Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Mürəbbələrin faydaları

Mürəbbələrin faydaları

Artıq qış gəlir, hamı qışa tədarük görür. Komportlar, tutmalar, konservlər, mürəbbələr. 

Ev şəraitində hamı mürəbbə bişirir, lakin bu işin incəliyini hamı bilmir. Əvvəla mürəbbə emallı ləyəndə, az miqdarda, 2-3 kq. bişirilməlidir. Əgər alüminium ləyəndə bişirilsə, mürəbbə bişdikdən sonra başqa qaba boşaldılmalıdır. Mürəbbə bişirilən qab yastı və enli olmalıdır ki, bişirilmə və mətə qoyma zamanı artıq su tez buxarlansın. Bişib və soyudulmuş halda şüşə, saxsı küplərə töküb sərin yerdə saxlanmalıdır.

Mürəbbə bişirmək üçün tam yetişmiş, bərk olmayan, eyni ölçülü meyvələr götürülməlidir. Kal meyvədən alınan mürəbbə bərk və büzüşmüş halda olur. Vaxtı ötmüş meyvədən isə mürəbbə əzilmiş formada olur. Yaxşı olar ki, orta irilikdə olan meyvədən mürəbbə hazırlansın. İri olan meyvəni məsələn alma, heyva doğranıb bişirilsin. Doğranılıb bişirilən zaman, meyvə qaralmasın deyə onları 0,5 -1 %li limonlu suda saxlamaq yaxşıdır. Alça, göyəm, gavalı mütləq bir-iki yerdən deşilməlidir ki, şərbət meyvəyə keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanmalıdır ki, bişmə zamanı əzilməsin. Mürəbbələr müxtəlif cür hazırlanır. Birbaşa və bir neçə dəfə bişirilmə üsulu ilə hazırlanır. Meyvələr əzilməsin deyə bir neçə dəfəyə bişirilir.

Mürəbbələrin faydaları

Mürəbbə bişirilərkən əmələ gələn köpük arada yığılmalıdır. Çalışmaq lazımdır ki, mürəbbənin içində köpük qalmasın. Limon turşusu bişməyə 10 dəqiqə qalmış əlavə edilir. Mürəbbənin hazır olmasını bilmək üçün bir neçə üsul var, əgər meyvə və gilə meyvə bişmişsə, onlar şirənin içində bərabər yayılır. Nəlbəkiyə töküb soyudulmuş azacıq mürəbbə şirəsini qaşıqla sıyırıb iki yerə ayırırıq və o uzun müddət birləşmir. Soyumuş mürəbbə damcısı yayılmadan öz formasını saxlayır. Bəzi meyvələr bişdikdə rəngi şəffaflaşır.

Hazır mürəbbəni 12 saat soyutmaq lazımdır. Soyuma zamanı ağzını qapaq və qəzetlə örtmək olmaz. Tənziflə örtülməlidir. Qapaqla örtüldüyü zaman qapaqda buxar suya dönür və mürəbbənin içinə tökülür, nəticədə mürəbbə turşuya bilər. Bankalar yuyulub və qurulanmış halda olmalıdır. Mürəbbəni bankaya yığdıqda fikir verməliyik ki, meyvə şirə ilə eyni bərabərlikdə olsun.

Xarlanmış mürəbbəni hər kiloqramına 3 xörək qaşığı su əlavə edib 5-8 dəq. qarışdırıla-qarışdırıla bişirilir. Qıcqırmış mürəbbə hər kiloqramına 200 qr toz-şəkər əlavə edilib yenidən qaynadılır. Əmələ gələn kəf yığılıb yenidən bankaya yığılır.

Mürəbbələrin faydaları

Əhəng məhlulunu hazırlamaq üçün 250 q əhəng 5 lıtr suda həll edilir, çökdürülür və tənzifdən süzülüb istifadə olunur.

Albalı mürəbbəsi - sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.

Alma mürrəbbəsi - ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.

Badamdan hazırlanan mürəbbə öskürəyə görə çox yaxşıdır.

Qabaq mürəbbəsi bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.

Qarpız mürəbbəsi qorxu və vasvasalığı, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir.

Qoz mürəbbəsi bədəni qüvvətləndirir, cinsi fəaliyyəti gücləndirir. Bel ağrısı və əsəbə qarşı xeyirlidir.

Zəncəfil mürəbbəsi sidik qovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır. Bəlğəmə qarşı faydalıdır.

Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir. Öskürəyi kəsir və qara ciyər üçün xeyirlidir, həzmə kömək edir, mədəni və cinsi fəaliyyəti qücləndirir.

Mürəbbələrin faydaları

Qənd iıə hazırlanan gülqənd və ya gülşəkər, bal ilə hazırlanan güləngəbin adlanılır. Bal ilə təsiri 4 ilədək təsir edir, qənd ilə hazırlanan 2 ilədək qalır. Hər ikisi də başı, mədəni, beyni möhkəmləndirir. Gül ləçəklərini toxumlardan və əlavə zibillərdən təmizlənir, döyüb qənd ilə qarışdırılır. Sonra qatışığı şüşə qaba töküb günün altında 40 gün ərzində saxlanılır. Gül və qəndin miqdarı eyni olmalıdır.

Bal ilə olan oynaq ağrları, iflic, böyrək və sidik kisəsində olan daş, sidik tutulması zamanı faydalıdır. Ona 1/4 ölçüsündə zirə qatmaq mədə-bağlrsaqdakı qəliz qazları həll edir, bel ağrısı və həzm üçün yararlıdır.

Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədəni və ürəyi möhləmləndirir.

Püstə mürəbbəsi ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir.

Heyva mürəbbəsi həzm üçün münasibdir. Ürəkbulanma və ishala qarşı təsirlidir. Tumu isə öskürəyə qarşı çox xeyirlidir. Tumunu fincana qoyub üzərinə qaynar su əlavə edib dəmə qoyub, sonra ilıq halda yeyilir.

Səslərin sayı: 8
55
22099
loading...
Şərhlər
Offline
meryem eliyeva
en sevdiyim murebbeler ciyelek erik saftali murebbesidi qeseng xeberdi tesekkurler
23 noyabr 2013 21:28
Offline
Aytac Mammedova
Pervane,
Ləman_,
Fatma xanım,
♥YAQUT♥,
Lovable_MadaM,
ToRmEnTo,
mira-kerim,
Parvina İbrahimova,
Emma Eliyeva,

canlarım hamıya təşəkkür,əziyyət verdim

Lovable_MadaM,
gözəlim mənim incimə mən hamını tələsik nişanladım,ama bəziləri düşməyib.Qəsdən vallah eləməmişəm.Bu gün qaynanamın ad günü idi,qonaqlarım var idi,ona görə tələsmişəm.Əksinə sizin hamının şərhləri mənə yeni məqalələr yazmağa həvəs verir
23 noyabr 2013 21:08
Offline
Pervane
Mən bürün mürəbbələri xoşlayıram və sevə sevə də bişirirəm. Meylim çəkəndə fərqi yoxdur səhər günorta ya axşam, istənilən vaxt yağ mürəbbə və çay ləzzətnən o ki var yeyirəm. Bu gün səhərə çiyələk mürəbbəsi yağnan yemişəm. Xəbərin maraqlıdı çoox sağ ol. Amma ki burda əndrəbadi mürəbbələrdiye çoxsu.
23 noyabr 2013 20:54
Offline
Nigar
ay mawAllah ne qeder bilmediyim murebbeler var imiw cox sagolun xebere gore
23 noyabr 2013 20:41
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Fatma xanım
mürəbblərin bu qədər xeyirli olduğunu bilmirdim və zəncəfildən mürəbbə olduğunu da heç eşitməmişdim
mən bu il nə mürəbbə nə kompot eləmədim
23 noyabr 2013 20:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥YAQUT♥
ən çox sevdiyim mürebbe çiyelekdir
23 noyabr 2013 19:53
Offline
mira-kerim
mürəbbəni cox sevirəm ama hələ anam qoymur acmaga.. biggrin
23 noyabr 2013 17:21
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Parvina İbrahimova
Əla məlumatlardır.Çox təşəkkür edirəm give_ros
23 noyabr 2013 17:00
Offline
Emma Eliyeva
tsk cox sagol xeberine gore. girl_ten
23 noyabr 2013 15:29
Offline
Aytac Mammedova
♥Aynişka Gülüm♥,
Happiness lady,
Zehra Bedirxanli,
fidan huseynova,
Dəniz84,
Asra1717,
gunel,
hər birinizə çox minnətdaram,yazan əlləriniz,baxan gözləriniz yorulmasın

