Bakıda hava 27°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Uşaqlarınızı daha yaxından tanıyın

Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

 

Uşaqlarınızı daha yaxından tanıyın

 

Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.

Səslərin sayı: 11
55
16361
loading...
Şərhlər
Offline
Aysel İ.
Yəqin mətni az olub, ona görə bəyənmisən

Mən böyük həcmli xəbərləri sevirəm, həm də oxuyuram. Ancaq bunu hələ oxuya bilməmişəm. Balacamı peyvənd etdirmişəm heç bir işə imkan vermir. Onu yatırım gəlib oxuyacam inşallah.
18 sentyabr 2013 22:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fidan
Azərbaycana gələndə təyyarəni gördü dedi "Anne ben de uçaksüren olucam"

mocking Təki həvəsi olsun və gələcəkdə peşəsini sevsin,qalanları düzələn şeydi
18 sentyabr 2013 22:06
Offline
Ceylan Mumoğlu
Fidan,
Görünür inşaatçı olacaq

Uşaqları bilmək olmur, Azərbaycana gələndə təyyarəni gördü dedi "Anne ben de uçaksüren olucam" laughing
18 sentyabr 2013 22:04
Offline
Fidan
Bizim Alpay ancaq inşaat oyunu oynayır, həvəsi ona yaman çoxdur. Bütün günü bina tikir, sökür, dağıdır, yenidən tikir və s. Hətta bayırda gerçək inşaat görəndə az qalır gedib girsin ekskavatorun altına

Ceylan xanım Allah saxlasın şirin balanızı.Görünür inşaatçı olacaq
18 sentyabr 2013 22:01
Offline
Ceylan Mumoğlu
Farida-Asadova,
Ceylan xanım bu dəfəki xəbərinizi çox bəyəndim . Seçilmişlərə əlavə etdim.

Yəqin mətni az olub, ona görə bəyənmisən biggrin eybi yox, yaxın günlərdə bir uzun xəbərim daha gələcək fellow

Xedice 033,
Fidan,
Merve Caniyeva,
Bizim Alpay ancaq inşaat oyunu oynayır, həvəsi ona yaman çoxdur. Bütün günü bina tikir, sökür, dağıdır, yenidən tikir və s. Hətta bayırda gerçək inşaat görəndə az qalır gedib girsin ekskavatorun altına lol
18 sentyabr 2013 21:59
Offline
creativka
qizim ancaq menimle oynayir,ele deyir gel butun gunu otur yanimda menimle daniw,ya da krovatina qoyuram,oyuncagini qowuram mahni calir,o da gulub-sevinir winked
18 sentyabr 2013 21:53
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Xedice 033
Xeber ucun saq olun Ceylan xanim sukur bizde usaqlar kobud oyunlar oynamirlar oglum her zaman esger oyunlari oynayir nece deyerler en boyuk arzusudu esger olmaq qizimda oz gelincikleri ile oynayir
18 sentyabr 2013 21:28
Offline
Farida_Asadova
Ceylan xanım bu dəfəki xəbərinizi çox bəyəndim . Seçilmişlərə əlavə etdim. inşALLAH mən də yararlanacam.
18 sentyabr 2013 21:23
Offline
Fidan
Övladın tərbiyəsi ilk növbədən ailədən gəlir,ona görə uşaqlara tərbiyə verəndə ona birinci növbədə İslam əxlaqını öyrətmək lazımdı.Oyuncaqlara qaldıqda isə mən məktəbə gedəndə belə hələ oyuncaqlar ilə oynuyurdum gamer .Kuklalara paltarda tikirdim,6-cı sinifdə oxuyanda kuklamçün balaca paltarda toxumuşdum blum .Ama hər şeyə də vaxt ayırırdım,həm Dinə,həm oynamağa,həm də ev işlərinə.Ceylan xanım xəbərçün təşəkkkülər give_ros
18 sentyabr 2013 21:22
Offline
Monica_Bellucci
Allah ovladlarimizi saxlasin!
18 sentyabr 2013 21:10
Offline
BAD BOYUN AWKI
Uwaqlar bizim heyatimizin bir parcasidir onlara hediyye alanda parka aparanda dunyalar onlarin olur. twk Ceylan Mumoglu give_ros
18 sentyabr 2013 20:54
Offline
♥Aynişka Gülüm♥
Gulum,
Insallah
18 sentyabr 2013 20:27
Offline
ilhame
yeqin ki,hami oz uasqlarinin xesyetini daha yaxsi taniyir,melumata gore tsk.
18 sentyabr 2013 20:27
Offline
GÜLÇİN
Uşaqlara oyuncaq alanda onların diqqətini çəkə biləcək,maraqlandıran,düşündürən oyuncaq almaq lazımdır.
18 sentyabr 2013 20:25
Offline
Gulum
inwallah bu tovsiyyeleri nevelerimde emel ederem bye
18 sentyabr 2013 20:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış