Bakıda hava 27°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19 iyul 16:55Sima salam millet coxdan gelmirdim darixdiz mencun?)))
40761

Döyənək

 

Döyənək

Mən müəllim ailəsində anadan olmuşam, yəni həm anam, həm də atam müəllim olub. Hələ bu azmış kimi babam, əmilərim, dayılarım - hamısı müəllimlik fəaliyyəti ilə məşğul olublar. Amma qəribəsi budur ki, heç vaxt ziyalı ailəsinə mənsub olmağımla fəxr etməmişəm. Daha doğrusu, fəxr edə bilməmişəm və ən qəribəsi isə odur ki, müəllim ailəsindən olduğum üçün həmişə mənə yuxarıdan aşağı baxıblar. Valideynlərimin nə işlə məşğul olduğu ilə maraqlananda isə hamının bir cavabı olub: “Müəllimdir də, acından ölən müəllim”. Bu sözlər ömrüm boyu qulaqlarımda cingildəyib. Valideynlərimin bizi necə əzab və məhrumiyyətlərlə böyütdüklərini məndən yaxşı heç kəs təsvir edə bilməz. Ona görə də bu şərəfli və məsuliyyətli peşəyə lap uşaqlıqdan nifrət etmişəm. Ona görə nifrət etmişəm ki, o günləri bir də həyatımda yaşamayım. Mən çəkdiyim əzab-əziyyəti övladlarım çəkməsin. Evimiz məktəbi xatırladardı. Təsəvvür edin ki, qohumlarımız bizə qonaq gələrdilər və ancaq dərsdən, dərs bölgüsündən, məktəb rəhbərliyinin haqsızlığından danışardılar. Bir də çatışmazlıqlar. Bəlkə də bu sənətə nifrət etməyimin səbəbi bununla bağlı idi. Amma ən əsas səbəb isə barmağımdakı döyənək idi. Məktəbi bitirməyimə az qalırdı. Test imtahanları hələ yeni tətbiq olunmağa başlayırdı. Şəhər uşaqlarından fərqli olaraq biz – kənd uşaqları testin nə olduğunu, necə işləndiyini bilmirdik. Müəllimlərimiz əllərindən gələni edirdilər ki, şagirdlər imtahanda öz biliklərini lazımınca nümayiş etdirə bilsinlər. Bizim sinif uşaqlarından Fərman kimyaya aid test tapşırıqları kitabçası əldə etmişdi. Sinfə gətirəndə hamının marağına səbəb oldu. Kitabça əl-əl gəzdi. Təbii ki, istəyən də çox oldu. Uşaqlar Fərmandan xahiş etdilər ki, onlar üçün də kitabça gətirsin. Pulunu da verəcəklər. Siyahı tutuldu. Hamının adı yazıldı, təkcə məndən başqa. Çünki evdəki vəziyyəti bilirdim. Bilirdim ki, mənə üç min manatı (o vaxtkı pulla) verə bilməyəcəklər. Ona görə istəmədim.

Döyənək

Nəhayət, test kitabçaları gəldi. Bütün sinfə paylandı, məndən başqa. Sinfin əlaçı şagirdi idim. Müəllimlərin sevimlisi! Mənim kitabça almamağım hamını təəccübləndirdi. Uşaqlar hərə bir söz dedi:  "Özünə arxayındır", "Testi neyləyir, bilir ki, qəbul olacaq!", "Bizim kimi deyil ki!"  Amma əsl səbəbi heç kim bilmədi, demədim. Özümə sığışdırmadım bunu. Heç valideynlərimin də xəbəri olmadı. Kimdənsə kitabçanı baxmaq üçün istəyə bilmirdim. Daha doğrusu, necə istəyəcəyimi bilmirdim. Elə bu zaman sinif yoldaşım Adilə mənə yaxınlaşdı: "Sənə bir işim düşüb, amma heç kim bilməsin." Təəccübləndim. Maraq məni bürüdü. Çünki Adilə, adətən, mənə yaxınlaşmazdı. Bəzən salamı da dilucu verərdi. Onun öz “kruqu” var idi. İndi mənə yaxınlaşıb belə deməsi maraqlı idi. Kənara çəkildik. Pıçıltı ilə: "Test kitabçasını sənə versəm, cavabları mənim üçün yazarsan?" Sevincimdən özümü itirdim. Çünki bayaqdan kitabçaya baxmaq istəyirdim. Amma kimdən istəyəcəyimi bilmirdim. İndi Adilənin belə deməsi mənim üçün göydəndüşmə oldu. Nə deyəcəyimi bilmədim. Susduğumu görən Adilə: "Yazmaq istəmirsənsə..." Tez-tələsik dilləndim: "Yazaram, niyə yazmıram."  "Səhər verərsən." "Yaxşı". "Amma heç kim görməsin ha!" Bunu deyib əlindəki dəftərin arasında gizlətdiyi testi gizlincə mənə verdi. Alıb tez gizlətdim. Uçmağa qanadım yox idi. Evə gəldim. Paltarımı dəyişib, yemək yeyən kimi tapşırıqları həll etməyə başladım. Bu zaman ağlıma qəribə fikir gəldi: kitabı bütövlükdə köçürtmək! Bütün gecəni yazdım. Bütün gecəni! Səhər dərsə getmək üçün məni yuxudan güclə oyatdılar. 16 yaşlı uşaq üçün bütün gecəni yatmayıb yazmağın necə əzab olduğunu özünüz təsəvvür edin! Məktəbə gəldim. Testi cavablarla birlikdə Adiləyə qaytardım. Heç “Sağ ol” da demədi. Mən də incimədim. Dərsdə otura bilmədim. Yuxu məni aparırdı. Həm də barmağım ağrıyırdı, şişmişdi. Yazı yaza bilmədim. Çünki sağ əlimin orta barmağı döyənək olmuşdu! İcazə alıb evə gəldim. İndi də o döyənək barmağımdadır.

Döyənək

Bircə onu deyim ki, sinfimizdən ali məktəbə təkcə mən qəbul oldum! Ali məktəbə hazırlaşanda özüm-özümə söz vermişdim ki, nə olursa-olsun müəllim olmayım. Amma heyhat, sən saydığını say, gör fələk nə sayır. Fələk mən saydığımı saymadı. Bu bəlkə də həyatın bir istehzası idi. Mənim və valideynlərimin hər cür müqavimətinə baxmayaraq müəllim oldum. Fikirləşməyin ki, peşmanam. Əksinə, indi sevirəm bu peşəni. İndi valideynlərimi daha yaxşı başa düşürəm. Başa düşürəm ki, az əməkhaqqı almalarına, hər cür çətinliklərə baxmayaraq, onlar da seviblər bu sənəti. Bəlkə də bu bir alın yazısıdır. Mən indi “Müəllim olmaq istəyirəm” deyən şagirdlərimə bir cavabım var: ”Düşünün! Çünki bu peşə şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir!”

Səslərin sayı: 8
29
4572
loading...
Şərhlər
Offline
Agat_Kris
Bir nəfərə belə olsa nəyisə öyrətmək insanı həqiqətən də bu dünyada önəmli bir şəxsmiş kimi hiss etdirir.
22 may 2014 15:17
imza: Pozitiv olun!
Offline
Sevgi
Xebere gore teshekkurler... give_ros
22 may 2014 15:14
Offline
H U L Y A
Muellim pewesi cox wereflidir.Amma nedense zemanemiz korlanib,ya nedendirse,muellime evvelki hormet yoxdur.Xebere gore cox sag olun give_ros
22 may 2014 14:54
Offline
sebine ismayilova
Bu zemanemızde muellıme qıymet qoyan yoxdu,menım atam anam hetta nenemde mulellımdırler,mende teessuf muellıme oldum,ama ıstemeyerek.cunkı hamı bu zemanede bır ovuc corek ucun calıwır vuruwur,mektebe gırmek ucun dovlete 5000manat pul verıresen,nevar nevar 100mant maaw alacagsan,ona gore ıwdemeye deymez,bu dovletde muellıme qıymet qoyan olsaydı bele maawla qıymetlendırılmezdı,cox teessuf.ona gore nıfret edırem bu senete angry
22 may 2014 14:31
Offline
S. Tapdiq
Oxuduğunuz üçün hamınıza minnətdaram. amma mən kasıb valideynlərdən utanmalı olduğumuzu vurğulamamışam. sadəcə cəmiyyətin buna münasibəti belədir. etiraf etmək lazımdır.
22 may 2014 14:23
Offline
Ceylan Mumoğlu
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
22 may 2014 13:30
Offline
Deniz N-va
Ay ne gozel bu dogurdan olub ne duygulu hadisedir girl_ang
22 may 2014 13:15
Offline
Sonay Quluzade
Müəllim olmadığıma nə qədər peşmanam, bir Allah bilir. Kaş ki, əvvəlcədən "müəllimə olmaram" deyə silkələnməzdim. İndi yaş çatıb 32-yə, heç bir il də pedaqoji fəaliyyətim yox (saathesabı dərs səhv eləmirəmsə, pedaqoji yox, elmi fəaliyyət sayılır), məcburam ki, təkmilləşdirmə kursuna gedim. Gərək əvvəlcədən adi müəllimə kimi işləyəydim. Maddiyyatım var, hüzurum isə yoxdur. Hər şey əməkhaqqı ilə ölçülmür.
Mən ziyalı ailədən idim, sinif yoldaşım vardı, o zaman üçün dəhşətli imkanlı idilər, ata avtoservizdə motorist, ana evdar qadın idi. O qadın çalışırdı ki, qızı mənimlə rəfiqəlik etsin, hərçənd ki, mən kifayət qədər qaraqabaq olmuşam. Heç vaxt atamın fəhləsindən az əməkhaqqı alan mühəndis olduğuna görə, anamın isə müəllim olduğuna görə utanmamışam.
Çox sağ olun, öz hisslərinizi bizimlə paylaşmısınız.
22 may 2014 13:09
Offline
♥♥S.Nur♥♥
Cox duyqulandim...Allah emeyinizi yerde qoymasin.Amin!
22 may 2014 13:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:39 - Müəllif: Feride
    Moruğun faydaları (2)

    Moruğun faydaları

    Metabolizmanın sağlam işləməsinə kömək edir.
  • 21:38 - Müəllif: Feride
    Rahat yatmaq üçün üsullar (1)

    Rahat yatmaq üçün üsullar

    5. İsti bəttaniyyə altında yatmaq. Soyuq zamanı insan istiyə nisbətən daha ağır oyanır.
  • 3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”

    Həyatda inanmaram məşhur olmaga çalışır
  • 21:34 - Müəllif: Feride
    Möhtəşəm valideynlər (2)

    Möhtəşəm valideynlər

    Övladını qorumaq və razı salmaq üçün əllərindən gələni edirlər.
  • 20:32 - Müəllif: RobinabapeHU
    Hüquqşunas məsləhəti (399)

    Hüquqşunas məsləhəti

    Поставка химических продуктов, расходных и комплектующих материалов. Гибкость ведения бизнеса ?ндивидуальный подход к каждому клиенту Высококвалифицированные сотрудники Перейти на сайт компании
  • Bülent Ərsoydan GÖZLƏNİLMƏZ HƏRƏKƏT-FOTO

    Belə ki, “Burada bir gözəl adam var, onun qucağında mahnı oxumaq gözəl olar”, - deyən Ərsoy Özərin qucağında oturub.
  • 17:22 - Müəllif: Sima
    Möhtəşəm valideynlər (2)

    Möhtəşəm valideynlər

    Övladlarını sevindirmək üçün əlindən gələn valideynlər.
  • 17:19 - Müəllif: Sima
    3 günə gur qaşlar və kirpiklər (1)

    3 günə gur qaşlar və kirpiklər

    Kirpik buran kirpikləri zəiflədir. Qırılmasına səbəb olur.
  • 17:17 - Müəllif: Sima
    Moruğun faydaları (2)

    Moruğun faydaları

    - Bədəndəki sərbəst radikalları təmizləmədə olduqca təsirlidir. Asiya və Avropa ölkələrindəki qadınların gözəllik sirri olaraq bilinir. Bədəni yaşlanmanı gecikdirən maddə ilə təmin edir.- Sinir hüceyrələrini sakitləşdirir, beyin və digər orqanlar arasında siqnal ötürülməsini təmin edir. Yaddaşı gücləndirir. Diqqəti cəmləməyə kömək edir.
  • Vazelini istifadə edə biləcəyiniz üsullar

    1. Sərt nöqtələri yumşaltmaq üçün
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!