Bakıda hava 14°
USD AZN
EUR AZN

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

 

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

 

Xəyalə Murad

Əziz 16 yaşlı Xəyalə!

Bilirəm, artıq 25 yaşlı Xəyalə üçün məktubunu yazmısan və illər boyunca o məktubu gizlədə biləcəyin yer haqqında düşünürsən. Tapacaqsan da. O məktubunda bizim gələcək həyatımız üçün qurduğun böyük arzulardan və ümidlərdən yazmışdın. Amma zamanından 5 il öncə (20 yaşın tamam olan gün) təsadüfən həmin məktubunu xatırlayıb, orada qeyd etdiyin arzulardan hansılara nail olduğunu, hansıların artıq bir əhəmiyyət kəsb etmədyini bilmək istəyəcəksən. İndi qismətə bax ki, mən sənə - 16 yaşlı mənə məktub yazıram. Sənə indi nəsihət verə biləcək yaşda olduğum üçün deyirəm. İlk növbədə təhsillə bağlı olan o arzunu çox ideallaşdırma. Ananın səni görmək istədiyi peşəyə sahiblən. Sənə xəyallarda yaşayan biri kimi baxan sinif yoldaşlarından incimə. Bu sənin ayrılmaz hissəndir. Hər kəsdən şübhə etmə. Kimsə ideal deyil. Seçimlərindən əmin ol. Məqsədlərinə doğru addımlamağa davam et. Yolun sonunda qarşına çıxacaq maneələrdən çəkinmə, mübarizə apar. Bil ki, “öz dünyana” inanaraq qalib gələcəksən hər zaman.

Səni sənin qədər çox sevən Xəyalə Murad!

Ramile Husna

Ey 16 yaşındakı mən!

Sənə  deyəcək sözüm çoxdur, kaş ki sənə məktub yazmaq yox, elə üzbəüz oturub danışmaq qismət olardı, amma heyf ki Narın xalanın imkanları ancaq buna çatır. Buna da min şükür. Məni yaxşı-yaxşı dinlə, bəzi hərəkətləri tam doğru etmisən bu həyatda, bəzilərini səhv. Məsələn, tez ailə quracaqsan, səni canından çox sevən, səni ovucunda da yox, gözünün üstündə saxlayan, Allahını çox sevən həyat yoldaşın olacaq, 2 şirin balan olacaq, heç kimi dinləmə, get o oğlana, uduzmazsan. Amma onu bil ki, illər keçdikdən sonra səni çox çətin sınaq gözləyir, bax o sınaqdan keç, yoxsa mənim kimi hər gün əzab çəkəcəksən. Kaş geriyə dönə biləydim, sənin əlindən tutaraq bu yaşa çatdıra biləydim səni, heç kimə izn verməzdim səni incitsin, səni ağlatsın, amma göründüyü kimi bu, mümkün deyil, dediyim kimi Narın xalanın əlindən ancaq bunlar gəlir, buna da şükür.

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

Ayten

16 yaşındakı Aytənə!

Hal-hazırda 22 yaşımda olsam da 16 yaşlı Aytənə bunları demək istəyirəm - dərsdərini əla oxu, necə ki 6-7-ci sinifdə oxuyurdun, bax elə. Heç kimə qulaq asma, hər kəsin acığına ali məktəbə qəbul ol. Hə, birdə hər şeyə ağlama, sənə kimsə nəsə desə, ürəyinə salma. Həyatda hər kəsə inanıb, ümidlərin yıxılanda həyatdan bezməyəsən gərək. Hər kəsə inad, səni yıxmaq istəyənlərə qarşı güclü dayan. Məqsədinə əmin addımlarla get. Az da olsa qardaşına oxşa. Hə, bir də anan qardaşını əzizləyib səni unudanda qardaşını qısqanma. Çünki o qardaş sənin canındır, aldığın nəfəsindir. 22 yaşlı Aytəndən 16 yaşda olan Aytənə hörmətlə...

Şəri Babayeva

Artıq 23 yaşım var, 16 yaşım çoxdan keçib gedib, 24 yaşım olmasına da çox az qalıb. İstərdim yenə 16 yaşında olum, 16 yaşında qalmaq istərdim, heç böyümək istəməzdim, amma neynəmək olar, böyüyürəm, arzularım var, hələ də gerçək olmayan arzularım... 16 yaşımdakı mənə o arzuları yerinə gətirməyə çalışsın demək istərdim. Gözlərim doldu lap. recourse

gunel

Salam, əzizim Günel...

