Bakıda hava 27°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
19:20Ayla Ayla Vauu mən də istiyirəm!!! 19:20Ayla Ayla Bu nə gözəl saçlardı belə
40758

Uşaqlarınızı daha yaxından tanıyın

Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

 

Uşaqlarınızı daha yaxından tanıyın

 

Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.

Səslərin sayı: 11
55
16361
loading...
Şərhlər
Offline
Farida_Asadova
ən yaxşı oyuncağı mənəm

ALLAH onu evdiyi müsəlmanlardan etsin
19 sentyabr 2013 07:22
Offline
NeZRInKam
Usag hagginda cox gozel movzu yazmisiz.xanimlarda cox gozel fikirler yaziblar.Allah butun shirin balalari saxlasin.amin.sizede tshekkurler Ceylan xanim.
19 sentyabr 2013 02:29
Offline
Ceylan Mumoğlu
PERVANE ELIYEVA .......,
Sirli_dunyam,
garibe mamedova,
Təşəkkürlər, xanımlar laughing
19 sentyabr 2013 01:22
Offline
Qəribə
Allah butun balalari saxlasin.Teshakkur edirem Ceylan xanim Allah Alpay balanizi saxlasin.Xeyrini gorun isnshallah. kiss give_ros
19 sentyabr 2013 00:56
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Sirli_dunyam
Menim boyuk qizim hemiwe oyunu ozu qurur ve ozunu balaca korpe eliyir ozunden kicik baci qardawini ise ana ve ata eliyir.bezende ele olurki ancaq dagidib ucurdmaqdan bawqa hecne oynamirlar
19 sentyabr 2013 00:20
Offline
PƏRVANƏ ƏLİYEVA......
Menim balacam en cox esker oyuncaqlari ile birde birinci shekildeki kubiklerle oynyur.Heyvanlari cox sevir.evde coxlu oyuncaqlari var.Gun uzunu oynuyur daqidir/ona maraqlidi.Ama gerey kimsede onnan oynasin.Indide hazirliq kurslarina gedir.Goruremki orada boyuk maraqi var.Allah butun balalari saxlasin.Ceylan xanim bu movzuda cox xoshuma geldi.Teshakkur edirem give_ros

Bizim Alpay ancaq inşaat oyunu oynayır, həvəsi ona yaman çoxdur. Bütün günü bina tikir, sökür, dağıdır, yenidən tikir və s. Hətta bayırda gerçək inşaat görəndə az qalır gedib girsin ekskavatorun altına

Ceylan xanim Allah Alpay balanizi saxlasin.Xeyrini gorun isnshallah
19 sentyabr 2013 00:14
Offline
gulnaz semedova
men belke de dunene kimi usaq olmusam, usaq iken velosipede maraqim boyuk olub, qardasim bezirdi menden, usaqlarima da daim oyuncaq alirdim,olar istediyinden deyil,oz maragimdan mocking girl_cray
19 sentyabr 2013 00:09
Offline
Ceylan Mumoğlu
Gulshen_q,
Düzü etiraf edim ki, əvvəl mən də o qohumlar kimi düşündüm.Amma az keçmədən fikrim dəyişdi."Əhsən" dedim ürəyimdə.

Bax hələ əvvəl elə düşünübmüş e lol

Xanımlar, xəbər arxivdəki şərhsiz xəbərlərdən olsa da, bəyəndiyinizə şad oldum. Belə xəbərləri Alpay bəbək olarkən, araşdırdığım materiallardan tərcümə edib hazırlayırdım saytımız üçün, xanımlarımız üçün faydalı olsun laughing
18 sentyabr 2013 23:56
Offline
Dr Agayeva
Ay aman ne yarali yerim toxundunuz...Menim Selimin 2 yawi oldu maragi ancaq atasinin mawininadi..Bezen yoldawima yazigim gelir bir yere gedende onu mawindan duwure bilmirik,acari alir eline hetta xoddayir da....Butun gun agliyir ata xodda,xodda ancaq mawin xeyaliyla yatib durur...Bu durum ne zaman duzelecek bilmirem,onun elinden bezen bawini evden ne qeder arali saxlayir...Otagin biri bunun oyuncaqlaridi boyuk oyuncaq torbasina yigmiwam gedir guya nese goturur bowaldir yere icinden bir dene nese goturuub gedir onu da atir o biri otaga oynamir qeti....Belke arada bir mawinla oynuyar...Yaman ureyim doluydu tewekkurler...belke boyuyende nese oyunla bagli fantaziyasi olar indi hec ne...
18 sentyabr 2013 23:01
Offline
Aysel İ.
Atam deyir sənə həmişə gəlincik alırdım.Sən də keçirdin otağına bir də görürdük gəlinciyin saçını kəsmisən. crazy Böyüdüm gözəl saç kəsmə qabiliyyətim olduğunu gördüm. dance1
Mənim balacalar hərəsi bir oyuncaqla oynayır. Böyük oğlum futbolu yaman sevir. Balacam maşınları , atasına deyir mənə 07 maşını al onlar avtoş olurlar. Deyəsən bu gələcəkdə avtoş olacaq.. lol .Balacamsa(8 aylıq olan) Hər oyuncaqla bir az oynayır. ən yaxşı oyuncağı mənəm. dash Xəbər supperr.Təşəkkür Ceylan xanım. give_ros
18 sentyabr 2013 22:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Farida_Asadova
Yəqin mətni az olub, ona görə bəyənmisən

