Bakıda hava
USD AZN
EUR AZN

Hüquqşunas məsləhəti

Hüquq - pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir.

Hörmətli istifadəçilər!
Bir çox məqamlarda yaranan problemlərin səbəbi insanların öz hüquq və vəzifələrini bilməməsidir. Bəzi hallarda isə, kimlər üçünsə sıradan səslənən bu sözlər böyük problemlərə səbəb olur.
Bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikası Qanunvericiliyi ilə bağlı suallarınızn cavablandırılması, paytaxt və regionlarda hüquqlarını bilməyən və bu səbəbdən çıxılmaz vəziyyyətdə qalmış insanların problemlərinin həllində yardımçı olmaqdan ibarətdir.

Suallarınızı Dövlət Qulluqçusu, hüquqşünas Murad Kərimov cavablandıracaq.

Diqqət! - Suallarınızı təkrarən yazmağa ehtiyac yoxdur! Həmçinin eyni sualı müyyən vaxt keçdikdə belə təkrarən yazmayın! Sualı yazmamışdan əvvəl, "sual arxivinə" nəzər salın.
Zəhmət olmasa, etik qaydalar çərçivəsində hərəkət edin! Əks halda bir daha bu xidmətdən istifadə hüququnuz olmayacaq!
Diqqətinizə görə təşəkkür edirik! 

Haqqın hər zaman sizin tərəfinizdə olması diləyi ilə...

Səslərin sayı: 40
358
155949
Şərhlər
Offline
sevinc
Salam Murad müəllim. Mənim sizin məsləhətinizə ehtiyacım var. Mənim həyat yoldaşımın adına 1 otaqlı ev var. Həmin evin sənədləri onun qardaşındadır, yəni qaynımda. Qaynım o evi kirayə verib və həmin pulu mənimsəyir. Yoldaşımla rəsmi nigahım var. Yoldaşım bunlara göz yumur, haqqını tələb etmək istəmir. Mən evin sənədlərini necə əldə edə bilərəm. Məhkəməyə hansı iddia ərizəsi ilə verə bilərəm? xahiş edirəm mənə kömək edin.
4 iyul 2013 23:55
Offline
shehrebanu
salam vekil.sualim beledir;eger kimse birini polise sikayet edibse polisde,izahat almaq ucun bolmeye cagirir.sikayet olunan bolmeye getmese ne ola biler?hem getmese hemde izahat yazmasa ne gozleye biler onu?isler daha da pislesmezki?qayda pozuntusu etmis olmazki sikayet olunan?tutaqki sikayetci,doyulmekde sikayet edib
4 iyul 2013 18:12
Offline
Murad Kərimov
Vusal Bayramov,
standarta uyğun olaraq, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin işıqburaxma qabiliyyəti və tündlüyü aşağıda göstərilən hədlərdə olmalıdır:

- nəqliyyat vasitəsinin qabaq şüşəsinün tündlüyü 25%-dən çox, işıqburaxma qabiliyyəti 75%-dən az olmamalıdır,

- küləyə qarşı olmayan qabaq yan şüşələr üçün tündlük 30%-dən yuxarı, işıqburaxma qabiliyyəti 70 %-dən az olmamalıdır,

- küləyə qarşı olmayan arxa yan şüşələr üçün tündlük 40 %-dən çox, işıqburaxma qabiliyyəti 60 %-dən az olmamalıdır.

