Bakıda hava 20°
USD AZN
EUR AZN
20 avqust 17:49Ayla Ayla Bütün ədyalları xalçaları yastıqları yudum 20 avqust 17:48Ayla Ayla Hə Pəri çox istidi Mən də evləri tökdüm
40901

Menstruasiya zamanı cinsi həyat

Menstruasiya zamanı cinsi həyat

Menstruasiya zamanı cinsi əlaqədə olmaq olarmı? Bu sual bir çox qadını düşündürür! Qadınların əksəriyyəti bu dövrdə tamamilə cinsi münasibətlərdən çəkinirlər. Bəzilərini də belə bir sual düşündürür ki, bəlkə bu dövrdə müəyyən gigiyenik qaydalara riyayət edib münasibətdə olmaq mümkündür?

 Dəyər, yoxsa yox?

 Bir çox cütlüklər üçün bu dövrdə cinsi həyat yol verilməzdir, bu, həm menstruasiya zamanı gələn qana, həm də bir çox qadınların rastlaşdığı diskamforta görə olur. Belə ki, çoxlarını da maraqlandırır ki, axı bu bir gün davam edən proses deyil, həm də hər gün axıntının miqdarı çox olmur. Bu zaman münasibətlərin təxirə salınması tək fizioloji deyil, həm də mənəvi səbəblərdən də olur. Bu sualın cavabını  adətən hər cütlük özü fizioloji vəziyyətinə və arzusuna görə həll edir. Burada qəti qadağa yoxdur. Bu, insanların şəxsi düşüncələrindən, dini inanclarından, estetik mənfi cəhətlərindən, narahatlığından və utancaqlıqlarından aıslı olan haldır. 

Menstruasiya zamanı cinsi həyat

Bu nə vaxt təhlükəlidir? 

Menstruasiya zamanı uşaqlıq daxilində endometriya prosesi gedir, yəni uşaqlığın daxil divarının dağılması baş verir, üstü açılmış damarlardan qan xaric olmağa başlayır. Bunun nəticəsində uşaqlığın yolu  yumşalır və ifrazata səbəb olması üçün asanlıqla açılır. Ona görə də bu dövrdə cinsi əlaqədə olan zaman infeksiyanın asanlıqla uşaqlığa daxil olması və orada iltihaba səbəb olması riski artır. Risk qrupuna sağlamlığında müxtəlif problemləri olan, xroniki xəstəliklər keçirən və kiçik çanağında iltihabi prosesləri olan qadınlara aiddir. Qanaxmanın 3-cü günü infeksiyaya yaxalanmaq riski daha yüksəkdir. Ona görə də ilk 3 gün cinsi həyatdan uzaqlaşmaq tövsüyə olunur.

 Təkcə qadınlar deyil, kişilər də bu zaman infeksiyaya tutulma riski ilə üz-üzə olurlar, belə ki, mikrob kişi cinsi orqanlarını və sidik kisəsini belə yoluxdura bilər. Bundan qorunmaq üçün prezervativlərdən istifadə olunmalıdır. Cinsi əlaqədən əvvəl və sonra cinsi orqanların təmizliyinə fikir verilməlidir.

Menstruasiya zamanı cinsi həyat

 Menstruasiya zamanı sekslə mütəmadi məşğul olmaq  tövsiyə edilmir, belə ki, güclü qanaxma baş verə və uşaqlığın ətrafında möhkəm spazma yarana bilər, buna səbəb isə qan dövranında dəyişikliklərin baş verməsidir. Bu, kiçik çanaqda diskomfort hissi yarada, hətta spazmolitik xəstəliklərin yaranmasına da yol aça bilər.

 Əgər menstruasiya dövründə cinsi münasibətdə olmaq sizin üçün normal hal sayılırsa, bu zaman gigiyena qaydalarına ciddi əməl olunmalı, şəxsi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Bundan əlavə unutmayın ki, bu dövürdə sekslə məşqul olmaq sizin hamilə qalmayacağınıza zəmanət vermir. Bu, menstural tsikli sabit olmayan qadınlarda daha risklidir. Buna görə də hətta bu dövrlərdə də kontraseptivlərdən isifadə etməyi unutmayın!

Səslərin sayı: 8
65
12916
loading...
Şərhlər
Offline
Ayka
Allah haram buyurub, demeli olmaz.Allah her seyi bilendir.O, bizimcun neyin yaxsi, neyin pis oldugunu bizden yaxsi bilir.
5 may 2014 23:00
Offline
sohret eliyeva
Ətrafli melumata gore cox sagolun
5 may 2014 21:43
Offline
Jalə Məmmədli
Təşəkkür xebere gore sonuncu qeyd etdiyinizle raziyam
5 may 2014 19:43
Offline
Efsane Orucova
Her qadinin bilmesi vacib xeberdi mence her qadin bunu oxumalidi.Bele xeberleriniz bol olsun qadinlar faydalansin.
5 may 2014 19:07
Offline
Qəribə
Hamımız gunah oldugunu eşitmişdik amma tibbi tərəfdən nə qədər zərərli oldugunu bilmirdik.Ətraflı açıqlamaya gorə təşəkkurlər Ulkər!
give_ros
5 may 2014 19:01
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Turkane Selim
Hamımız gunah oldugunu eşitmişdik amma tibbi tərəfdən nə qədər zərərli oldugunu bilmirdik.Ətraflı açıqlamaya gorə təşəkkurlər Ulkər!
5 may 2014 18:02
Offline
Farida_Asadova
Agat_♥,
Məni başa düşdüyünçün təşəkkür.... empathy love
5 may 2014 17:36
Offline
Agat_Kris
Farida_Asadova,
amma burda qeyd ediib da zərərli tərəfləri. razı olmadığın səbəbləri başa düşürəm müəyyən qədər sənə də haqq verirəm amma belə agressiv olmaq olmaz axı. Əsas odur ki elmi olaraq zərərləri yazılıb burada.
5 may 2014 17:35
imza: Pozitiv olun!
Offline
Farida_Asadova
O uzlaşmayan fikirlər isə baş qarışdırmaqdan və Allahın yolundan azanların hiyləsindən başqa bir şey deyil.

Ay sağ ol.. Elə məsələdə bundadir..İndi dini biliyi olmayan birinin əlinə kecdi o sən deyən nəticə ,oxudu o cür də qəbul etdi ki,bəs elm bunu deyir...Şəxsən öz adıma danışıram,Allah nəyi qadağa edibsə elmi tərəfiylə maraqlanmamışam.konkret olmaz-olmaz....Hammıa da bunu məsləhət görürəm..
5 may 2014 17:33
Offline
Agat_Kris
Bütün elmi arasdirmalar nəticədə quranda deyilənimi deyir?

Bəli. İstisnasız olaraq hamısı Quran deüyəni Allah deyəni deyir. O uzlaşmayan fikirlər isə baş qarışdırmaqdan və Allahın yolundan azanların hiyləsindən başqa bir şey deyil.
5 may 2014 17:29
imza: Pozitiv olun!
Offline
Farida_Asadova
Agat_♥,
Bütün elmi arasdirmalar nəticədə quranda deyilənimi deyir?
5 may 2014 17:10
Offline
Agat_Kris
Dində haram olan bir haldı elmi tərəfdən nə dərəcədə zərərli olub-olmadığını arayib axtarmağına dəyməz..

Onu sizə kim dedi? Dində haram oln hər bir şey elmi cəhətdən araşdırılmalı və zətərləri insanlara föstərilməlidir ki hər kəs Allahın necə biliklli və necə böyük olduğunu dərk edə bilsin.
5 may 2014 17:01
imza: Pozitiv olun!
Offline
Ceylan Mumoğlu
P.S. Nəzarətçilər, mövzuya aid olmayan hissi emosional şərhlər silinsin, zəhmət olmasa
5 may 2014 16:50
Offline
Ulker.Agamali
Iceberg,
Cox sag olun! Mariflendirici oldugunu hami basa dushseydi dash ola biler ki men fikirlerimi duzgun ifade ede bilmirem amma men ekseriyyetinin yazdigi kimi yaxinliga sovq etmirem hec kimi!
5 may 2014 16:47
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ceylan Mumoğlu
1.Xəbər maarifləndirici xəbərdir.
Qanaxmanın 3-cü günü infeksiyaya yaxalanmaq riski daha yüksəkdir. Ona görə də ilk 3 gün cinsi həyatdan uzaqlaşmaq tövsüyə olunur.

Menstruasiya zamanı sekslə mütəmadi məşğul olmaq tövsiyə edilmir, belə ki, güclü qanaxma baş verə və uşaqlığın ətrafında möhkəm spazma yarana bilər, buna səbəb isə qan dövranında dəyişikliklərin baş verməsidir. Bu, kiçik çanaqda diskomfort hissi yarada, hətta spazmolitik xəstəliklərin yaranmasına da yol aça bilər.

Ən azından bu cümlələrlə xəbərdə hansı maarifləndirmədən söhbət getdiyi net bir şəkildə bildirilib.
2. Mən öz fikrimi yazım əvvəlcə, menstruasiya zamanı heç bir xanımın cinsi əlaqədə olmasını tövsiyyə etmirəm, hətta yoldaşını belə bundan çəkindirsin. Məncə xanım -xatun olanlar bu seçimlə yaşayarlar give_ros
3. Xəbərin şərhlərində dini müzakirədə yaranan anlaşılmazlığa aydınlıq gətirim. Elnarə xanım bizim çoxadankı. hörmətli userimizdir. Şərhində islam saytlarndan birindən götürdüyü hədislərdən yazıb. Bununla münasibət bildirib. Amma belə faktlar inandırıcı gəlmədiyi üçün qarşı tərəfdə bir şübhə yeri qoyur.
Məsələ bundadır ki, əziz xanımlarımız, mənbə göstərəndə tutarlı, doğru olan mənbələrdən götürün fikirləri. Dini baxımdan xəbəri müzakirə etməyi kimsə sizə qadağan etmir. Təbii ki, xəbər yazılıbsa, hər aspektdən müzakirəsi də getməlidir. Amma bu xəbər üçün ən gözəl mənbə elə Qurani-Kərim kitabı deyilmi?
Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ ۚ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ
(Bəqərə-222)
Hər birinizə fiziki və mənəvi paklıq arzu edirəm.
Mövzunu işiqlandıran müəllifə, təşəkkürlər.
5 may 2014 16:46
Offline
Ellada Babayeva
Mən oxudum xəbəri.Məlumatım var bu mövzuda amma fəsadlrınıda oxudum bildim. yes
5 may 2014 16:46
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Iceberg
Məsələyə belə yanaşmaq niyə lazım? Zatən bu fərdi məsələdir kimsə bunu edirsə dini asbekti kənara qoyub yenə edəcək. yəni pislər o qədər var ki bəyəm onlar dinlə oturub-durur? Xəbər maariflndirici xəbərdir, lazımlıdır, bir az dünyəvi yanaşaq bəzi məsələlərə...
Ulkər, təbrik edirəm gözəl xəbərə görə.
5 may 2014 16:40
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Əziz xanımlarımız, bir sakitləşin görək. Nədir belə təlaşlanmaq? Yazacam indi mən də fikrimi laughing
5 may 2014 16:36
Offline
Ulker.Agamali
Farida_Asadova,
Xeyir ezizim qetiyen yox,men xeberi saglamliq movzusunda yazmisam dini movzuda yox bunun ilk evvel qeyd etmek istiyierm, Men movzuya dini asbekden yanasmamisam! ireful xeber saglamliq movzusundandar ve bu dovurde yaxinliq olarsa bas veren fesadlardandir! Azdimi bele edenler? Oxusunlar ve onlari nelerin gozleyeceyini bilsinler! Haramdi,gunahdi deyib durmaqdansa Niye haramdi? niye gunahdi? izahat vermek gerekdir! Men de bunu etmisem!
5 may 2014 16:28
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Realist
Allah bunu qadağan edibsə heç bir alim, professor, tibb elmləri doktoru və s. hər kim olursa olsun, u qadağnı pozmaq üçün bəhanələr gətirə bilməz. bir dəfə bir saytda oxumuşdum. buyurun, siz də oxuyun.
Bir kişi öz arvadı ilə onun aybaşı halı qurtarmadan cinsi əlaqədə olsa, günahkar olur. Ona görə də tövbə edib Allahdan bağışlanmağını diləməlidir. Bununla yanaşı, onun kasıb müsəlmanlara bir və yaxud yarım dinar (4,25 qram qızıl) sədəqə verməyi məsləhət görülür.

Ürəyimdən keçən hər bir fikri, Elnarə xanım, artıqlaması ilə qeyd edib. give_ros
5 may 2014 16:28
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!