Bakıda hava 13°
USD AZN
EUR AZN
14:06Surayye Canim uzulme dersini oxu imtahanini ver men qacmiram 09:07Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:37Sima sureya derslere basim qarisib can 08:37Sima sabahiz xeyir haminizin
41123

Kağız halva-8

Eşq

Keçmiş, bu gün, gələcək ... hamısını ard-arda düzüb dümdüz bir xətt çəkərik. Buna görə də keçmişin keçib getdiyinə, gələcəyin hələ gəlmədiyinə inanırıq və ən pisi də odur ki, zamanı əvvəldən çəkdiyimiz bu dümdüz xətdə yeriməyə məcbur edirik. Amma bəlkə də o bunun sonunu görməyəcək qədər sərxoşdur. Bəlkə də düz cizgilərlə əlaqəsi yoxdur zamanın, böyük bir çevrədir. Hətta çevrə içində çevrə...

Məhrəm

Xarab deyə qaldırdığın küncdə dayandığı yerdə eşqə gəlib işləməyə başlayan böyük bir saatdı həyat. Qururdum mən də çoxdandır geriyə qalmağını düzəltmək istərcəsinə dəli kimi çırpınırdı. “Tik-tak, tik-tak, tik-tak”-layırdı dayanmadan.

Be-Ce isə dayanmadan zamanı pisləyirdi hər zamankı kimi “tik-tak zamanın tik-takıdır” deyirdi.

Əraf

Keçmiş zehinlərimizi örtən bir sis buludundan ibarətdir. Gələcək isə təkbaşına bir xəyal pərdəsi, nə gələcəyimizi bilə bilir, nə keçmişimizi dəyişə bilirik. Sufi daim bu anın həqiqətini yaşayar.

Kağız halva-8

Eşq

Səbr nədir?  Tikana baxıb gülü, gecəyə baxıb gündüzü xəyalında canlandıra bilməkdir. Allah aşiqləri gülbəşəkər kimi dadlı-dadlı yeyər, udar və bilirlər ki, göydəki ayın hilaldan bədirə çatması üçün zaman lazımdır.

Məhrəm

Təkrar eynilik demək deyil, nə də çevrə yuvarlaqdı əslində... “Dəm bu dəmdir, dəm bu dəm...”  zənciri içində keçmiş də, gələcək də bizimlədir, hamısı bu anın içindədir... 

Eşq

Böhranda olan hər insan kimi o da itirib zamanın ritmini. “Kaş ki“ deməkdən başqa bir şey etmir. Zamanın ucundan tutum deyərkən anı tamamilə itirib. Xarab val kimi eyni nəqəratın misralarını oxuyur, oradan başqa yerə keçmir.

Qara süd

Hər ayna açarı itmiş bir qapıdır. Açılır sirli diyara. Əgər aynaya çox baxsan, qapı açılar və itərsən sonsuzluqda.

 ***

Zamanın ona qəddar davrandığını düşünürdü; itirilən fürsətlərin əvəzinə yenisini verməmişdir. Halbuki, o həmişə bir addım geridə gəlmişdi. Həmişə hər şey olub qurtardıqdan sonra evə getdiyi zaman  kaş ki-lər yoldaşlığında tapmışdı özünü. Harada nə etməsi lazım olduğunu bilməmişdi. Tək ehtiyacı eyni hadisəylə bir daha qarşılaşmaq ikən zamanı təkrarlara razı edə bilmədən qocalmışdır.

Kağız halva-8

Məhrəm

“Gözlərinə de, məni unutsunlar.“, dedi Be-Ce yarı zarafat, yarı ciddi.

“Düşünmürəm.“ dedim, “Unutmazlar”.

“Heç bir şeyimi?” dedi.

“Heç bir şeyi”, dedim niyə təkid etdiyimi bilmədən.

“Halbuki, göz də qəlb kimidir”, dedi Be-Ce, “Görməyəndə unudur”.

***

Mütəmadi olaraq keçmişi danışıb, keçmişə qovuşmaq həsrəti çəkənlər ömrü boyu qurbətdə yaşamağa məhkumdular. İncidir keçmiş, hədər yerə yaralanır insan...

Şəhərin aynaları

Başlanğıcı tapma sevdasına düşmədikcə hər hansı bir yerindən girə bilərsən çevrəyə, amma başlanğıc adı verə bilməzsən girdiyin yerə. Nə bir başlanğıc, nə bir eşik, nə bir son dayanacaq... Haradan yola çıxıramsa, çıxım həmişə əvvəli var...

Kağız halva-8
Bit-Palas

“Kaş ki, zaman heç ayılmasa, düz cizgidə yeriməyi heç bacarmasa, kaş ki, həmişə ləngər vursa, nə etdiyini bilməsə, parçalasa. Biz də baxıb-baxıb etdiklərini qınasaq və bir daha heç bir şeyimizi ona həvalə etməsək”.

“Ayılsa, nə olar ki?”  “Ayılsa, xatırlayar. Xatırlamaq nəyə lazımdır ki? Heç bir şeyə. Xatırlamaq acıdan başqa heç bir şeyə yaramır.”

Məhrəm

Su dediyin axmasa, bulanıqlaşar, çağlamasa, kirlənər. Keçmiş dediyimiz əvvəli, sonu olmayan, sahilinə çata bilinməyən, sərhədsiz, bitməyən bir göldür. Axıb getməyi lazımdır.

Səslərin sayı: 5
35
2345
loading...
Şərhlər
Offline
Şəri Babayeva
Keçmiş, bu gün, gələcək ... hamısını ard-arda düzüb dümdüz bir xətt çəkərik. Buna görə də keçmişin keçib getdiyinə, gələcəyin hələ gəlmədiyinə inanırıq və ən pisi də odur ki, zamanı əvvəldən çəkdiyimiz bu dümdüz xətdə yeriməyə məcbur edirik. Amma bəlkə də o bunun sonunu görməyəcək qədər sərxoşdur. Bəlkə də düz cizgilərlə əlaqəsi yoxdur zamanın, böyük bir çevrədir. Hətta çevrə içində çevrə...
cray Kövrəltdin məni blush Təşəkkür maraqla oxudum give_ros air_kiss
21 sentyabr 2014 18:33
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Online
Forever Alone
Keçmiş, bu gün, gələcək ... hamısını ard-arda düzüb dümdüz bir xətt çəkərik. Buna görə də keçmişin keçib getdiyinə, gələcəyin hələ gəlmədiyinə inanırıq və ən pisi də odur ki, zamanı əvvəldən çəkdiyimiz bu dümdüz xətdə yeriməyə məcbur edirik. Amma bəlkə də o bunun sonunu görməyəcək qədər sərxoşdur. Bəlkə də düz cizgilərlə əlaqəsi yoxdur zamanın, böyük bir çevrədir. Hətta çevrə içində çevrə...
Çox bəyəndim.Təşəkkürlər good
21 sentyabr 2014 18:21
Offline
Aida M-ova
PEMBE DEFTER,
Çox sağ ol xətirin əziz olsun girl_smi
21 sentyabr 2014 17:07
Offline
Aysel İ.
“Ayılsa, nə olar ki?” “Ayılsa, xatırlayar.” “Xatırlamaq nəyə lazımdır ki?” “Heç bir şeyə. Xatırlamaq acıdan başqa heç bir şeyə yaramır.”
Bəzən hə, bəzən yox))
21 sentyabr 2014 16:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Aida M-ova,
herdan simani herdan etdiklarini canim
21 sentyabr 2014 16:34
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xalidə Həsənzadə
Aida M-ova,
PEMBE DEFTER,
Təşəkkür

dəyməz Aida bacı səni cox istəyirəm give_ros give_ros yahoo
21 sentyabr 2014 16:32
Offline
Aida M-ova
PEMBE DEFTER,
Təşəkkür
Dəniz84,
Çox sağ ol, sevindim sevdiyin xəbər olduğuna özümdə çox istəyirəm bu xəbəri blush
Fatma xanım,
Necə unudmur ? sima olaraq ?
Aytac,
Ellada Babayeva,
Ceylan Mumoğlu,
Ayka Eliyeva,
ESNA,
Təşəkkürlər hər birinizə give_ros
21 sentyabr 2014 16:29
Offline
AFƏR
Çox mənalı sözlərdi tesekkur edirem Aida xanım
21 sentyabr 2014 16:15
Offline
Ayka Eliyeva
Cox gozel meqaledir,bizimle paylawdiginiz ucun tewekkurler..
21 sentyabr 2014 15:21
Offline
Ceylan Mumoğlu
Mütəmadi olaraq keçmişi danışıb, keçmişə qovuşmaq həsrəti çəkənlər ömrü boyu qurbətdə yaşamağa məhkumdular. İncidir keçmiş, hədər yerə yaralanır insan...

Çox doğrudur.
21 sentyabr 2014 14:37
Offline
Ellada Babayeva
Su dediyin axmasa, bulanıqlaşar, çağlamasa, kirlənər. Keçmiş dediyimiz əvvəli, sonu olmayan, sahilinə çata bilinməyən, sərhədsiz, bitməyən bir göldür. Axıb getməyi lazımdır.
21 sentyabr 2014 14:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
♥Mira♥
Maraqli xeber hazirlamisiz tesekkur edirem give_ros
21 sentyabr 2014 14:12
Offline
Fatma xanım
Herdan qelb unudur amma goz unutmur
21 sentyabr 2014 14:05
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Su dediyin axmasa, bulanıqlaşar, çağlamasa, kirlənər. Keçmiş dediyimiz əvvəli, sonu olmayan, sahilinə çata bilinməyən, sərhədsiz, bitməyən bir göldür. Axıb getməyi lazımdır.
Çox sevdiyim bir xəbər. Əllərin dərd görməsin Aida))
21 sentyabr 2014 13:22
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xalidə Həsənzadə
İLK ŞƏRH MƏNNƏN..YAZAN ƏLLƏRİN VAR OLSUN BACI MARAQLİDİR
21 sentyabr 2014 12:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!