Bakıda hava 29°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
11:24PERI salam herkese necesiz qizlar 08:12Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40766

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Əziz xanımlar, bildiyinizə görə hal-hazırda feyxoa mövsümüdür. Bəlkə də bir çoxlarınız artıq qış tədarükünü etmisiniz. Mən də hazırladım və sizinlə bölüşmək istəyirəm.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)
Tərkibi:

1 kq feyxoa

1 kq şəkər tozu

Hazırlanması:

Öncə feyxoaları təmiz yuyuruq. 

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Sonra hər iki tərəfini azca kəsirik. Ət maşınından iki dəfə keçiririk və üzərinə şəkər tozu əlavə edirik. Unutmayın, feyxoa neçə kq-dırsa, şəkər tozu da o qədər olmalıdır. Aldığımız qarışımı 5 gün sərin və qaranlıq yerdə saxlamaq şərtilə gün ərzində bir neçə dəfə yaxşı-yaxşı qarışdırırıq. Beşinci günün sonunda bankalara yığıb soyuducuya qoyuruq.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Budur, feyxoa mürəbbəmiz hazırdır. Hazırladığımız bu qarışım soyuqdəymənin dərmanıdır. Zobdan əziyyət çəkən insanlar bu qarışımdan hər gün səhər 1 çay qaşığı qəbul etsələr, faydasını görərlər. Bu isə feyxoadan hazırladığım kompotdur. 

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Hazırladığımız feyxoaları bankaya qoyub üzərinə 1,5 stəkan şəkər tozu əlavə edirik. Sonra üzərinə qaynar su əlavə edib 15-20 dəqiqə qaynadırıq.

Feyxoa mürəbbəsi və kompotu(foto resept)

Budur, kompotumuz da hazırdır.

Nuş olsun!

Səslərin sayı: 11
79
16125
loading...
Şərhlər
Offline
HUSNA
Murebbesini men de hazirlayiram,kampotuda bizde cox icilir,men ora diger meyvelerden de elave edirem
cox dadli olur
Ellerine sagliq
11 noyabr 2014 22:01
Offline
Xanim_Xatun
Mürəbbəsini elədə sevmirəm..Amma kampooootuuuuuunnnna bayılıarm..
11 noyabr 2014 21:41
Offline
Aysel İ.
Feyxoanin mürebbesi dadli olur,bes turşu olar feyxoadan?

Düzü eşitməmişəm, bilmirəm.
Sen de pesox evezi duzzz...ustune de suuu tokk..sarimsaxx yadinnan cixmasinn..

Sən zarafat elə, bir az da sirkə məncə gözəl turşusu alınarlol Əlimizdə deyil?.
Turşusunu yeməmişəm amma məncə dadlı olar feyxoadan turşu,nədənsə edən yoxdu,Deniz belkə yoxlayıb nəticəsini deyəsən bizəDəniz84
Siz də hər şeyi mənim üzərimdə öyrənmək istəyirsiniz eeeee angry Bunu da sən et bizimlə paylaş.yes
Ellerinize sagliq-bizde mama icine nar deneyelib vurur-dadli alinir,isteyen deneye biler-tesekkurler

Təşəkkürlər. Sizdən də yeni bir şey öyrəndik. give_ros
11 noyabr 2014 08:03
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
aska
Ellerinize sagliq-bizde mama icine nar deneyelib vurur-dadli alinir,isteyen deneye biler-tesekkurler
10 noyabr 2014 18:29
Offline
Fidan Məmmədova
Feyxoanin mürebbesi dadli olur,bes turşu olar feyxoadan?

Turşusunu yeməmişəm amma məncə dadlı olar feyxoadan turşu,nədənsə edən yoxdu,Deniz belkə yoxlayıb nəticəsini deyəsən bizəDəniz84,
10 noyabr 2014 10:45
Offline
Dr Agayeva
Men de bu yaxinlarda etdim...Eynile bu cur hem kompotun hem de murebbesin..Ancaq ne yalan deyim men birbawa yigdim banklara qoydum soyuducuya..Ewitmiwem ki,zoba cox xeyirlidi..Gerek istifade edim..
9 noyabr 2014 23:19
Offline
S.S.90...Samir...
bes turşu olar feyxoadan?

