Bakıda hava 14°
USD AZN
EUR AZN
14:06Surayye Canim uzulme dersini oxu imtahanini ver men qacmiram 09:07Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:37Sima sureya derslere basim qarisib can 08:37Sima sabahiz xeyir haminizin
41123

Tülkü ilə dovşanın nağılı


Əziz Xanımlar,uşaqlarınız üçün maraqlı olan bir nağılı sizlərə təqdim edirəm. Ümid edirəm ki,uşaqlarınız çox xoşuna gələcək. Buyurun bu da nağılımız. smile

 

Biri var imiş,biri yox imiş. Bir meşədə Tülkü ilə dovşan yaşayırmış. Bir gün meşədə tülkü ilə dovşan qarşılaşır.

Tülkü:

-Dovşan qardaş,mən yalnız qalmış tülküyəm. Heç kimim yoxdu.  Bu böyük meşədə tək başıma

gəzməkdən bezmişəm. Gəl səninlə dost olaq.

Dovşan tülkünün bu təklifini qəbul edir. Meşədə birlikdə gəzməyə,bir yerdə yeyib-içməyə başlayıblar.

Günlər keçir,aylar keçir. Tülkü dovşana pis davranmağa,pis sözlər deməyə başlayır.

Dovşan tülkünün bu sözlərinə artıq dözə bilməyir. Özünü “Kimin əvvəli,kimin axırı”-deməklə sakitləşdirir .

Günlərin bir günü bunlar acır. Nə yeyək,nə yeyək?- deyə düşünərkən,dovşanın ağlına bir fikir gəlir:

-Tülkü qardaş,gəl bir dərəyə gedək balıq tutaq. Bu gün də qarınımızı balıqla doyuzduraq. Tülkü

dovşanın bu təklifini qəbul edir.

 

  Dərəyə çatdıqları zaman tülkü dovşana deyir:

-Bizim balıq tutmaq üçün heç nəyimiz yoxdur axı?

-Sən fikir etmə. Heç nəyə ehtiyacımız yoxdur. Sənin quyruğun var?

-Var.

-Yaxşı. Sən quyruğunu dərəyə sallayacaqsan. Balıqlar sənin quyruğunu yem zənn edib yeməyə çalışacaqlar.

Sən tez quyruğunu sudan çıxardıb,balığı vedrəyə salarsan. Yaxşı?

-Yaxşı-deyə tülkü cavab verir.

Tülkü quyruğunu suya sallayır və gözləməyə başlayır. Bir saat gözləyir,iki saat gözləyir. Aylardan da yanvar ayı idi. Tülkü bir də görür ki, sudan çıxmağına imkan yoxdu. Quyruğu su ilə bərabər buz tutub.

Quyruğunu çəkməyə başlayır. Amma,çıxmır ki,çıxmır. Soyuqdan dişləri bir-birinə  dəyərək:

-Aman dovşan qardaş,nə olar məni burdan qurtar.- deyə yalvarır. Dovşan iki addım geriyə çəkilir və deyir:

İndi mənə yalvarmağının bir faydası yoxdu. Sən mənə pis sözlər deyərkən,pis davranarkən bu günün sabahını düşünmədinmi ? Sən məni hər zaman yazıq kimi görürdün,amma bax indi sən acınacaqlı vəziyyətə düşdün. Boş yerə çırpınma. Quyruğunu qopar. Səbr etməyi  öyrənməlisən. Bax bir neçə aydan sonra yaz fəsli gələcək. Sənin də quyruğun o zaman çıxar dərədən.- dedi və arxasına baxmadan oradan uzaqlaşdı. Tülkü ilə dovşanın dostluğu da orada bitdi.

(Türk xalq nağılı)

Səslərin sayı: 28
88
60647
loading...
Şərhlər
Offline
Ayka Niko
Tesekkürler xanimlar serhleriniz ucun
27 dekabr 2012 10:45
Offline
ellada sultanova
Danisaram usaglara
27 dekabr 2012 09:43
Offline
LEYLA
MENIM QIZIM NAGILARI COX SEVIR COX SAG OLUN
27 dekabr 2012 04:42
Offline
Nuray
necede maraqliydiya belede deyiler tulku hiyleger olur bu sefer dowan hileger cixdi amma wink onda taxsir yoxdiye indiki dovur deyiwib
27 dekabr 2012 02:08
Offline
memmedli nermin
QIZIM BELE NAGILLARI COX XOWLAYIR TEWEKKURLERKI UWAQLARIDA YADDAN CIXARTMIRSIZ
27 dekabr 2012 02:00
Offline
Gulnare Huseynli
Halal olsun dovwana...tulkuden hiyleger cixdi...bu nagil da getdi yaddawima feel
daniwaram uwaqlara,twk feel
26 dekabr 2012 19:49
Offline
Cemale
cox gozeldi insallah mende ne vaxtsa danisaraam bunu..
26 dekabr 2012 19:01
Offline
Flowers
dovwanda olan meharete bax haa... wink sag ol Ayka
26 dekabr 2012 17:04
Offline
Gülşən29
lap usaqligimi xatirladim
26 dekabr 2012 15:54
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Monika_86
Bu məzmunlu nağılların tərəfdarıyam. Yəni necə: adətən bizlər deyirik ki, "yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir". Nağılda isə əksinə, yaxşılığa yaxşılıq, pisliyə pislikdir. Bu baxımdan nağılın məzmununu dəstəklıəyirəm ki, uşaqlar düşünməlidirlər ki, heç kimə pislik etmək olmaz, sabahı gün o pisliyin cavabını almaq qorxusu ilə heç kimə pislik etməsinlər!



Olmayan balamın xəyali canını yeyim. Olanda ona qəşəng nağıllar danışacam:))))
26 dekabr 2012 15:03
Offline
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
maraqli nagildi coooooox sagolun am
26 dekabr 2012 08:27
Offline
S.S.90...Samir...
Heqiqeten de kiminin evveli,kiminin axiri,kime pislik etsen herlenib-firlanib gelib oz qarwina cixir,maraqli idi,tewekkurler.
26 dekabr 2012 01:56
Offline
gunay quliyeva
maraqli nagildi cox sagolun
26 dekabr 2012 01:53
Offline
Ayka S
can adasim ne yaxsi olar mende rahat yataram[guya narahat yatiramda bax mene]
26 dekabr 2012 00:54
Offline
Zehra
SEHER UWAQLARIMA OXUYACAM CANIM TEWEKKURLER
26 dekabr 2012 00:53
Offline
♥Selena♥
Çox maraqlı nağıldır. Nağılları həmişə çox sevmişəm. Maraqla oxudum canım əvvəl elə düşündüm ki tülkü axırda dovşanı yeyəcək amma tam fəqli nağıl tam fəqli bitdi. Dovşan tülküyə gözəl dərs verdi. Paylaşdığım üçün çox sağ ol gözəl bacım. love
25 dekabr 2012 23:54
Offline
kamilya.abdullayeva
ELLERINE SALIQ.MARAQLI IDI,OXUDUM.SEHER USAQLAR DURSUN ONLARADA OXUYACAM.TSK-LER CANIM
25 dekabr 2012 23:14
Offline
Fəridə Əliyeva
Mən də özümçün oxudum,maraqlı idi təşəkkürlər.
25 dekabr 2012 23:04
Offline
Hacət-i Vuslat
Çox-çox təşəkkür edirəm!İnşaAllah səhər oxuyarlar...
25 dekabr 2012 23:00
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
25 dekabr 2012 22:45
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış