Əgər körpəniz doğulandan bəri gecələri rahat yata bilmirsinizsə, bu yuxu alışqanlığı ilə həm körpəniz, həm də özünüz üçün rahat bir yuxu rejimi yarada bilərsiniz. Ola bilsin ki, körpəniz yellənmədən yatmır və ya digər sizi əziyyətə salan və ona əsla faydası olmayan şeyləri etmədən yatmır. O zaman bu xəbər məhz sizin üçündür. Bir neçə prinsipə və qaydaya əməl edildiyi təqdirdə körpəni yuxu rejiminə salmaq heç də çətin bir şey deyil. Ən önəmli olan isə uşağın gözyaşları qarşısında təslim olmamaq və bu yolda iradəli olmaqdır. Körpənizdən asılı olmayın, çalışın, onu özünüzdən asılı edin.
1-ci gün. Yeni bir proqram yaradın.
Son tədqiqatlar zamanı öyrənilib ki, uşaqlar əslində gecə ilə gündüzü heç də qarışdırmırlar. Sadəcə olaraq onların bunun üçün kiçik bir köməyə ehtiyacları var. Sabahdan etibarən körpənizi səhər tezdən oyadın. Çalışın ki, hər gün onu eyni saatda oyadasınız. Yatağını pəncərənin yanına qoyun və pərdələri də aralayın. Günəşin şüaları onun oyanmasına kömək edəcək. Körpəniz günorta yatanda da çalışın hava qaralmamış onu oyadasınız. Beləcə, o, gündüz durduğu üçün gecə yatmalı olduğunu anlayacaqdır. Axşamlar isə mütləq eyni saatda yatırdın.
2-ci gün. Proqrama davam edin.
Dünən başladığınız proqrama davam edin. Amma unutmayın ki, körpəniz gecələr acdığı üçün oyanıb ağlaya bilər. Onun yeməyini verərkən işığı yandırmayın. Amma otaq tam qaranlıq olmasa da olar. Çalışın ki, uşağınızda gecə yatanda nağıl, şeir dinləmək kimi bir vərdiş yaradın. Bir müddət sonra gecələr ona nağıl danışmağa başlayan o artıq yatmaq lazım olduğunu başa düşəcəkdir.
3-cü gün. Ağlamaqlar
Ağlamaq uşağın ən böyük silahıdır. Çünki heç bir valideyn uşağının ağlamağını görüb sakit dura bilmir. Səbrli olun və tələsməyin. O ağlasa da siz unutmayın ki, bunu onun xeyri üçün edirsiniz. Əgər bir dəfə yerinə qoyarkən ağlayanda onu yerindən qaldırsanız, və ya yatırtmasanız, o zaman elə əvvəlindən uduzmuş olacaqsınız və daha onu öyrədə bilməyəcəksiniz. Çalışın, o ağlasa da yuxu şəraitini pozmayın. Bir qədər ağlayandan onra razılaşıb susacaqdır. Ona görə də onu əzizləməyin və sakitləşməsini gözləyin. Əgər lap əvəvlindən bunu etməsəniz, pis yuxu vərdişi illərlə davam edə bilər. Uşaq sussun deyə işıqları yandırmaqdan, əmzik verməkdən, qucağınıza almaqdan çəkinin. Əks halda növbəti dəfə daha da artıq ağlayacaq və axırda sizə qalib gələcəkdir.
4-cü gün. Göz yaşı müharibəsi davam edir.
Keçən gün nə qədər çox ağlayıb, elə deyilmi? Bu gecə də ağlayacaq. Amma bu gecə keçən gecəyə nisbətən daha az ağlayacaqdır. Əsla vaz keçməyin. Qaydalarınızın qəti olduğunu və göz yaşlarının fikrinizi dəyişməyəcəyini hiss etməlidir. Onda ona qarşı zəif olduğunuz hisslərini oyatmayın. Əks təqdirdə keçən gecəyə nisbətən daha da çox ağlayacaqdır.
5-ci gün. Hər şey sakitləşir.
Körpələrin çoxu 3 və ya 5 günə sistemə alışırlar. Beşinci gecəniz digərləri ilə nisbətdə daha rahat olacaqdır. Bu gecə ən xoşbəxt gecəniz ola bilər! Beş dəqiqədən bir otağına gedib yoxlamayın, ən azı 15 dəqiqədən bir yoxlayın. Bəzi uşaqlar otağa tez-tez girilib-çıxılmağından narahat olur və yata bilmirlər. Ən yaxşısı budur ki, qapını bir az aralı saxlayın və otağa girmədən, qapı arxasından onun yatıb-yatmadığını yoxlayın. Yuxu pozğunluğunun səbəblərindən başda gələni bez dəyişdirmə və gecə acarkən yemək vermə prosesləridir. Təbii ki, bunları etməlisiniz. Ama çalışmalısınız ki, bunları səssiz və ən qısa bir zamanda edib bitirəsiniz. Onn bezini dəyişərkən belə işıqları yandırmayın. Lazım olandan artıq yemək verməyin. Doyduqdan sonra onu yemək üçün məcbur etməyin. Beləcə, o, həm gecəni rahat yatacaq, həm də siz o yatarkən bez dəyişdirməli olmayacaqsınız.
6-cı gün. Yatır.
Sanki bir yuxu görürsünüz, elə deyilmi? Bu xoşbəxtliyi günlərdir tətbiq etdiyiniz qaydaları pozaraq məhv etməyin! Körpəniz yatarkən onun üçün darıxdığınız üçün otağına tez-tez girib-çıxmayın. Ona isti bir gecəlik geydirin. Beləcə, onun üstünü açması da problem olmayacaqdır. Çalışın ki, bu tərzdə də davam edin və qaydaları pozmayın.
7-ci gün. Artıq sizin yatmaq vaxtınızdır.
Özünüzə bir yaxşılıq edin və bu gecə rahat, dərin yatın. Ola bilsin ki, bu 6 gündə yuxusuz qaldınız. Amma əmin olun ki, buna dəydi. Körpənizə möhtəşəm bir vərdiş aşıladınız – Mütəmadi və gözəl bir yuxu vərdişi.
Təbii ki, xəstələndiyi zaman və ya səyahət zamanı, tətil zamanı yuxu vərdişi dəyişiləcəkdir. Qətiyyən təlaşlanmayın. Yenidən yuxu problemləri yaransa, bu proqramı tətbiq edin və görəcəksiniz ki, hər şey yenidən öz qaydasına düşəcəkdir. Bu proqramın ikinci dəfə tətbiqi əslində birincindən daha rahat olacaqdır.
Hər birinizə və körpələrinizə gözəl və sağlam həyat arzu edirəm.
XƏBƏR LENTİ
Ərlə arvad biri digərinin paltarıdır
Xüsusi souslu toyuq (foto resept)
5 yaşlı qızından kirayə pulu alır - FOTO
Gülbeşəkər biskuviti (foto resept)
"Fənərbağça" "Qalatasaray" ilə fərqi 10-a çıxardı
Prezidentin sərəncamı KİV-lərin məsuliyyətini artırdı
Kosmosa səyahətin qiyməti açıqlandı - FOTO
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Azərbaycan filmi beynəlxalq mükafata layiq görüldü
Dövlət qurumlarının toyuq əti SAVAŞI: biri "hə", digəri "yox"
Rusiya gözəli ad gününü Praqada keçirtdi-FOTO
Super Dünyalar
2035-ci ildə dünyanı nə gözləyir?
Yıldız Tilbe estetik əməliyyatından danışdı
"Ankarada başlamış istintaqın üç ayağı var"
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
Bitkilərlə müalicə
Dağlıq Qarabağda 150-yə yaxın partlayıcı zərərsizləşdirildi
Sabahın HAVAsı
Lənkəranda bayram namazı qılındı, qurbanlar kəsilib, dualar oxundu
Günün qoroskopu:İnadkar olmayın, gərəksiz mübahisələr etməyin!
Metroda əşyanız itib?
Ən son mən...
Kartof, süd və pomidor ucuzlaşdı
Dünyanın birinci şəhəri
Çağrılmamış qonaqlar və qonaqlıq (satirik, yumoristik yazı)
Meyvə yeməyi unutmayın!
Pensiya ilə bağlı yeni xəbər
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
Bakının havası - sıfır
Rusiya sülhməramlılarının polkovnikindən Qarabağla bağlı AÇIQLAMA
Bakının 4 rayonu susuz qalacaq
Süd verən analar üçün qidalanma tövsiyəsi
Telefona gələn reklamların gizli səbəbi açıqlandı
Pendirli-kolbasalı üçbucaq (foto resept)
Bakıda yağış yağacaq
Prezidentin köməkçisi ermənilərin “fake” “suriyalı döyüşçü” yalanını ifşa etdi
Azərbaycana ikimərtəbəli qatarlar gətiriləcək?
Bu da yeni Nissan Almera
“Eurovision 2020”nin ilk iştirakçısı bəlli oldu
Ev şəraitində saç üçün maskalar
Hər an Günəş fırtınası ola bilər!-XƏBƏRDARLIQ
Bir-birinə oxşayan 3 xəstəlik
Erməniləri lal edəcək fakt
Cud Lou “Yoluxma” filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz aldıqlarını dedi
Yemək qoxularını necə aradan qaldırmalı?
Valideyndə uşağa məhəbbəti qanun aşılamalıdır?
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Atışdırmalıqlarla gözəlləşin!
Putindən Qarabağla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR