Bakıda hava 22°
USD AZN
EUR AZN
15 sentyabr 21:56Sima herkese ugurlar yeni ders ilinde 15 sentyabr 19:29aysel hesenli Məktəbə kim hazırdı?
41001

Uşaq ensiklopediyası(2)

Uşaq ensiklopediyası(2)

 

Avtomobil

  Özü hərəkət edən atsız araba düzəltmək insanların çoxdankı arzusu olub. Onlar gah pedal icad edir, gah linglər, dişli çarxlar yaradır, hətta arabaya yelkən də taxırdılar.

   1770-ci ildə fransız mühəndisi və ixtiraçısı N.J Künyo arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldı. Künyo öz arabasını "avtomobil", yəni "özü hərəkət edən" (yunanca) adlandırdı. Araba küçədə gedir, onun qabağında mis qazan bağlanıb, arxasında isə skamyada sürücü oturub, sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanırdı. Çünki qazanda buxar qurtarırdı. İndi gərək sürücü arabadan düşsün, ocağı yandırsın, qazanda su qaynatsın ki, yenə də buxar alınsın. Elə buna görə də sürücünü "şofer" (fransızca "şofer" ocaqçı deməkdir) adlandırmışlar.

    İngilislər isə başqa cür etdilər. Onlar buxar maşınını örtülü sərnişin arabasına - karetaya qoşub, sərnişin daşımağa başladılar. Düzdür, bu avtobuslarda yol getmək qorxulu idi, çünki qazan partlaya bilərdi.

   Sonralar buxar maşınlarını benzinlə işləyən mühərrik əvəz etdi. 1886-cı ildə alman mexaniki Karl Bents üççarxlı arabaya mühərrik qoydu. Bu, dünyada benzinlə işləyən ilk avtomobil idi.

  İldən-ilə belə avtomobillərin sayı çoxaldı, onların xarici görkəmi dəyişdi, konstruksiyası təkmilləşdi və hərəkət sürəti də artdı. 

Uşaq ensiklopediyası(2)

   Avtomobil hər yerdə - təsərrüfatda, məişətdə və həmçinin istirahətdə də lazım olur. Odur ki, avtomobillərin sayı gündən-günə artır. Bu həm yaxşıdı, həm də pis. Nə üçün yaxşı olması hamıya aydındır: axı o, insanın yaxın köməkçisidir. Lakin hər saniyə milyonlarla avtomobilin buraxdığı işlənmiş qazlar planetimizin havasını zəhərləyir. 

  Gələcəkdə hansı növ avtomobilin geniş yayılacağı hələ məlum deyil. Ancaq inamla demək olar ki, avtomobil nəqliyyat vasitəsi kimi hələ insanlara çox xidmət edəcəkdir. 

Uşaq ensiklopediyası(2)

Aqronom

   Tutqun- qızılı buğda dənələri, xırda muncuq dənəsinə oxşayan kələm toxumları, ağ, par-par parıldayan düyü. Bunların hamısında həyat var, yatmış həyat. Bu həyatı oyatmaq üçün nə lazımdır? Toxumları hara, hansı torpağa əkmək, sonra onlara necə qulluq etmək lazımdır? Nəhayət, hər toxumdan nə gözləmək olar? Sünbülmü, al-əlvan çiçəklərmi? Bəlkə də heç cücərməyəcək? 

  Bax, bütün bu suallara tarlaçılıq, əkinçilik haqqında olan elmin - aqronomiyanın nümayəndəsi - aqronom cavab verə bilər. 

  Elə bilirsiniz aqronomun işi təkcə bunlardan ibarətdir? Xeyr. Hansı bitkiləri, hansı sortu, özü də hansı üsulla əkmək lazımdır - bütün bunları aqronom həll edir. O yaxşı bilir ki, hansı torpaqda hansı maddələr çatışmır, hansı gübrələri hara, hansı miqdarda vermək lazımdır. Bir sözlə, onun il boyu işi və qayğıları qurtarmır.

 

 Ağac materialları

   Qatar dəmir yolu ilə sürətlə gedir. Sərnişinlər qatarın pəncərələrindən baxırlar. Onların gözləri önündən teleqraf və telefon dirəkləri keçir. Baxın, taxta çəpər, tikililər, çay üzərində kiçik körpü... Bunların hamısı ağac materiallarıdır. Taxta parket, taxta karandaş, taxta xətkeş - bunlar hamısı ağac materialındandır. Bilirsinizmi ki, dəftər-kitab nədən düzəlib? Deyəcəksiniz ki, kağızdan. Düzdür! Yaxşı, bəs kağız nədən hazırlanıb? Ağac materialından.

  Bəs ipək? Əgər təbii ipək tut ağacının yarpaqları ilə qidalanan ipəkqurdunun baramalarından alınırsa, süni ipəyi də ağac materiallarından alırlar. 

  Ağacdan şəkər də almaq mümkündür. Hələ plastik kütləni demirik. Nazik ağac təbəqəsi süni qatranla örtülür, presdə sıxılır.  Budur, yeni tikinti materialı hazırdır. Ondan mebel hazırlamaq olar. 

   Görürsünüzmü, biz metal əsrində yaşasaq da, ağac materialları bizə çox lazımdır. Bizə ağac materialları verən "yaşıl sərvətimiz" i - meşələri qoruyun!

 

Uşaq ensiklopediyası(2)

 

Ağacdələn

   Siz yəqin ki, ağacdələn görmüsünüz. Görməsəniz də necə səs saldığını eşitmisiniz: ağacdələnin ağcı döyəcləməsi hər bir meşədə və bağda eşidilə bilər. Bir o qədər qəşəng səsi olmasa da, təbiətsevərlər onu xoşlayır. Axı hamı bilir ki, ağacdələn ağacı döyəcləyirsə, zərərvericiləri və cücüləri məhv edəcək, ağaclar da çox yaşayacaqdır. 

   Bu quşun bədəninin uzunluğu 50 santimetrədək. çəkisi isə 300 qrama qədərdir. Ağacdələn səhərdən axşamadək "işləyir". O, sərt, möhkəm lələkli quyruğunu ağacın gövdəsinə dayayır, iti caynaqları ilə ondan yapışır, iti, uzun dimdiyi ilə ağacı döyəcləyir. Sonra isə yapışqanlı və sivri uclu qurdabənzər dili ilə cücüləri oyuqdan və ya qabığın altından çıxarıb yeyir. 

   Azərbaycanda ağacdələnin bir neçə növü: qara ağacdələn, yaşıl ağacdələn, iri ala və xırda ağacdələnlər, Suriya ağacdələni, ilanboyun ağacdələn yaşayır. Ağacdələn ağac koğuşunda yuva salır, yuvasına 2-7 yumurta qoyur.

 

Uşaq ensiklopediyası(2)

 Ağrı

   Sizin hər biriniz yəqin ki, dəfələrlə barmağınızı, əlinizi, dizinizi əzmiş və ağrıyan yerinizi ovuşdura-ovuşdura ufuldamısınız. 

  Axı hər hansı bir ağrı orqanizmin verdiyi təhlükə siqnalıdır. Çox parlaq işıqdan gözlərimiz sancır, gurultulu səsdən qulaqlar ağrıyır, çox kəskin iydən burunun daxili divarı qıcıqlanır. Əgər ağrı hiss etməsəydik bizi gözləyən təhlükədən vaxtında xəbər tutmazdıq. 

  Lakin bilmək lazımdır ki, çox bərk ağrı nəinki əzab verir, o, həm də insan orqanizminə zərərdir. Təbabətdə ağrılara qarşı ağrıkəsən dərmanlardan istifadə edilir. 

Uşaq ensiklopediyası(2)

 

 Ağcaqanadlar

   Yay axşamları, xüsusən rütubətli bağ yerlərində ağcaqanadlar adamın qulağının dibində elə vızıldayır, bədənin açıq yerini elə sancıb göynədirlər ki, heç bilmirsən bunların əlindən qaçıb harada gizlənəsən. Ağcaqanadın sancması ağrılı deyil, lakin onun xortumcuğu ilə sancdığı yerə buraxdığı maye gicişmə, qaşınma yaradır. Malyariya ağcaqanadı adamı sancdıqda isə maye ilə birlikdə isitmə xəstəliyi törədən mikroblar da qana düşə bilər. 

  İnsanlar ağcaqanadların malyariya xəstəliyi yaydığını bildikdən sonra onlara qarşı geniş və ciddi mübarizə aparmağa - bataqlıqları qurutmağa, ağcaqanad sürfələrini yeyən balıqlar yetişdirməyə, həmin sürfələri məhv edən müxtəlif maddələr hazırlamağa başlamışlar.

  Alimlərimiz müəyyənləşdirmişlər ki, respublikamızda 6 cinsə mənsub 24 növ ağcaqanada rast gəlinir.

   Ağcaqanaddan qorunmaq üçün tor üzlüklərdən, gecələr tənzif miçətkəndən istifadə etmək, bədənin açıq yerlərinə ağcaqanadları qorxudub qaçıran xüsusi məhlul və ya maz sürtmək məsləhətdir. 

 

Uşaq ensiklopediyası(2)

 

  Ada

  Hər tərəfdən su ilə əhatə olunmuş quru sahəsi ada adlanır. Bir- birinə yaxın yerləşmiş adalar qrupu arxipelaq əmələ gətirir. Məsələn, Xəzər dənizinin Azərbaycan sahillərindəki adalar Abşeron və Bakı arxipelaqlarını təşkil edir. Arxipelaq bir növ adalar ailəsidir. Bəs, adalar necə yaranır?

  Dəniz dalğaları min illər boyu sahili yuyur və qurunun hər hansı bir hissəsini tədricən sahildən ayırır. Nə qədər ki, həmin hissəni quru zolağı - bərzəx materiklə birləşdirir, o yarımadadır. Nəhayət, bərzəx də yuyulur, ada əmələ gəlir. Xəzər dənizindəki Artyom adası belə yaranmışdır. 

   Bəzən belə də olur: quru yavaş-yavaş çökməyə başlayır, bu yerlər tədricən dəniz, yaxud okean suları ilə dolur. Suyun səthi üzərində yalnəz dağ zirvəsi qalır. Alimlər müəyyən etmişlər ki, Sakit okeandakı Aleut və Komandor adaları bu cür yaranmışdır. 

  Çox vaxt adalar böyük çayların okeana gil, lil və qum axıdıb gıtirdikləri yerlərdə əmələ gəlir. 

  Sualtı vulkanlar da ada əmələ gətirir. Bakı arxipelaqı adalarının çoxu palçıq vulkanlarının püskürməsi nəticəsində əmələ gəlmişdir.

  Mərcan adaları adı ilə tanınan adalar da vardır ki, belə adalar atoll adlanır. Atollarda bitən nəhəng palmalar onları nəhəng çələnglərə oxşadır. 

  Dünyanın ən böyük adaları Qrenlandiya, Yeni Qvineya Kalimantan, Madaqaskar və Baffin Torpağı adalarıdır.

 

Səslərin sayı: 8
29
6516
loading...
Şərhlər
Offline
Meleyim :)
maraqlıdır,saq ol
11 iyun 2012 09:21
Offline
Günel Əsədova
Gözəl yazmısınız.Uşaq vaxtı mən də aqronom olmaq fikrinə düşmüsdüm.Sonra fikrimi dəyişdim.
11 iyun 2012 08:57
Offline
Hayat Mamedova
ay aman bu agcaqanadin elinden gun verir iwiq vermir.tewekkurler tekrar biliyin anasidi
11 iyun 2012 04:08
Offline
Revane
Deyirem agcaqanadda hormete bax eee gedib enkslapediyaya dushub :)) Cox saq ol baci, lazimli melumatlari oxudum xusisi ile aftomobil haqda dahada mariflendim...
11 iyun 2012 02:45
Offline
Quliyeva Mirzəhra
Cox maraqli yazmisiniz,tesekkur edirem
11 iyun 2012 02:10
Offline
FATIMA
cox sag ol maraqli melumatlar idi.coxsunu bilsekde tekrar yada salmaq pis deyil.
11 iyun 2012 02:09
Offline
.....
maraqli idi....cox saqolun ki,bele yazilari bizle paylasirsiniz
11 iyun 2012 00:43
Offline
♥Selena♥
cooox maraqli yazilib. gozel yazmisan canim ellerin derd gormesin. cox beyendim. davamli olsun.
11 iyun 2012 00:26
Offline
♡ Nur V-va ♡
Dünyanın ən böyük adaları Qrenlandiya, Yeni Qvineya Kalimantan, Madaqaskar və Baffin Torpağı adalarıdır.

Bunu cografiyadan bilirem. smile Maraqlidir. Tewekkur.
11 iyun 2012 00:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta

    Soyuq havalarda isti içkilərin, isti havalar soyuq içkilərin qəbulu artır. İkisində də gizli təhlükə var. Krem və ətirləndiricilər. Həm yağ, həm də şəkər olaraq kökəlməyə səbəb olur. Kremli qəhvə 400-500 kaloriya bərabər olur.
  • Orqanizmin ən ehtiyacı olan 3 vitamin

    İmmunoloq Hizer Modey onlar haqqında danışmaq qərarına gəlib. Bunun sayəsində ilk növbədə hansı vitaminləri qəbul etmək lazım olduğunu biləcəksiniz:REKLAMmusic.coca-cola.azDaha ətraflı
  • 22:04 - Müəllif: Sima
    Gürzə (foto-resept) (1)

    Gürzə (foto-resept)

    gurze esl qis yemeyidi
  • Sərdar Ortac boşandığına peşmandır - FOTO

    bu da qocaldigca xerifleeyir
  • 21:58 - Müəllif: Sima
    "Hercai"nin ulduzundan FOTOsessiya (1)

    "Hercai"nin ulduzundan FOTOsessiya

    zehlem gedir bulardan
  • 21:56 - Müəllif: Sima
    HAVA necə olacaq?-16 Sentyabr (1)

    HAVA necə olacaq?-16 Sentyabr

    serin olsa daha yaxsi olar
  • Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya

    Çox gözəl xanımdı
  • Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO

    xəbərdə nəsə səhvdi ya mən başa düşmürəm
  • Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB

    Görən neçə aylıqdı
  • 17:36 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (468)

    Hüquqşunas məsləhəti

    cialis for sale does online generic viagra work cialis for bph http://addictivesoftware.com/phpBB3/viewtopic.php?f=4&t=91493pBlo51s4dXhttp://forum.dlnet.ru/viewtopic.php?f=8&t=188744pBlo51s4dXcialis 10mg mail order viagra australia buy cialis online http://sarapul-forum.ru/viewtopic.php?f=5&t=2776pBlo51s4dXhttp://e36-tech.com/phpBB3/viewtopic.php?f=27&t=41591pBlo51s4dXcialis tadalafil liquid tadalafil generic for cialis http://novelluschartered.co.zw/Novellus/novellusdb1/Upload/showthread.php?tid=1&pid=76997#pid76997pBlo51s4dXhttp://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20%20pBlo51s4dXcialis without prescription what is viagra order cialis online http://www.taflan.org/viewtopic.php?f=5&t=241336&p=1861584#p1861584pBlo51s4dXhttp://www.clubmazdaquebec.com/showthread.php?145899-Close-in-on-Position-Abide&p=1070329#post1070329pBlo51s4dXgeneric cialis 20mg over the counter viagra cialis tadalafil http://edankan.free.fr/forum/reply.php?topic=29&forum=4&post=353"e=1%20%20%20pBlo51s4dXhttp://wapgeeks.com/showthread.php?tid=1147&pid=20801#pid20801pBlo51s4dXbuy cialis now buy cialis buy cialis pills http://forum.ntaco.ir/showthread.php?982-Nobility-Locality-emoni&p=10655#post10655pBlo51s4dXhttp://www.gagegreen.org/forums/viewtopic.php?f=9&t=123539pBlo51s4dXcialis online zoloft medication buy cialis now https://cybertorrent.ru/viewtopic.php?p=6970#6970pBlo51s4dXhttps://regprof.org/viewtopic.php?f=4&t=2707pBlo51s4dXcialis without a prescription generic zoloft cialis 10 mg http://fsxaibureau.com/forum/viewtopic.php?f=4&t=9455pBlo51s4dXhttp://liberfanatica.net/phpBB3/viewtopic.php?f=15&t=66218pBlo51s4dXcialis from canada erectile dysfunction treatments buy cialis pills http://www.bukhari-pedia.net/forum/viewtopic.php?f=32&t=419844pBlo51s4dXhttp://fscrbohumin.cz/forum/viewtopic.php?f=17&t=2483pBlo51s4dXcialis tadalafil viagra online kaufen ohne rezept erfahrungen cialis 5 mg http://dartsreview.com/community/viewtopic.php?f=4&t=101327pBlo51s4dXhttp://pinktuzi.com/viewtopic.php?f=46&t=251612pBlo51s4dXcialis 20 mg sildenafil generic cialis https://emotorsports.cologne/phpbb/viewtopic.php?f=3&t=1217393pBlo51s4dXhttp://oss.phena.nl/preview/forum/viewtopic.php?f=52&t=107926pBlo51s4dXcialis online http://cialistd.com/ generic for cialis http://alphaomegaalpha.org/forum/viewtopic.php?f=7&t=947pBlo51s4dXhttp://smftezodevi.ml/index.php?topic=37007.msg84708#msg84708pBlo51s4dXbuy cialis cure for ed cialis 10 mg http://areaforum.net/viewtopic.php?f=10&t=100921pBlo51s4dXhttp://tany.ru/forum/showthread.php?99737-Good-Put-cal&p=139281#post139281pBlo51s4dXgeneric for cialis http://finasterideasale.com/ order cialis online http://forum.gaviralgamtec.com/viewtopic.php?f=3&t=86909pBlo51s4dXhttp://healinglyme.org/forum/phpBB3/viewtopic.php?f=3&t=69&p=722#p722pBlo51s4dXcialis online zoloft cialis 5mg http://chaehom.go.th/phpbb301/viewtopic.php?f=3&t=30427pBlo51s4dXhttps://forum.zelda.com.br/viewtopic.php?f=73&t=188783pBlo51s4dXcialis for bph best place to buy generic viagra online cialis without a prescription http://silvermoonkitchen.com/viewtopic.php?f=3&t=30446pBlo51s4dXhttps://www.mardibak.com/forum/viewtopic.php?f=89&t=558565&p=740199#p740199pBlo51s4dX
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!