Elif♡,
YEGiŞ,
fidan huseynova,
23 noyabr 2013 15:18
Offline
APENAS
Chox deyerli melumatlardir, chox sag olun Bacim. Mende en chox chiyelek ve shovteli murebbesini chox sevirem nyam ama achigi murebbelerin bu qeder faydali xususiyyetlerini bilmirdim no minnetdaram size give_ros
23 noyabr 2013 15:13
Offline
Elif♡
Çox fayadalı və gözəl xəbər hazırlamısınız təşəkkürlər. give_ros mən də çiyələk və ərik mürəbbələrini çox xoşlayıram
23 noyabr 2013 14:25
imza: Her insan ölecek yaşdadır.....
Offline
Happiness-lady
GOZEL XEBER ALINIB EHENGLI SUYU BIRINCI SEFERDIKI ESIDIREM ISTIFADE ETMEMISIK BU IL DEMEK OLRKI HER BIR MEYVENIN MUREBBESINI HAZIRLAMISIQ ALLAHA SUKUR. INSALLAH LAZIM OLACAQ ONA GORE BU IL COX AKTIV OLDUQ good
23 noyabr 2013 13:55
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
♥Aynişka Gülüm♥
Cox sag ol Aytac men ele bilirdim murebbelerin xeyri olmur.
23 noyabr 2013 13:16
Offline
Zehra Bedirxanli

Bəzi meyvələri bişirməzdən əvvəl əhəngli məhlula qoyuruq ki, boşalmasın. Məsələn Qoz

canım əhəng məhlulunda saxlayanda qabığı tez soyulur.

həmdə əhəng məhlulunda meyvələr əzilmir

ÇOX SAĞ OLUN. BİRİNCİ DƏFƏDİR EŞIDIRƏM.
23 noyabr 2013 13:04
imza: QADİN.NET
Offline
Aminim
Ne maraqli melumatlardi.Son vaxtlar qoz murebbesine dadanmiwam.Bacimin cani sag olsun her il payimi gonderir.Umumilikde butun murebbelerle aram sazdi.Hevaslede biwirmeyi xowlayiram yorulmadan usanmadan.
23 noyabr 2013 13:01
imza: qadin.net
Offline
FİDAN HÜSEYNOVA
faydalidir ama niyese hec xoslamiram murebbeleri. yoldasim ele istahla yeyir ki mene qeribe gelir. ama o xoslayir deye hazirlayiram her il. demirem belke heyva ile ciyelek yiyerem ama o da 1 qasiq ondan o terefi gelmir... maraqli xeber ucun tesekkur..
23 noyabr 2013 12:50
Offline
Flowers
Gel qonaq ol hansi murebbeden istesen bizde var,

Bəs Madam? dash Mən çiyələk payımı istəyirəmm göndərrr girl_cray
23 noyabr 2013 12:44
Offline
Aytac Mammedova
Gulum,
çoxsağol canım təklifinə görə,içmək kimi oldu,əllərin yorulmasın,görünüşünə məndə çox önəm verirəm,təşəkkür
23 noyabr 2013 12:44
Offline
Flowers
Məsələn Qoz..

Dəniz, qoz mürəbbəsində istədim eee yenə girl_cray

Badam, naringi, yerkökü.. cool Ay Allah, mən hələ bu mürəbbələrin dadını bilmirəm ki.. Qismət olacaq görə nə vaxtsa? crazy

Ən sevdiyim və vaz keçmədiyim mürəbbə ÇİYƏLƏK.. Mən ümumiyyəltə çiyələkli nə varsa sevirəm, konfet, şampun, parfum, çay... yahoo

Bu yaxınlarda heyva mürəbbəsi bişirdim. good
Xəbərə görə təşəkkürlər. give_ros
23 noyabr 2013 12:42
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış