Bakıda hava +8°
USD 1.0498 AZN
EUR 1.1771 AZN
18:13 ༺♥I Love You♥༻ Acsaminiz xeyir eziz Qadin.Netliler:)))♥♥♥ 18:01●♥ Səma ♥● https://www.youtube.com/watch?v=5QCP9vK0BF8 16:24♡lezgi ruw♡ ama yazmirsiz((( 16:20aysel)) burda ))) 16:19♡lezgi ruw♡ Menim dostlarim hardadiiii?(((( 15:55♡lezgi ruw♡ Aysunum cox wukur mende yaxwiyam.twk bacican)) 15:49toma676 SALAM XANIMLAR,WORIDCARTDAN KIM ISTIFADE ERDIR,MENE DESINDE 15:15איסון ממדוב. ezizlerim her keze xos gozel hefte sonu arzulayiram 15:15איסון ממדוב. ♡lezgi ruw♡salam canim min sukur yaxsiyiq sen necesen? 15:11♡lezgi ruw♡ Salam qadin.net gozelleri necesiniz?
32822

Döşlərinizi təbii yollarla böyüdün-2

 Əziz xanimlar! Sizlərə bu dəfə döşləri təbii üsullarla böyütmək qaydalarından yazacam. Bunun üçün netdən çox axtarış elədim və sizlər üçün qısa-konkret cavabları topladım-yığdım. Döşlərini təbii yollarla böyüdən xanımların yazılarını şərhsiz tərcümə edib ixtiyarınıza verirəm. Xarici ölkələrdə yaşayan və rus, türk, ingilis dilində  danışan qadın.net xanımlarının bu bitkiləri yaşadığı ölkələrdə apteklərdən asan tapması üçün otların adlarının tərcüməsini üç dildə verirəm. Adlar belə sıralanıb-azəricə, rusca, türkcə, ingiliscə. Sizə uğurlar!

Döşləri bu bitkilər böyüdür.

Ərküdə ,Hayıt,Chaste-tree


Mən ərküdədən istifadə edirəm. Qaynadıb içirəm. Çox faydasını gördüm. Dərim də gözəlləşdi. 3 ayda maksimum böyüməyi əldə edirsən.
Mən ərküdə toxumu istifadə elədim. Döşlərim böyüdü, dodaqlarım belə dolğunlaşdı. Ərküdə uşağı olmayanlara uşaq bəxş edir. Netden oxudum ki, 8-9 xanım bunu içdikdən sonra hamilə qalıb. Mənim nənəmin də uşağı uzun müddətdir olmayıb. Sonra ərküdəni məsləhət görüblər. İçib və hamilə qalıb! Hamiya tövsiyə edirəm!
Mənim döşlərim heç 75 ölçü deyildi. İndi 80 ölçüdür. 3 ay istifadə elədim. Bədənimdəki tüklənmələr belə azaldı.
Bacımın uşaqlığında kista var idi. Həkimə getdi və kişi hormonunun çox olduğu ortaya çıxdı. Sonra həkim ona dərman vermək əvəzinə təbii bitki yazdı-ərküdə yarpağı!Mükəmməl bir bitki! Döşləri böyüdü, kista çox kiçildi, aybaşı qaydasına düşdü, üz cizgiləri gözəlləşdi. Mən də normal aybaşı üçün 3 gündür istifadə edirəm. Döşlərim dolğunlaşdı!

Qara zirə, Çörek otu,Black seed

 

Gündə 1 xörəkqaşığından çox işlədilməməli! Allergiya verə bilər! İshal törədə bilər!

 

Mənim yoxlamadığım bir şey qalmadı. Çörəkotu yağını sürtüm dedim. Yağı sürtdüm, 5 dəqiqəyə yaxın masaj elədim. Fərqi görəcəksiniz, qaşıntı verir. Səhər oyandığımda döşlərim inanılmaz sərt və gərgin olmuşdu. 1 həftədir sürtürəm gecələri. Döşlərimin ölçüsü 78 idi.İndi 85-dir. Amma çörəkotu açıldıqdan sonra 1 həftə dayanır. Sonra xarab olur və zəhərli maddəyə çevrilir. Təzə-təzə işlədin.

 

 Mən 1 ay 5 gün çörəkotu yedim və axşamları yatmazdan əvvəl çiyələk yağı ilə masaj elədim. Bütün səmimiyyətimlə deyirəm ki, döşlərim böyüdü! Sizə də tövsiyə edirəm.

 

Məndə 6 sm böyümə var. Ən çox təsir edən bitkinin çiyələk yağı olduğunu düşünürəm. 1 aydır döşlərim həm böyüdü, həm də sərtləşdi.

 

 Mənim 23 yaşım var. Uzun zamandır sizin yazdıqlarınızı oxuyub təkrar edirdim. İndi siz mənim yazdığımı oxuyub təkrar edin. Döş böyütmə seansına çiyələk yağı və qara zirə əlavə edin.

Sürvə, Adaçayı,Sage

Hamilə və usaq əmizdirən qadınlar,epilepsiya xəstələri,usaq doğmağı planlaşdıran cütlüklər uzaq dursunlar!  Çox işləndikdə təzyiqi qaldıra bilər! 

 

Müəllifdən-Mən özüm səhər axşam adaçayı içirəm. Günorta razyana dəmləyib içirəm. Gün ərzində isə mayasarmaşığı dəmləməsi ilə masaj edirəm. Masajdan sonra bir az yanğı hiss edirəm. Amma irəliləyiş görürəm. 

 

Cirə, Anason,Anise

 

Aybaşıya yaxın vaxtlarda işlədilməməli! Çox axıntı verə bilər!

Cirəni müxtəlif çaylarla birlikdə dəmləyib içirəm. Xeyrini görürəm. Döşlərim böyüyür!

Cirəni müxtəlif çaylarla birlikdə dəmləyib içirəm. Xeyrini görürəm. Döşlərim böyüyür!

Gicitkən, Isırgan otu,Nettle

  Mən saçlarım üçün gündə 2 fincan gicitkən dəmləyib içirdim. Sonra qoltuğumun alt tərəfləri sızıldamağa başladı. Onda heç ağlıma da gəlməzdi ki, döşlərimi böyüdəcək.

Güldəfnə, Çemen otu,Fenugreek, trigonella

Güldəfnəni 2 ay istifadə etdim. Nəticəni yazıram. Ölçülərim 82-dən 86-ya çıxdı. Evli olmayanlara məsləhət bilirəm. Çünki,pis qoxusu var.

 

Çəmən otu həqiqi döşləri böyüdür!Mən istifadə elədim.Balaca döşlərim böyüdü! Çox sevinirəm!

 

Mayasarmaşıği qozası,Şerbetçiotu,Hopes cones

 Kəskin böyrək xəstəlikləri zamanı içilməsi qadağandır! 

 

Güclü yuxugətirici olduğu üçün yatmazdan əvvəl için! 

 

İştahaçıcıdır!

 Mən bu bitkidən istifədə elədim və inanın ki, döşlərimin ölçüsü 1-1,5 ayda 87 sm-dən 95 sm-ə çıxdı. 3 gündə 2 sm böyüdüyünü belə hiss etmişdim.

 

 Mayasarmaşığı qozası bir qaba tökürük və qoyduğumuz miqdarın 1/4 ya da 1/3-ü qədər su əlavə edirik. Qarışdıraraq bütün otu isladırıq. Sonra qaynadırıq. 10 deq dincəldiriq.  Mayasarmağının suyunu içmək, dibində qalan suyu isə yağsız  əl kreminə qarışdırıb döşlərə sürtmək lazımdır.  Saat 22:00 da yenə adaçayı içib masaj edirik. Saat 23:00 da yuxarıdakı qarışığı döşlərimizə sürtürük. Bu variantı sınadım və 70 ölçüsü olan döşlərim indi 75-dir.

 

Döşlərinizi alma suyu ilə masaj edin. Mayasarmaşığı q-si, mılık otu, 1 xörəkqaşığı güldəfnəni dəmləyib yeməkdən sonra 1 fincan için. Hər gün 2 ədəd xurma yeməyin də faydası vardır.

Mərsin,Mersin,Myrtle

 

 

Uzun müddət və çox işlətdikdə mədə-bağırsaq rahatsızləğına və yuxusuzluğa səbəb olur.

 

Mən döşlərimi mərsin yağı ilə masaj edirdim. Əvvəlcə qaşındırırdı, sonra isə gördüm ki, böyüdür. Hamıya məsləhət görürəm! 

Razyana,Rezene,Common fennel, 

Döşlərinizi təbii yollarla böyüdün-2

 Uşaqlar uzun müddət razyanalı çay içərlərsə dişləri qaralar və çürüyər!

 

Məndə razyana çox işə yaradı. Amma üzüm tumundan da istifadə elədim. Mayasarmaşığı qozası,güldəfnədən hazırlanmış qarışığı içdim.Bununla bərabər razyanadan gündə 1 fincan içdim. Səhərlər 2 xörək qaşığı üzüm tumu yedim.Bununla bərabər masaj elədim. Döşlərim çox böyüdü.

 

1 aydır xanımların yazdıqlarını araşdırdım və belə nəticəyə gəldim ki,2 şey-razyana və qara üzüm tumu,hər səhər də 5 dəq masaj...indi döşlərimin həcmi 75 ölçüsünə qalxıb. Gündə 2 xörək qaşığı səhər-axşam quru üzüm tumu və 1 fincan razyana çayı. Üzüm tumunu acqarına yedim Peşman olmayacaqsınız.

 

 Mən çox şeyi yoxladım.Ərküdə,qara üzüm tumu,sürvə,razyana,qara zirə,mərsin yağı,mayasarmaşığı qozası,güldəfnə.Bütün bunlardan sonra artıq döşlərim 75 ölçüyə çatır.

1 fincan razyana dəmləməsinə 5 damla çörəkotu yağı tökün və için.Fərqi görəcəksiniz.

Qara üzüm çəyirdəyi


 Üzüm çəyirdəyi mən və rəfiqələrimə müsbət təsir elədi.Məndə 4 sm böyümə oldu! Bu əlac qan yaradır, dərini gözəlləşdirir və ən önəmlisi döşləri böyüdür.

Üzüm çəyirdəyi mən və rəfiqələrimə müsbət təsir elədi.Məndə 4 sm böyümə oldu! Bu əlac qan yaradır, dərini gözəlləşdirir və ən önəmlisi döşləri böyüdür.

 2 ay boyunca qara üzüm tumunun tozunu bal və ya bəhməzə qarışdıraraq 1 xörək (mütləq taxta qaşıq) qaşığı səhər-axşam yeyin və gicitkən otu dəmləməsi için.Hər axşam razyana yağı ilə döşlərinizi yuxarıya doğru masaj edin.Səbirli olun,fərqi görəcəksiniz.

 

Mən 1 ildir quru üzüm tumu və normal çiyələklə döşlərimi həftədə 3-4 dəfə masaj edirəm.Gözlə görünən fərq var.Həmişə 75 ölçü idi,indi 80-a qalxəb.Çox xoşbəxtəm!

 

Bu bitkilərdən hamilə xanımların istifadə etməsi qadağandır! Ot halında olan bitkilər mütləq toz halına salınıb sonra işlədilməlidir. Qutuların üstündəki dəmləmə qaydalarına baxın və sonra ona uyğun hərəkət edin!Aybaşı vaxtı müalicəni kəsin!

 

Səslərin sayı: 159
216
104681
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • Səməni, nə vaxt cücərdim səni?

    Dəniz84,Mən, müşahidələrimin qənaətini yazmışam. Yaşıllığın tərənnümünü, Uca Rəbbim gözəl, əsrarəngiz şəkildə tərənnüm edir. Təbiət- ağaclar yarpaqlayır, çiçək açır, çəmənlər yaşıllaşır və s. Saymaqla bitməz. Ehtiyac yoxdur ki, biz özümüzdən bir "inanc vasitəsi" kəşf edək. Adət-ənənədir deyə, qəbul etmək lazım deyil. Əcdadlarımızın inancı yox, "İslam" dinidir, meyarımız. Əcdadlarımız xristian da ola bilər, atəşpərəst də, bizə bu günümüz önəmlidir, ona cavabdehlik daşıyırıq. Araşdırın, mahiyyətinə varın, haqq verəcəksiniz. Bir zamanlar, mən də sizin kimi düşünürdüm. Şükür Allahın hidayətinə
  • "Ye-arıqla" şorbası (foto resept)

     ♥ ayTac ♥ ,Gulum,
  • 19:55 - Müəllif: aysel))
    Rəqəmləri birləşdir-1 (12)

    Rəqəmləri birləşdir-1

    tewekkurler usaglar ucun maraqli olardi
  • "Ye-arıqla" şorbası (foto resept)

    Şəricim təşəkkürlər bu şorba əsl mənim yeməyimdir elə salatlarımın da tərkibi eynilə bu ərzaqlardan ibarətdir
  • 19:27 - Müəllif: aysel))
    Yuxular və yuxuyozmalar (9) (24)

    Yuxular və yuxuyozmalar (9)

    gitar calirdim yxuda ama tapa bilmedim((
  • 19:26 - Müəllif: aysel))
    Yuxu yozma G hərfi (74)

    Yuxu yozma G hərfi

    gitar calirdim yuxuda goresen neye isaredi??
  • 19:17 - Müəllif: Dəniz84
    Yatış formasına görə-test (21)

    Yatış formasına görə-test

    Ulker.AgamaliDəniz84, Testi men tercume etmisem,cavablari Xeyale xanim yukleyecekO zaman Xəyalə gəl görək hardasan)) zehrabizde 5formadiƏn gülməlisi elə sizdədir
  • Səməni, nə vaxt cücərdim səni?

    A.N.A ona görə də, səməni (şirkin bir vasitəsi (guya, bərəkət gətirəcək)) cücərtmirik. Bərəkəti Allah verir.Səmənini biz bərəkət gətirəcək deyə cücərtmirik. Əlbəttə bərəkəti Allah verir. Sadəcə yazın gəlişi ilə təbiətin oyanmasının, hər yerin yaşıllaşmasının tərənnümdür Səməni.
  • "Ye-arıqla" şorbası (foto resept)

    maragli xeberdi xala sag ol
  • Rəqəmləri birləşdir-1

    maragli idi oxudum
Ən çox oxunulanlar
Qadin.Net sizin üçün...
Ən sevimli saytım
Virtual bələdçim
Bütün məqamlarda məsləhətçim
Vaxt keçirmək üçün vasitə
Başqa variantım var!