Mən 16 yaşında olsaydım, fikirlərimi dəyişərdim, həyatımın istiqamətini bir az fərqli yerlərə aparardım... Düzdür, 27 yaşla 16 yaş arasında fərq var, amma 16 yaşımda həyata baxışımı, insanlarla davranışımı, çox inamımı bir az da bir qırağa qoyardım. Tez inanan və tez bağlanan biriyəm... Hər kəsi özüm kimi bilirəm... Bax, bu hərəkətləri özümdən qoparıb atardım və cəsarətimi daha da ön plana çıxarardım. 16 yaşımda elə bir həyat yaşayardım ki, elə addımlar atardım ki, 26 yaşımdakı addımlarımdan daha da möhkəm və cəsarətli olsun. Səhvsiz insan olmur, amma səhvlərimin az olmağı üçün mücadilə aparardım. Bir də ki özümə güvənməyi daha çox istərdim. Sən mən, mən də sən olduğum üçün sənə deyirəm: çalış həyatında az səhvlər burax... Uğurlar, səni yəni özümü çox sevirəm..

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

meryem eliyeva

Salam, Məryəm, sənə artıq 24 yaşımda, yəni 8 il sonradan yazıram bu məktubu. 8 il bundan əvvəl həvəslə hazırlığa gedir, ali məktəbə hazırlaşırdın və istədiyin fakultəyə də daxil oldun. Bir il yarım oxudun, sonra valideynlərinin istəyi ilə nişanlandın, indiki zamanda, yəni bu ağlımla olsaydım, o 16 yaşlı Məryəmə buna razı olmamağı deyərdim. Ən əsas da məktəbini oxuyub qurtarana qədər... Yenə də artıq keçib, bu gün də xoşbəxtəm, həyat yoldaşımı da çox sevirəm, amma məncə, 16 yaşda ərə getməyə yox, oxumağa və həyatını qaydasına salmağa çalışmaq lazımdır.

Melek Babazade

Çox düşündürücü mövzudur! Uzun sürən fikirləşdikdən sonra qərara gəldim ki, 16 yaşlı gənc "mənə" nə yazım. Və başladım yazmağa.

Salam, mən. Necəsən? Bu gün sənə 9 yaş böyük "mən" olaraq məsləhətlər verəcəm. Bilirəm gəncsən, ətrafında fikirlərini dağıdacaq bir çox şey yaşanır. Amma sən heç nəyə fikir vermədən bu həyatda dik, ayaqda durmaq üçün, heç kimə möhtac olmamaq üçün, özün özünü ağası olmaq üçün, zirvələrdə olmaq üçün oxu... Bilirəm oxuyursan... Amma daha da çox oxu, gələcəkdə "kaş ki..." deməmək üçün hər şeyi bir daha düşün, addım at. Çünki geriyə yol olmur heç vaxt.

aysu aliyeva

Əziz Aysu, sən indi 21 yaşındasan, sənə bir neçə məsləhətim var. 16 yaş hələ gəncliyə addımladığın ilk mərhələ, ilk yaş dövrüdür. Bu addımları ehtiyatla atmalısan, çalışmalısan ki, heç vaxt büdrəməyəsən, büdrəsən də yıxılmayasan, yıxılsan belə qalxmağı bacara biləsən. Qalxmağı bacara bilməsən, hər zaman kimlərsə tərəfindən pis qarşılanacaqsan. Sənə məsləhətim - hər zaman başını dik tut və arzularının, xəyallarının arxasınca get. Həyatı sev, unutma ki sevgi və yaxşılıq hər qapını açar. Həyatda uğurlar sənə.
Memmedova.F
Salam, unuda bilmədiyim mən. Hərdən əzabdan ağladığım, hərdən də sevincdən göz yaşımı axıtdığım illərim, salam... Səni incidən hadisələrə səbrlə yanaşmağını çox istərdim. İnan ki zaman hər şeyin dərmanıdır. İllər ötəcək və anlayacaqsan ki, həyatda olan hər bir şey sənin istədiyin kimi olmasa da sənin xeyrinə olur. Təki üzülmə. Anla ki, insan əzablarla imtahan olunur, anla ki, sən getdikcə böyüyürsən. Uşaq kimi hər istədiyin üçün mübarizə aparma. Sadəcə arzu et, amma Allahdan xeyirlisini istə, inan ki zaman düzəldəcək, inan. Təki sən səbrli ol. Dinlə, ibrət al və anan kimi olmağa çalış, çünki sən də gələcəyin anasısan... love
 

♥YAQUT♥

Salam 16 yaşındakı mən!

Sənə demək istərdim ki, bu qədər roman oxumağa vaxtını sərf etməkdənsə dərslərini oxu. Oxu ki, gələcəkdə sənin də ali təhsilin olsun, işləyə biləsən, arzuların ürəyində qalmasın, ağ xalatlı həkimləri görəndə onlara həsrətlə baxmayasan və deməyəsən ki, kaş mən də həkim olaydım. recourse

Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)

PrOsTa NiKa

Əziz mən!

Bu məktubu sənə 2013-cü ildən yazıram və yazmağımın səbəbi odur ki, arada qalan 2 ildə nələr etməyinə görə bəzi məsləhətlər verəcəm. Sən ağıllı qızsan, hamısına əməl elə. Heç kəsə inanma, ürəyini heç kəsə açma, hamını özün kimi saf bilmə, yadında saxla ki, yaxınların, dostların, tanışların səni nə qədər çox sevirəm desələr də onun ikiqatı qədər də pisliyini istəyirlər. Ona görə də həmişə 1-ci ağlınla hərəkət et. Qəti pəhriz saxlama, müəyyən yaş dövründən sonra sevdiyin müğənni Rihanna kimi incə bir qız olacaqsan. Bütün oğlanlar arxanca düşəcək, "Səni sevirəm" deyəcək və əlbəttə ki, sən həmişə etdiyin kimi heç birinə fikir verməyib yolunu düz yeriyirsən. Cavab belə vermirsən. Fikrin yalnız dərslərində olsun. Bilirəm, bunların hamısına əməl edəcəksən. Çünki səni mənim qədər heç kəs yaxşı tanıya bilməz. Mənim canım Nikam, öpürəm yanaqlarından kiss

Səslərin sayı: 14
53
3688
loading...
Şərhlər
Offline
APENAS
Canim Narinim yenede chox maraqli xeber alinib. Her kesin yazan elleri var olsun, chox beyendim. Maraqli xeberin uchun chox sag ol canim air_kiss
13 dekabr 2013 15:15
Offline
Narin...
Dəniz84,
zehra,
Gulum,
AYSUN MEMMEDOVA,
Hacət-i Vuslat,
R.G.AL-SU,
v.faya,
Sirli_dunyam,
Aytac Mva ,
♥YAQUT♥,
meryem eliyeva,
♥♥♥YEGiŞ♥♥♥,

Çox sağ olun xanımlar gözəl şərhləriniz üçün təşəkkür edirəm. kiss Və ümid edirəm ki, saytımızda olan az yaşlı qızlarımız mənim xəbərim sayəsində sizlərdən oxuduqları məktublarla gələcəkdə "kaşki bunu etməsəydim" deyəcəkləri səhvləri etməzlər! Allah hər birinizi arzularınıza çatırsın Amin. girl_ang
13 dekabr 2013 13:27
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aminim
Maraqli ideyana gore sene tesekkur edirem canim.Her birinizin mektubu temiz hisslerle qeleme alinib.
13 dekabr 2013 12:08
imza: qadin.net
Offline
meryem eliyeva
Narin xanim cox gozel alinib xeberiniz hemiseki kimi, menede yer verdiyin ucun tesekkurler xeberlerin davamli olsun insallah
13 dekabr 2013 11:30
Offline
♥YAQUT♥
Xeberin gözel alınıb canm heyatımdan ailemden övladlarımdan razıyam amma kaş ki zamanı geri qaytarmaq olaydı yeniden 16 yaşıma qayıda bileydim girl_smi
13 dekabr 2013 11:23
Offline
AFET
Her biri maraqlı idi bele xeberler davamlı olsun teşekkürler
13 dekabr 2013 11:09
Offline
Sirli_dunyam
Hamısını oxudum çox maraqlı idi
13 dekabr 2013 10:22
Offline
v.faya
EEEH DUZ 16 YASINDA QERAR VERDIM HEYATIMIN YOLU DEYISDI ,OXUMAGIMA MANE OLDULAR,AMMA BEBELERIM OXUYACAQLAR QOYMARAM CETINLIK CEKELER,DIPLOMUM YOXDU AMMA SAVADIM VAR,SAVAD DIPLOMA BAXMIR,SANSLIDILAR,MENIM KIMI ANALARI VAR,MENIMDE BELE BALALARIM SUKUR

AMMA PIS OLDUM DUZU GOR UREKLERDE NECE ARZULAR YATIB HELEDE,BU GUN KOVREK GUNUMDU,YAXINLARIMDAN BIRI IKI YASLI KORPESIN ITIRDI DUNEN,BURA FIKIRIMI DAGITMAQ UCUN GIRDIM AMMA YAMAN AGLATDINIZ MENI.... recourse

Tewekkur etmeyi unutdum cox sag olun gencler ucun cox faydalidi,umid edirik bu cur gozel xeberlerin davami olacaq,davamli olsun! give_ros
13 dekabr 2013 10:07
Offline
GülnaR
Bu xəbər çox kövrəldicidir,alınmagına gəldikdə isə olduqca maraqlı alınıb.Gələn hissədə ozümü gormək ümidi ilə...
13 dekabr 2013 09:45
Offline
Hacət-i Vuslat
Xəyalə bacı 25 yaşlı özünə artıq məkub yazıbmış - afərin...
Ramilə bacı, hər kəsin "kaş ki..." dediyi bir yükü vardır recourse
Dinlə, ibrət al və anan kimi olmağa çalış, çünki sən də gələcəyin anasısan...
-inşaAllah!
Məncə hələ 16 yaşını keçməyənlər üçün, və ya yeni keçən gənclər üçün çox faydalı xəbərdir - dərsdir!
Çox sağol Narinim.
13 dekabr 2013 09:31
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
איסון ממדוב.
Maraqlı movzudu give_ros
13 dekabr 2013 09:12
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Gulum
Narıncim ela bir xeber alinib belkede bir yenilikdi deyerdim Qizlarin mektublari ise cox maraqlidi amma neden bele kicik mezmunludu oxuyuram ve deyirem niye tez bitdi Amma yene de var olsunlar Inwallah 56, 76 ve s kikmi kecmiwlerine yazanda ancaq ugurlu gunlerin yada salsinlar,
13 dekabr 2013 08:59
Offline
zehra
Hee arzular arzular kaski kecmisimizi bir defeliyine qaytara bileydik.Amma tessufki mumkun deyil
13 dekabr 2013 01:07
Offline
Aysel İ.
Hər biri maraqlı məktublardır. give_ros
13 dekabr 2013 00:58
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Narin...
Gözəl şərhləriniz üçün çox təşəkkürlər xanımlar bəyəndiyinizə çox sevindim Allah hər birinizi arzularınıza çatırsın Amin kiss
13 dekabr 2013 00:57
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Memmedova.F
HAMISI MARAQLIYDI.COX TESEKKUR EDIREM BACIMA DUWUNDURUCU MOVZUYA GORE.,,,,,,,,,KAWKI HEYATIMIZDA *KAWKI*LER OLMAZDI .AMMA ELEDE HEYAT MARAQSIZ OLARDI BELKE..GUNUMUZE WUKR ALLAH HAMINI AXIRINI XEYIR ETSIN.AMIN.

Ruhəngiz,
ALLAH QELBINE DERD YERINE SEBR DOLDURSUN BACI.VEFASIZ HEYATIN SINAQLARINA DOZEK GEREK ..CAREMIZ CARESIZLERIN UMUDU OLAN ALLAHI YAD ETMEKDIR TEKCE....
13 dekabr 2013 00:32
Offline
Ayten
Narinimm xeberin yene gozel alinib uqurlar birdenem nobeti hiseni sebirsizlikle gozdeyirem menede yer verdiyin ucun bir daha tesekurler
13 dekabr 2013 00:20
Offline
Elmeddin Qarayev
Maraqlı oldu, oxudum sonacan.
13 dekabr 2013 00:11
Offline
Ayka S
Səni sənin qədər çox sevən Xəyalə Murad!
bu soz coooooooox xoşuma geldi ozumu sevenem məndə..

Ay canim yanmişşş xeberin superdiiiiiiiiiiiiiii
12 dekabr 2013 23:49
Offline
leman
Təbriklər canım,nə gözəl alınıb...Hamısını çox maraqla oxudum,kaşki həqiqətən belə şansımız olardı..
12 dekabr 2013 23:46
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!