Bir prob eledanaa...gor ne alinirr???
Sen de pesox evezi duzzz...ustune de suuu tokk..sarimsaxx yadinnan cixmasinn.. crazy
9 noyabr 2014 20:09
Offline
Aysel İ.
AYSUN MEMMEDOVA give_ros
Ellada Babayeva give_ros
APENAS give_ros
9 noyabr 2014 20:02
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
mira-kerim
Feyxoanin mürebbesi dadli olur,bes turşu olar feyxoadan?
9 noyabr 2014 19:59
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
APENAS
məndən salam da de gözəl anana

Ve Aleykum Salam canım kiss Salam göndərəndən Allah razı olsun inşaAllah.
9 noyabr 2014 14:29
Offline
Ellada Babayeva
Bizdə anam əvvəllər edərdi. Yadımda deyil necə edərdi. Əllərinə sağlıq, Dəniz. Gözəl alınıb. good
9 noyabr 2014 13:11
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
איסון ממדוב.
Can burdan alıb göndərəniniz yoxdur? Mən alım göndərim. İnan ki, şərh xatirinə yazmıram. səmimi deyirəm. indi hər şey çox asandır. sən təki adresi yaz.

Can bacim olerem rayonda baqimizda hec yox yox 20dene xeyfova aqaci var amma gelen yoxdu havaserinledi bizde hec kim getmir bakiya pasilkaynanda gelse esl cemi yolda bisib gelecek dash mense dirisin isteyirem girl_cray
9 noyabr 2014 12:02
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Gərək anama deyim bişirsin görək necə dadır

Dadlı olur canım, de anana bişirsin + məndən salam da de gözəl anana love
Elin qolun var olsun gozel bacim.Eziyetine gore coxsaqol.

Sən də sağ ol Pərişim.Allah ananı qorusun girl_ang
Bu murebbeden yemisem.Amma hecde bu murebbeden xosum gelmir

Elə hər kəs sevəcək deyə qanun yoxdur ki fellow
Dəniz84,
Əllərinə sagliq baci nuş olsun sizlərə.

Sağ ol canım, sənin qədər olmasa da bacarıram bəzilərini laughing
8 noyabr 2014 21:41
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
S.S.90...Samir...
SAmir, Allah kişiləri çox demirəm 1-cə günlük qadın edə, görələr ki, qadınlar nə qədər işləyir

Vallah biliremmmm.....amma herden cooxx abardirsinizdanaa crazy
8 noyabr 2014 21:34
Offline
aygul abdullayeva
Ellerinize sagliq qeseng gorsenir.bu bismir deqiq.men bisirmek istiyirem ona gore
8 noyabr 2014 21:18
Offline
Aysel İ.
Can baji. indi Deniz xanim bisiribde butun sayt istifadecilerini feyxoali cay desgahina devet edecek. Ümüd edirəm

Qurbandı, hamınızı dəvət edirəm. love
Axi mürəbbəlik armud indi yoxdur, o yayda olur.

İnşallah yayda bişirərik neyləyək unknown
Feyxoa kompotu gozel olur.murebbesin yememishem...Teshekkurler Deniz xanim.

Siz də sağ olun Sevgi xanım. give_ros
Allahim nedi gunahim dunen bir feyxuadi gezir dilimezde men isteyirem amma burda yoxduuuu
Can burdan alıb göndərəniniz yoxdur? Mən alım göndərim. İnan ki, şərh xatirinə yazmıram. səmimi deyirəm. indi hər şey çox asandır. sən təki adresi yaz. air_kiss
Beh beh. Indi men neyniyim he Deniz. Denizi de cayida murebbenide gonder bura

Day ağ eləmiyində, gör nə qədər adam istiyir. özümə heç nə qalmadı kilol
8 noyabr 2014 20:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
SARA91
TƏŞƏKKÜR. MEYVƏ KİMİ YEYƏ BİLMİRƏM, AMMA,MÜRƏBBƏ VƏ KOMPOTUNU ÇOX XOŞLAYIRAM.
8 noyabr 2014 19:58
Offline
Pərvanə
Dəniz84,
Əllərinə sagliq baci nuş olsun sizlərə.
8 noyabr 2014 19:50
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Aysel İ.
Hee vallahhh...hele weylerde tewkilatciyammm

Maşallah, qardaşımdan yoxdu daa fellow
Deyirem bir adam daa feyxoani et mawininnan kecirdiff tokuf pesogun icineee...onnan da gunun muellifi olduuu...

SAmir, Allah kişiləri çox demirəm 1-cə günlük qadın edə, görələr ki, qadınlar nə qədər işləyir.1-ci bu xəbəri oxu.
http://qadin.net/index.php?newsid=56279
2-ci də bu xəbərin ilk şəklinə baxlol
http://qadin.net/index.php?newsid=56041
İndi nə demək istədiyimi anladınlol
8 noyabr 2014 18:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
.........................................
Bu murebbeden yemisem.Amma hecde bu murebbeden xosum gelmir negative
8 noyabr 2014 18:03
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!