Sabrina Babazade,
Salam!
Valideynlik hüquqları usağın mənafeyinə zidd həyata keçirilə bilməz.Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər usaqların mənəvi inkişafına , fiziki və psixi sağlamlığına xələl gətirməməlidirlər.
Ailə Məcəlləsi maddə 61.1 Usaqlardan ayrı yaşayan onlarla ünsiyyət hüququna, usaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştrak etmək hüququna malikdir.
maddə 64. Valideynlik hüququndan məhrum etmə
Valideynlər valideynlik hüququndan aşağıdakı hallarda məhrum edilə bilər
-alimenti qəsdən ödəmədikdə
-öz valideynlik vəzifələrini yerinə yetirmədikdə
-valideylik hüququndan sui istifadə etdikdə
-xroniki alkoqol və narkomaniya xəstəsi olarsa
Əgər yoldaşınız həqiqətəndə narkomandırsa və siz bunu məhkəmədə sübut edə bilərsinizsə məhkəmə yoldaşınızı atalıq hüququndan məhrum edə bilər.Bununla bağlı siz məhkəməyə valideynlik hüququndan məhrum etmə tələbilə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırım ki, ərinizin valideynlik hüququnu itirməsi onun alimenti ödəməməyə əsas vermir.yəni yoldaşınız usaq yetginlik yaşına çata qədər alimenti ödəməyə borcludur
30 iyun 2013 15:40
Offline
Sabrina Babazade
Cox sagolun cavabiniza gore men bir mesele baredede soruwmag isterdim sizden Vekil toy gunu olanda yoldasim nese qebul etmisdi bunu men cox gec oyrendim hemcinin bu birinci defe olmadigini bildim yoldasimin ailesinde 4 qardasdirlar o evin kiciyidi ondan boyuk qardas oda nesexordu bunu men artiq aileli olan muddeti bilmisem hemin nese ustunde tutulub men ovladima gore cox narahatam cunki atasi onu gormeyib dogulandan indide gormeye can atir ama bunu men istemirem duzdu bunu ona dememisem cunki bosanma erzesi verenden onunla qetiyen elaqe qurmuram atama tez tez hede qorxu mesajlari yazir hemcininde tehqirane sozleride yazmagi unutmur bohtan atmagdanda cekinmir bir mesajinda yazib ki men usagi qebul etmirem anasinida olardan imtina edirem sozunu yazib ama bu mesaja baxmayaraq o yenede gormek isteyir usagi alimenti odemeyecem ta o vaxta kimi ki usagi gorum Vekil men usagima gore narahatam ve atasinin usagi gormesini istemirem cunki o adamdan her sey gozlemek olar men ne ede bilerem ki ata usagini gormesin Sebirsizlikle cavabinizi gozleyecem Tesekkurler
30 iyun 2013 10:23
Offline
Murad Kərimov
Sabrina Babazade,
Salam!
Nəzərinizə çatdırım ki, Ailə Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən nigahdan əvvəl ərə (arvada) bağışlanma, hədiyyə və vərəsəlik qaydasında mənsub olmuş əmlak onların öz əmlakları hesab olunur.Yoldaşınız sizə məxsus əmlakı qaytarmamaqda qanunun tələblərini pozur.AR MPM-nin 149.3 maddəsinə əsasən İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır
birdəki məhkəmə qətnamə qəbul edənə kimi iddianı təmin etmək üçün tədbirlər görməlidir.belə tədbirlərdən biridə cavabdehə məyyən hərəkətlərin edilməsinin qadağan edilməsidi.Məsləhət görürəmki siz bu halla bağlı məhkəməyə ərizə ilə müraciət edəsiniz