yox canım ona görə yox ... cray usaqlara aid xəbərlərdə mətni tez tələsik oxuyuram. elə bil dalimca qacan var. biggrin sora yavas yavas araml oxuyuram. cox sevirem bu xeberleri dance
18 sentyabr 2013 22:44
Offline
♥Çalıkuşu ♥
men eksine boyuk siniflerde oxuyanda kuklayla oynamaga basladim.3-4cu siniflere qeder kuklaya nifret edirdim,qorxurdum daha dogrusu.
18 sentyabr 2013 22:41
Offline
BIBIXANIM
ay menim oglumun araba kolleqsiyasi var arabani ele cox isteyir gece gunduz elinde olur yatanda bele bir usaq kanputuru var gel goresen anca araba gamer gozel movzudu tesekkur ceylan xanim
18 sentyabr 2013 22:34
Offline
♥Selena♥
Mən özüm qəribə uşaq olmuşam, heç oyuncaqlara həvəsim olmayıb, cəmi bircə dəfə valideynlərimə oyuncaq piano aldırmışam o qədər, hələ də deyirlər, qəribə uşaq idin sən

biggrin Belə uşaqlar da olur, hərənin fərqli düşüncəsi, psixologiyası olur. Məsələn, qrup yoldaşımın maşınlara və silahlara həvəsi olub. Deyir ki, valideynlərim mənim qız olduğuma şübhə edirdilər. Heç gəlinciklər və kuklalarla oynamazdım.
18 sentyabr 2013 22:31
Offline
Hacət-i Vuslat
Çox maraqlı xəbərdir.Uşaqlar adətən təqlid edirlər oynayarkən(böyükləri,ətrafda gördüklərini).Mənim qızlarım indi "başla görək"dəki "qutu" oyununa aludə olublar:stulun üstünə örtük çəkib,altına day evdə nə var yığırlar sarcasti .Bir-bir əllərini salıb əşyaları tapırlar.Sonra məınə qalır deyinmək ki, kartof evin ortasında nə gəzir?ay bala,duru yağ hardadır tapa bilmirəm?duz hanı? ireful
Bir də onların oyunlarına fikir verərək məktəbdə baş verəənlərdən xəbər tutta bilirəm.Məs:uşaq müəllim rolunda, şagirdə " ay tupoy!" deyirsə,artıq bilirəm ki,müəllimin bəhrəsidir və s.
18 sentyabr 2013 22:25
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ceylan Mumoğlu
Dəniz_,
Balacamı peyvənd etdirmişəm heç bir işə imkan vermir. Onu yatırım gəlib oxuyacam inşallah.

Balacana keçmiş olsun girl_ten

SELENA,
Mən özüm qəribə uşaq olmuşam, heç oyuncaqlara həvəsim olmayıb, cəmi bircə dəfə valideynlərimə oyuncaq piano aldırmışam o qədər, hələ də deyirlər, qəribə uşaq idin sən biggrin
18 sentyabr 2013 22:22
Offline
Gulshen_q
qohum-əqrəba bizi lağa qoydu ki, bu nətər uşaq böyütməkdir? dedilər vur şilləni otursun yerində, nazı ilə oynamayın, dedim baş üstə, bu dəqiqə

Onu ancaq Sumqayıtın nevroz sakinləri deyə bilər.Onları da qınama.Uşaqlıqda qazlı havayla nəfəs almışıq.Sinirlərimiz pozuqdur bir az.Düzü etiraf edim ki, əvvəl mən də o qohumlar kimi düşündüm.Amma az keçmədən fikrim dəyişdi."Əhsən" dedim ürəyimdə. laughing
18 sentyabr 2013 22:20
Offline
♥Selena♥
Mən 2-ci sinifə qədər oyuncaqlarla oynamışam, ondan sonra isə oyuncaqlarım kitablar, dəftərlər, qələmlər olub biggrin Yadımdadır ki, necə oyuncaqlarımı əzizləyərdim, sevərdim. Amma, indiki uşaqların əlindən bircə gün də qalmır oyuncaqlar. Atam mənim üçün kuka (kukla) alanda necə də sevinərdim)) Uşaqlıq illərim...necə də darıxmışam cray
Oyuncaqların vasitəsi ilə uşaqların psixologiyasını öyrənmək olar. Yararlı və maraqlı xəbər hazırlamısınız, Ceylan xanım. Təşəkkürlər give_ros

Bizim Alpay ancaq inşaat oyunu oynayır, həvəsi ona yaman çoxdur. Bütün günü bina tikir, sökür, dağıdır, yenidən tikir və s. Hətta bayırda gerçək inşaat görəndə az qalır gedib girsin ekskavatorun altına

Allah saxlasın balaca Alpayı. İnşAllah inşaatçı olar və gözəl binalar, evlər tikər. Amin.
18 sentyabr 2013 22:17
Offline
Ceylan Mumoğlu
Gulshen_q,
Uşaqları tərbiyə etmədə səbrin böyük rolunu sizin onunla davranışınızda şahidi oldum.

Nə danışırsan canım, qohum-əqrəba bizi lağa qoydu ki, bu nətər uşaq böyütməkdir? biggrin dedilər vur şilləni otursun yerində, nazı ilə oynamayın, dedim baş üstə, bu dəqiqə lol
18 sentyabr 2013 22:16
Offline
Gulshen_q
Ceylan Mumoğlu,
Uşaqları tərbiyə etmədə səbrin böyük rolunu sizin onunla davranışınızda şahidi oldum.Canlı nümunə oldunuz.Səbr və anlayış-əsas olan bu iki cəhət bizdə bu gün çatışmır.İstər uşaqlara qarşı, istər böyüklərə.laughing
18 sentyabr 2013 22:07
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!