Bakıda hava 30°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16:16PERI hello millet men geldim 13:19Sima salam herkese necesiz qizdar 08:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40764

Yaxşı ana olmağın sirləri

Yaxşı ana olmağın sirləri

Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur. 

Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq. 

Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir.

Sevginizi ifadə edin! 

Övladınızı dünyadakı hər şeydən çox sevə bilərsiniz, lakin bunu ona hiss etdirməlisiniz.  Onu qucaqlayaraq, nəzakət ilə təqdir edərək və ya yalnız üzünə baxıb gülümsəyərək onu nə qədər çox sevdiyinizi və dəyər verdiyinizi sözlərinizlə, davranışlarınızla göstərin. Sevilməyə hər uşağın, hətta hər canlının ehtiyacı vardır.

Yaxşı ana olmağın sirləri

Ünsiyyət qurun 

Danışmaq, ünsiyyət qurmaq ana və uşaq arasındakı əlaqəni quran ən güclü körpüdür. Açıq və aydın danışın, uşağınız münəccim deyil ki, sizin qəlbinizdən keçənləri bilsin! Qaydalarınız və tələbləriniz dəqiq olsun, uşağınız nə istədiyinizi anlasın. Zzaman ayırıb onları dinləyin və siz də duyğularınızı onlarla paylaşın. 

Onlara vaxt ayırın

Yaxşı ana olmaq istəyirsinizsə, onlarla vaxt keçirmək, zaman ayırmaq əsl vəzifəniz olmalıdır. Onların bahalı oyuncaqlara deyil, sizə ehtiyacı var. Əgər işləyən anasınızsa, ilk sırada uşaqlarınız olsun! Onlarla keyfiyyətli zaman keçirmək uşaqların xarakterinin formalaşmasında çox təsirlidir.

 Dəstək vacibdir

Nə zaman ehtiyacları olsa, onların yanında olun. Müvəffəqiyyətlərini təqdir edin və uğursuzluqlarında isə səssizcə təsəlli verin. 

Onları gözəl hədəflərə çatmaq üçün cəsarətləndirin.

Yaxşı ana olmağın sirləri

Yaxşı nümunə olun

Yaxşı ana olmağın 10 sirrindən biri ona yaxşı nümunə olmağınızdır. Ana uşağı üçün bu həyatdakı ən qiymətli varlıqdır. Bu vəziyyət uşaqlara pisi və ya yaxşını öyrətmək üçün qızıl fürsətdir. Onlara daim doğrunu, yaxşını öyrədin, bunu öyrədə bilmək üçün davranışlarınıza diqqət edin. Unutmayın, davranış hər zaman sözdən çox daha təsirlidir. Uşağınızın yalan söyləməyən, dedi-qodu etməyən, sevgi dolu bir uşaq olmasını istəyirsinizsə, siz belə olun ki, uşağınız bunları sizdən görsün və tətbiq etsin.

Uşağınızın görüş və fikirlərinə hörmət edin

Ailəylə əlaqədar hər hansı qərarı qəbul edərkən onların da düşüncələrini öyrənin. Onlara hörmət etməyiniz sizə güvənmələrini təmin edəcək və aranızdakı əlaqəni gücləndirəcək.

Səbrli olun

Uşaqlarınıza hirslənərkən belə ona sevginizi hiss etdirin. Övladınız bilsin ki, onun faydası üçün hirslənirsiniz. Uşaqların səhvləri, yaramazlıqları qarşısında hirslənmək çox asandır, lakin səbrlə və sakit yaxınlaşmaq ən yaxşısıdır.

Yaxşı ana olmağın sirləri

Məsuliyyət sahibi olun 

Analıq nələri tələb edirsə, bunu bilin və üzərinizə alın. Sərhədlərinizi də aşmayın. Qoyun uşağınız ayaqqabısını özü bağlasın, 

yeməyini özü yesin. Belə etsəniz, məsuliyyət sahibi, öz ayaqları üzərinə möhkəm duran bir övlad yetişdirmiş olarsınız. Bundan əlavə, uşaqlarınızın xüsusi günlərini yaddan çıxarmayın və bu günləri onlarla gözəl bir şəkildə keçirin.

Səhvlərini anlamalarına fürsət verin! 

Onların bir səhvini gördükdə dərhal əsəbləşməyin. Bu cür davranış sizi uşağınızdan uzaqlaşdırar. Hər zaman əsəbiləşib danlasanız, uşağınız arsızlaşar. "Nə etsəm hirslənəcək" deyib, özünü pis vərdişə aludə edər. Böyük səhvlər deyilsə, bəzi şeyləri görməzlikdən gəlin və uşaq bir səhv etdikdən sonra həmin səhvin pis cəhətlərini və nəticələrini açıqlayın ki, uşaq bir daha həmin səhvi etməkdən uzaq dursun.

Özünüzü inkişaf etdirin

Özünüzü uşaq təhsili haqqında oxuyaraq inkişaf etdirə və uşağınıza necə davranmanız lazım olduğunu öyrənə bilərsiniz. Uşağınızdan sizin uşaqkən etdiklərini istəməyiniz yersizdir. Çünki hər dövrün özünün tələbləri var. Əsas odur ki, vicdanlı və tərbiyəli bir övlad böyüdəsiniz.

Səslərin sayı: 8
37
8011
loading...
Şərhlər
Offline
leman
Çox gözəl yazıdır təşəkkür edirəm həqiqətən lazımlı məsləhətlərdir
23 may 2014 17:48
Offline
Alina
Daha qızımı o qədər öpürəm ki,bəlkə özü bezir.Başqa yazılanları da əməl edirəm.Bəzi yazılanlar hələ balacam üçün tezdir.Gələcəkdə,İnşAllah,onlara da əməl edəcəm.Şirinim ağıllı,imanlı olacaq.İnşAllah.
23 may 2014 16:45
Offline
Gülşən29
Balaca bəbişini böyüdən Gülşən anamızın belə bir xəbərini oxumaq sevindiricidir. Demək ki, özü də zaman ayırıb bu məsələləri araşdırır ki, şipşirin qızını doğru istiqamətdə böyütsün. Uşaqlar bizim aynamızdır. Onlarda olan səhv hərəkətləri gördükdə tez tələsib onları günahlandırmaq yanlışdır. Əvvəlcə o səhvi özümüzdə axtarmalıyıq. Axı uşaqlar bizləri təkrarlayırla

Tesekkur ediremm
Her kese tesekkur edirem .
Ana muqeddesdir ver analarimizin qedrini sagliginda bilek
23 may 2014 16:40
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥♥S.Nur♥♥
Bu deyilenler heqiqetdi. Mn bacardiqca sebirli olmaqa calishiram.Herden oyumu ele ala bilmirem,amma sehvimi basha dushurem ki,balaca ushaqin ustune bu qeder getmek olmaz!
23 may 2014 15:56
Offline
GülnaR
Məncə bu 10 sirrin 10-nuda məndə var.Səbr bu saydıqlarının əsasında durur.Sag ol canım maraqlı oldu oxumaq
23 may 2014 15:10
Offline
Ceylan Mumoğlu
Balaca bəbişini böyüdən Gülşən anamızın belə bir xəbərini oxumaq sevindiricidir. Demək ki, özü də zaman ayırıb bu məsələləri araşdırır ki, şipşirin qızını doğru istiqamətdə böyütsün. Uşaqlar bizim aynamızdır. Onlarda olan səhv hərəkətləri gördükdə tez tələsib onları günahlandırmaq yanlışdır. Əvvəlcə o səhvi özümüzdə axtarmalıyıq. Axı uşaqlar bizləri təkrarlayırlar. laughing
23 may 2014 15:10
Offline
Gülbəniz
Sebrim olsa men 1 nomreli an olaram ammaki sebr yoxduda yoxdu dash dash dash hemdeki yaxsi ana olmaga ne varki agilli olandan sonra en esasi yaxsi qaynana olmagi bacarmaq lazimdir budaki her kisi qizinin isi deyil
23 may 2014 14:50
Offline
Ruhəngiz
Gözəl məsləhətlərdir,təşəkkürlər,Gülşən xanım.
ALLAH bütün valideynlərə tərbiyəli,dininə bağlı bir övlad nəsib etsin Amin.
23 may 2014 14:14
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Deniz N-va
Çook hos bir haber iste anne boyle olurrr angry
23 may 2014 13:53
Offline
Qəribə
Xebere gore sag olun,tesekkur edirem. kiss give_ros
23 may 2014 13:50
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥ﷲ Sevda Memmedova♥ﷲ ◕
Xebere gore sonsuz tesekkurler
23 may 2014 13:40
Offline
Sonay Quluzade
Doğru məsləhətlərdir, ay Gülşən, Allah bizə haqq yolda olan övlad yetişdirməyi nəsib eləsin, bunun üçün səbir, güc-qüvvə, ən əsası elm versin. Mənasız elmlərlə imanlı övlad böyütmək olmaz.
Xəbərə görə təşəkkür edirəm.
23 may 2014 13:32
Offline
♥Aynişka Gülüm♥
Men artiq tecrubeli ana sayiliram en baslicasi sebrli olmalidir analar!Tesekkurler!
23 may 2014 13:29
Offline
Huseynli Shehla
Men artig 1heftediki ana olmusam cox gozel bir hissdir balami cooooooooooooooooox sevirem ALLAH onu qorusun sag salamat boyudum ureyime sanki sevgi dolu bir hiss dolub
23 may 2014 13:25
Offline
ღМоя большой любовьღ(Ailəli)
Maraqlı və faydalı xəbərə görə təşəkkürlər
23 may 2014 13:10
Offline
Realist
Gözəl məsləhətlərdir. Qızımın yaşına və vəziyyətinə uyğun, rəftar sərgilədiyimə inanıram. Sevgimi hər saat, hər dəqiqə göstərirəm. Böyüdükcə, danışdıqca da məsuliyyətimi daha da artıracam. Çünki, ağıllı, imanlı övlad yetişdirmək, həyatdakı ən böyük arzumdur.
23 may 2014 12:39
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
HAPPY SMİLE :)
Xebere gore sagolun faydali idi air_kiss
23 may 2014 12:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )