MilliNet - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin Sentyabr ayında start verilib.
Rəsmi məlumata əsasən, bu il Milli Net-ə 12 Nominasiya üzrə 401 sayt təqdim olunub və onlardan yalnız 319 sayt yarışmaya buraxılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 12 Nominasiya üzrə 319 sayt arasından ən yaxşılar olan 84 sayt Nominant statusu alıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti 2-ci səsvermə prosesində 84 Nominant arasından ən yaxşılarını seçiblər.
24 dekabr 2013-cü il tarixində Four Seasons Hotelində Milli Net 2013 qaliblərinin Təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunub, fərqlənənlərə isə diplomlar verilib. Qaliblərə və fərqlənənlərə sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunub.
Təqdimat mərasiminin İnternet vasitəsilə canlı yayımlanıb. Canlı yayım 18:30-dan etibarən www.millinet.az saytından izləyicilərə təqdim edilib.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına müsabiqə boyunca dəstək vermişlər.
Belləliklə, Qaliblər:
Korporativ saytlar
|
İctimai-sosial saytlar
|
Media və İnformasiya
|
Mədəniyyət, incəsənət və turizm saytları
|
Ailə, uşaq və sağlamlıq
|
Asudə vaxt, idman və əyləncə
|
Bloqlar
|
Elm və təhsil
|
Dövlət və bələdiyyə saytları
|
Xidmət (Servis)
|
İstifadəçi kontenti üzərində qurulmuş saytlar
|
Ən yaxşı sosial şəbəkə səhifəsi
|
Qaliblər siyahısından da gördüyünüz kimi, Ailə, uşaq və sağlamlıq Nominasiyasında 1-ci yere, qalib adına Qadin.Net saytı layiq görülüb.
Qadin.Net rəhbərliyi olaraq bu nailiyyəti uzun müddətdir görülən işlərin bəhrəsi kimi qiymətləndirir və bu qələbənin hər bir Qadin.Netlinin qələbəsi olduğunu xüsusilə qeyd etmək istəyirik. Təsadüfi deyil ki, sizlərin bizə göstərdiyi etimad, inamdan ruhlanaraq yola çıxan komandamızın, hər zaman doğru zamanda doğru işləri görməklə bu ada, əldə edilən qələbəyə layiq olduğunu bu sahənin mütəxəssisləri də yekdilliklə təsdiq edirlər.
Öz növbəmizdə, ölkənin, İlk Milli Qadın Portalı olaraq, görülən işləri yüksək qiymətləndirərək www.qadin.net layihəsini seçdikləri üçün ümumilikdə bütün "MilliNet komandasına" - mükafatın təsisşisi Azərbaycan İnternet Forumuna və şəxsən onun Prezidenti Osman bəy Gündüz cənablarına öz dərin minnətdarlığımızı bildiririk və ozümüzlə birlikdə bütün qalibləri də təbrik edirik!
Sizləri inandırırıq ki, bu uğurlar növbəti addımlarımız üçün bizə stimul verir. Bizlər hər zaman hər bir işin ən yaxşısını sizlərə təqdim etmək üçün çalışmışıq, eyni düşüncə, ruhda da davam edəcəyimizə kimsənin şübhəsi olmasın!
Bir daha sizli-bizli hər birimizi təbrik edir, uğurlarımızın daha çox olmasını, bu uğurları əldə etmək üçün gedilən yolda isə hər zamanki kimi şərəflə addımlayıb, mərd olmağımızı arzulayırıq!
Allah gördüyümüz işlərdə bizləri utandırmasın...
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-51
Günün ulduz falı
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Əfqanıstanda 205 "Taliban" üzvü öldürülüb
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
Ebru Şahin film galasında-FOTO
Əzvay bitkisinin faydaları
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Erməni ordusu niyə qaçır?
Konserv balıq salatı (foto resept)
Günün qoroskopu:Bədxərclik etməyin!
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Uşağınızın danışmasını sürətləndirin
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
HAVA necə olacaq? 2 İyun
Dünyanın ən bahalı almaz ayaqqabısı
Prezident və xanımı “Bakı-2015”in ofisində
Koronaya yoluxma ehtimalı olanları müəyyən edən qurğu
Günəş eynəkləri qardan qorunmaq üçün icad olunub?
2017 Met Gala: qırmızı xalı
Erməni iştirakı təsdiqləndi
Günün ulduz falı
Qeyri-adi çantalar
Burun qanaxması
Günün Ramazan təqvimi (30 iyun)
Bu gecə Mars Yerə ən yaxın məsafədə olacaq!
Şimali Koreyada daha bir qadağa
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Hülya Avşar işləyən anaları tənqid etdi
Mətbəxdə köməyinizə çatacaq tövsiyələr
Şou ulduzu öldü-SƏBƏB
Hülya Avşarın qızı estetik əməliyyat olundu?
Qatıqlı meyvə salatı (foto resept)
Ürəyindən yaralanan qazimiz əməliyyat olundu
"Müslüm"ün prodüserini məhkəməyə verdilər-SƏBƏB
Əcaib qadınlar
Türkiyə ilk yerli smartfon istehsal etdi
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
"Facebook" serverlərinin müdafiəsini gücləndirir
Buzdan 150 min dolları kim çıxaracaq?
Şəhərin mərkəzində qoyun paradı
Azərbaycanda koronavirusla bağlı müsbət dinamika: 369 yeni yoluxma - FOTO
Sobada peraşki
Növbəti 4 günün havası AÇIQLANDI
Resirkulyasiya mərkəzi
14 ildir saçını kəsmir-FOTO
Dünyanı heyrətləndirən uşaq indi..
Mesutdan Amineye 200 minlik hədiyyə-FOTO
Qışda güllərə necə qulluq etməli?
- ŞƏRHLƏR