İnci Mamedova,
Salam!
Azərbaycan Respublikasının konstitutsiyası maddə 29.Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
Əgər torpaq sahəsi qohumunuzun mülkiyyətindədirsə və hüquqmüəyyən edici sənədlər öz qaydasındadırsa ona heç kim təsir göstərə bilməz.Sözü geden hovuzdan qohumunuz gəlir əldə edirsə yaxşı olardıkı Vergilər Nazirliyinin müvafiq Ərazi idarəsində vergi ödəyicisi kimi qeydiyyata düşsün
30 iyun 2013 02:53
Offline
Vusal Bayramov
Salam Murad bey, Avtomabilde on-(qarsi) susenin tundluyu nece dereceye qeder qanuna uygundur?
29 iyun 2013 22:30
Offline
İnci Mamedova
Salam Murad bey size sualim budur ki menim xalam oğlu Tovuzda yasayir tovuzun kendinin birinde 22 yası var xala oğlu 28 sot torpaq alıb burda ise adi bir basen tikdirib kendin ve qiraq kendilerin usaqlari gelib cimirler xala oğlu yeri dakimentalni alıb belediye yerin dakiment islerini aparir 15 güne tam hazır olacaq yer yaxsi yer oldugundan 3-4 adam o yeri almaq istiyirdi yer belediyenin yanindadi azaciq ondan arali yeni belediyenin binasının arxasindan azacig qiraqda Basenin 4 terefide horulub yeni hec bir narahatciliq yoxdu Basenin qarsisinda ev var tanidiqlari ev o evin yiyesi tovuzdan icra hakimiyetinden adamlar tokdu yeni o yeri hemin adam almaq istediyi ucun istiyir ki oranı baglatdirsin ve sonra o yeri özü alsın nece defe xala oğluna teklif edib ki aldığından artiq verirem o yeri mene sat xala oğlu da satmaq istemir size etrafli yazmagimin sebebi budurki o yeri baglatdirmaq isteyen adam deyir ki seni yazib verecem qoymuyacam sen burani isledesen Murad bey yer dakimentalni xala oğlunun adıvadi hec kim heçne deye bilmezki nese bir narahatciliq olmazki Basenin islemesine

Devlet icaze verermi xaish edirem etrafli cvb yain
29 iyun 2013 21:01
Offline
Sabrina Babazade
Salam. Vekil men qacib aile qurmusam aile seraitim ve munasibetim hecde yaxsi olmadigi ucun ve hemcinin uzur isteyirem hamile oldugum muddetdede cox kabut munasibet gorduyum ucun valideyinlerim meni goturduler ve bosanmaga erze verdim mehkemem helede gedir usagim oldu bir oglum var mehkeme 93 manat ailmentde kesdi yolasim ayrilmag istemediyi ucun mehkeme 3 ay barismag ucun muddet qoydu helbet men barismag istemirem yoldasim valideyinlerimin mene verdiyi cehizi goturmeyede qoymur mecbur olub bizde mehkememin qoydugu 3 ayin bitmesini gozleyirik mumkundurmu ki bu 3 ayi legv edib cehizlerimi tez goturmek? Xahis edirem cavab vererdiz
29 iyun 2013 11:01
Offline
Murad Kərimov
Fira76,
Salam! Verdiyiniz sual geniş və əhatəli olduğundan çalışacam sizə dolğun məlumat verim.Demeli vərəsəlik hüququnun iki növü mövcuddur:1.Qanun üzrə vərəsəlik 2.Vəsiyyət üzrə vərəsəlik
1.Əgər mirasın mülkiyyətçisi vəsiyyətnamə tertib edirsə belə olan halda qanun üzrə vərəsəlik istisna edilir.Vəsiyyət edən öz əmlakını istədiyi şəxsə vəsiyyət edə bilər və bunu əsaslandırmağa borclu deyil.Ola bilərki eminizin yoldaşi vəsiyyətnamədə bir övladını və ya hamsını göstərə bilər belə olan halda vəsiyyət edən miras payının bölüşdürülməsi məsələsini özü həll edir.Əgər vəsiyyətnamədə bir vərəsənin mirasa olan payı müəyyən edilibsə digər vərəsələr qalan əmlaka bərabər pay hüququ əldə edirlər.Belədə olarki vəsiyyət edən vəsiyyətnamədə bir vərəsə göstərər və bütün əmlakını həmin vərəsəyə vəsiyyət edər və digər vərəsələri mirasdan məhrum edər.
2.Qanun üzrə vərəsəlik- Əgər əminizin yoldaşı vəsiyyətnamə tərtib etmirsə onun vəfatından sonra qanun üzrə vərəsəlik əmələ gəlir.qanun üzrə vərəsəlikdə ilk növbədə miras qoyanın övladları qanun üzrə vərəsə sayılırlar.Onların payları öz aralarında bərabər bölünür.Qanun üzrə vərəsəlikdədə vərəsələr bir nəfərin xeyrinə əgər öz paylarından imtina etsələr miras əmlakı bir nəfərin adına gələcəkdə rəsmiləşdirilə bilər
29 iyun 2013 02:48
Offline
Fira76
Salam Murad müəllim. Mənim əmim 1996-cı ildə rəhmətə gedib. 5 otaqlı evinin kupçası həyat yoldaşının adınadır. 4 uşağının da orada vərəsə kimi payı var. Əmim arvadı ağır xəstədir. Sualm belədir: əmim arvadı rəhmətə gedəndən sonra ev kimin adına olmalıdır? Vərəsəlik payı necə həll olunur? Öncədən təşəkkür edirəm.
28 iyun 2013 18:24
Offline
gunay ehmedova
Vekil,indi kredit muqavilesi olmasa pulumuzu ala bilmerik.Nedir kr.muq.-si?Bizde olan kagizda o adam yazib ki,men filankesov filnkes bu adamdan 8500 azn borc almisam.imzasi var.xahis edirem basa salin.eger mehkemeye versek hansi senedler lazimdir?pulu mehkeme ondan nece alacaq?(yari yari,yoxsa butov)hebs oluna bilermi odemese

vekil,yoldasim indi fehle isleyib 450azn maas alir.ancaq kire ve 2 usaq telabati odemir.ne qeder olmalidi maasi yoldasimin ki,bize dussun
28 iyun 2013 17:39
Offline
Murad Kərimov
Qeniyeva Deniz,
Salam! Bəli bununla bağlı İnzibati Xətalar Məcəllədə 10 manat cərimə nəzərdə tutulub

gunay ehmedova,
Salam! Mülki qanunvericiliyin müddüalarına görə borc müqaviləsi həm şifahi həmdə yazılı surətdə bağlanıla bilər.Borc predmeti puldusa bu müqavilə kredit müqaviləsi adlanır.Əgər sizinle pul verdiyiniz şəxs arasında müqavilə yoxdursa siz yaxşı olardıki həmin şəxsin əməllərindən polise şikayət edəsiniz ancaq bu hal sizin mehkemeye müraciət etmə hüququnuzu istisna etmir.
Qaldıkı ikinci sualınıza əgər sizin və yoldaşınızın gəlirləri ehtiyac meyarının məcmusundan aşağıdısa siz az teminatlı ailə hesab olunursunuz və ünvanlı sosial yardım almaq hüququnuz var.Bununla bağlı yaşadığınız ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etməlisiniz
28 iyun 2013 17:20
Offline
Qeniyeva Deniz
salam evldimin alti yasi var yas kagiz almamisam gecikdiyim ucun buna cerme odeyecem
28 iyun 2013 16:37
Offline
gunay ehmedova
Salam vekil.Size sualim borcla baglidi.Yoldasim 1 nefere 20 000AZN pul verib,aldadib deyib ki,getir ver is quraq pul qazanaq.Yoldasim da sadelovluyu ile ona inanib pulu tutuzdurub eline.O pula ev almali idik,satilmis evimizin pulu idi.Pulu alan kimi gecelikle hemin adam yoxa cixdi.Bir muddet sonra polisle falan qorxuda qorxuda natariusla elinden kagiz aldiq,amma kagizda 8,500AZN yazdi.Boynundan atdi qalan pulu.O kagizi yazandan sonra Azerbaycani terk edib.Bilmirler hardadi.Onu mehkemeye vermeye haqqimiz catirmi?Mehkemeye versek de o yazilan pulusa da ondan ala bilerikmi?Qeyd edim ki.o adamin adina hec ne yoxdu.Her seyi oglunun adina cevirib.Cunki,bizim kimi cox adami aldadib,borcu coxdu.xahis edirem,zehmet olmasa cavablandirin.TESEKKURLER

Vekil,bagislayin.Bir dene de sualim var.Men islemirem,yoldasim fehledi,2usagimiz var,biri 1-ci qrup elildi(esitmir)kirayede qaliriq.Bize hecmi sosial yardim dusmur?
28 iyun 2013 01:29
Offline
Murad Kərimov
ALLAHIN QULU,
Salam!
Xanım əgər nigah dövründə sizinle keçmiş yoldaşınız hər hansı bir əmlak əldə etmisinizsə bu sizin umumi birgə əmlakınız sayılır və siz bu əmlaka bərabər pay hüququ əldə edirsiniz.
26 iyun 2013 02:28
Offline
ALLAHIN QULU

SALAM VEKL MENIM 22 YAWM VAR AYRILMIWAM BIR QIZM VAR AMA MENE YOLDAWIM BIR aALMENTDEN BAWQA HECNE ODEMEY FIKRI YOKDU BU NEQEDER DUZDUR.VE MENIM HUQUQLARM NEDiR?
25 iyun 2013 22:42
Offline
Murad Kərimov
Ilhame Resulova,
Salam! Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun
Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Ruhängiz.,
Salam! Rühəngiz xanım siz hal-hazırdakı vətəndaşlığınız barədə sualda bizə məlumat verməmisiniz.Nəzərinizə çatdırım ki,sizin Azərbaycan Respublikasına mənsubiyyətinizə yəni vətəndaşlığınıza xitam verilmiyibsə,vətəndaşlıqdan çıxmamısınızsa sizin övladlarınız Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər.
Əgər vətəndaşlıqdan çixmısınızsa bununla bağlı ilk öncə vətəndaşlığınızın bərpası ilə əlaqədar vəsatət qaldırmalısınız daha övladlarınızın vətəndaşlığa qəbul olunmə məsələsini həll etməlisiniz.
25 iyun 2013 18:03
Offline
Ruhängiz.
Salam Murad müellim...Men 11 ildi Almaniyda yashayiram...2 oqlum var,her ikisi de Almaniyada doqulublar...sualim beledi: eyer hemisheliy öz Vetenime qayitsam sened meselesinde nese problem yaranacaqmi??...ushaqlarin Azerbaycan vetendashi olmasi barede senedi nezerde tuturam...evvelceden teshekkürler...
25 iyun 2013 17:27
Offline
Ilhame Resulova
salam muəllim.azərbaycan əsilli rus vətandaşı eyni zamanda azerbaycan vətəndaşliqinida daşıya bilermi?
25 iyun 2013 12:38
Offline
Murad Kərimov
Esmiralda,
Salam!
Əgər rəfiqənizin yaşadığı evə qeydiyyatı yoxdursa belə olan halda onun evə dair hər hansı bir tələb üzrə hüququ yoxdur

ayan akis,
Salam!
Ailə Məcəlləsi Maddə 10. Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.[5]
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

jasmin gulum,
Salam!
Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
Əgər sizin 18 yaşınız tamamdırsa və qanuna müvafiq olaraq Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarında dəyişdirilməyə imtina ilə bağlı hallar sizde mövcud deyilsə bəli siz adınızı, soyadınızı dəyişə bilərsiniz

Ceferova Nusabe,
Salam!
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.
Məsləhət olarki siz doğulduğunuz yerin qeydiyyat şöbəsinə ərizə ilə müraciət edəsiniz.ola bilsin sizin akt qeydləriniz qeydiyyat şöbəsində yoxdu.Belə olan halda qeydiyyat şöbəsi sizin akt qeydlərinizlə bağlı Vətəndaş Vəziyyəti Aktlarının reystr xidmətinə sorğu ilə müraciət etməlidi.
Bu proseslər bir nəticə verməsə yaşadığınız ərazi üzrə məhkəməyə hüquqi əhəmiyyətli faktın təsdiq olunması tələbilə müraciət edə bilərsiniz
21 iyun 2013 17:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )