vk.com/topic-904218_40537829 http://www.pinterest.ru/pin/781022760363413383 http://vk.com/topic-904173_40721053 http://vk.com/topic-904054_39898290 http://vk.com/topic-904252_40134345 http://www.pinterest.ru/pin/775815473293345654 http://www.pinterest.ru/pin/617274692661413671 http://vk.com/topic-904310_40743302 http://vk.com/topic-904263_40722907 http://www.pinterest.ru/pin/589690144943716474 http://vk.com/topic-904263_40724300 http://www.pinterest.ru/pin/624381935823070388 http://vk.com/topic-904168_40530106 http://vk.com/topic-904062_40126561 http://vk.com/topic-904191_39874733 http://www.pinterest.ru/pin/798614946408986543 http://vk.com/topic-904197_43527014 http://vk.com/topic-904334_39910390 http://www.pinterest.ru/pin/634233560007930382 http://www.pinterest.ru/pin/742249582320886061 http://www.pinterest.ru/pin/791507703245014908 http://www.pinterest.ru/pin/849913760913005657 http://www.9damaomods.com/space-uid-1400274.html http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4 http://203.157.184.27/bookalakornboard/viewtopic.php?f=10&t=1598422&sid=989a28a9c671dd187f108e927e097dd4
  • Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR

    Sürücülərin DİQQƏTİNƏ - 4 GÜNDƏN SONRA BAŞLAYIR
  • Psixoloji xəstəliklə mübarizə aparmış məşhurlar

    Qaldığı oteldə hər şeyi mükkəmməl hala gətirməyə çalışdığını bildirir.
  • Qucaqlamağının bədəndə yaratdığı təsir

    Qucaqlamaq, yalnızlıq hissini azaldaraq, daxili qorxularla mübarizə aparmağa və özünə inanmağa kömək edir. Sinir sistemini yaxşılaşdırır.
  • 17:14 - Müəllif: Feride
    Film qəhrəmanları metroda (1)

    Film qəhrəmanları metroda

    Niyə belə geyiniblər ki? Velisopedi başa düşmədim
  • Məktəblərdə 5 günlük tətil olacaq

    Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir
  • 80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı

    Ozu ozunu bedbext eledi
  • Emily Ratajkowski'nin gözəl dərisinin sirri

    Emily, parıltı yaradan, A vitamini tərkibli kremlərdən istifadə edir.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış