Qadınlar hədiyyə mövzusunda çox həssasdırar və sadəcə xüsusi günlərdə deyil, hər zaman hədiyyə almağı sevirlər. Ancaq kişilər üçün biz qadınlara hədiyyə seçmək əslində çox məşəqqətli bir prosesdir. Çünki bir çox kişilərə görə qadınların zövqü daha yüksəkdir. Hətta elə hədiyyələrimiz olub ki, xoşumuza gəlməsə belə, qarşımızdakının xətrinə dəyməmək üçün bunu bildirməmişik və özümüzü bəyənmiş kimi göstərmişik. Ancaq bu o demək deyil ki, mükəmməl hədiyyələr təşkil edənlər yoxdur. Təbii ki, var. İndi isə hədiyyə axtaran kişilərə kiçik bir kömək etmək fikrindəyəm. Qadınların çox böyük əksəriyyəti aşağıdakı bu 10 hədiyyəyə yox deməz.
Sürpriz tətil biletləri
Həyat yoldaşınızı gözləmədiyi bir anda tətilə getmək üçün bilet alaraq çaşdıra və sevindirə bilərsiniz. Ölkə xaricində və ya ölkədaxili istirahət mərkəzlərinin birində bir neçə gün istirahət etməyə əsla yox deməyəcəkdir.
Bəzək əşyaları
Qadınların çoxu bəzək əşyalarını sevir. Çünki qadınlar üçün xarici görünüş hər zaman önəmlidir. Hər zaman, hər yerdə gözəl və mükəmməl görünmək istəyirlər. Bunu isə bəzək əşyaları tamamlaıar. Ona görə də xanımınızın zövqünə uyğun olan bəzək əşyası alıb ona sürpriz edə bilərsiniz.
Çiçəklər
Qadınlar hər zaman çiçəkləri sevirlər. İstər buket olsun, istərsə də ev bitkiləri olsun, əgər həyat yoldaşınızın hansı gülü sevdiyini bilirsinizsə, demək, işiniz daha asandır. Sizə düşən sadəcə bir dəstə ətirli gül almaqdır.
Mükəmməl ayaqqabı
Ayaqqabı hər qadın üçün önəmlidir. Bir çox qadınlar hər paltara bir cüt ayaqqabı uyğunlaşdırmağı sevir. Bu işdə ona sürpriz edərək kömək edə bilərsiniz. Amma diqqətli olun ki, ayaq ölçüsünü düzgün götürün.
Yumşaq oyuncaqlar
Yumşaq oyuncaqlar adətən gənc xanımların çox sevdiyi hədiyyədir. Əgər xanımınıza şirin bir hədiyyə təşkil etmək istəyirsinizsə, o zaman ona yumşaq oyuncaqlardan alın və əmin olun ki, bu, onun çox xoşuna gələcək.
Sevdiyi yazıçının kitabları
Əgər yoldaşınız ədəbiyyatı və kitab oxumağı çox sevirsə, ona sevdiyi bir yazıçının kitabını ala bilərsiniz. Oxumağı sevən qadınlar kitaba həddindən artıq dəyər verər. Köhnə və ikinci əl kitabları sevən qadınlar üçün belə bir hədiyyə əvəzedilməz bir sürpriz olacaqdır. Belə bir hədiyyə ilə onu yenidən özünüzə aşiq edə bilərsiniz.
Şokolad
Şirniyyat qadınların vazkeçilməzidir. Artıq çəki ucbatından şirniyyatı çox yeməsək belə, şokolada qarşı hər zaman xüsusi bir sevgimiz olub. Siz gözəl bir bağlama içində və içində gözəl sözlər yazdığıınz notlarla yoldaşınıza bir qutu şokolad hədiyyə edə bilərsiniz.
Sürpriz şam yeməyi
Qadınlar sürpriz kimi təqdim edilən hər bir şeyi xoşlayırlar. Onu romantik bir şam yeməyinə aparmaq gözəl bir fikirdir. Ancaq bu yeməyi sizin hazırlamağınız daha da mükəmməl olar. Əllərinizlə onun üçün hazırladığınız yeməkləri gördükdən sonra sizə yenidən aşiq olması normal bir haldır.
Üzərində şəklinizin olduğu əşyalar
Yoldaşınızla olan şəklinizi hər hansısa bir əşyaya (yastıq, stəkan, pazl) vurdura bilərsiniz. Bu, onun üçün ən dəyərli bir hədiyyə olacaqdır.
Çanta
Geyimlərimizin tamamlayıcısı, qadınlar üçün vazkeçilməz bir aksessuar. Hədiyyə olaraq çox gözəl bir çanta ala bilərsiniz.
XƏBƏR LENTİ
Ən effektli və sağlam pəhriz
İnsanları fərqli üsulla tapacaqlar
Körpələr üçün isti jaketlər
“WhatsApp”dan daha bir yenilik
Rekord qiymətə maşın satıldı
Xanımların NƏZƏRİNƏ: bu həbdən gündə birini içsəniz, HAMİLƏ QALMA ŞANSINIZ ARTACAQ
İki məşhur Sevgili Oldu!-FOTO
Bakı Rusiyadan ad istəyir
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi
Azərbaycan dili - XIII Dərs
Papaq ataq, yoxsa qurşaq sallayaq?
Teylor Svift "kişi" oldu - VİDEO
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
İki dünyanı əks etdirən şəkillər
57 yaşlı müğənninin gənc blogerə yazdığı mesajlar yayımlandı
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
I-IV qrupların abituriyentləri üçün qəbul imtahanı keçiriləcək
Uşaqlardan öyrənə biləcəyimiz 9 dərs
Ancelina və Bred rəsmən boşandı
Duzdan istifadəni azaltmağın sağlamlığa müsbət təsiri
İlk rəqsiniz mükəmməl olsun
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Süd keyfi
Avroliqada üçüncü təsnifat mərhələsi başa çatır
Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq
Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
Bayden zənginlər üçün vergiləri artıracağını elan etdi
Qadın vücudunun mübhəmləri.
TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
Erməni əsgərlərin cəbhədəki səs yazısı yayıldı
Gözəl sözlər
"Buffon üçün ürəyimin yarısını da verərəm"
Rahat yuxu üçün idman hərəkətləri
Zaqatalamızın sərvətləri
Ananaslı-kəsmikli gül piroqu (foto-resept)
Tibbi maskadan düzgün istifadənin yolları açıqlandı
Məryəm Üzerlinin son halı təəccübləndirir-FOTO
Şabalıdlı keks (foto resept)
TQDK vaxtı uzatdı
Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi
Ayaqları uzun göstərən geyim hiylələri
Səni sevirəm deməyin 7 fərqli yolu
Hindistana səyahət
İstirahət gününün HAVAsı
Yanvarın 22-si iş günü olacaqmı?
Bürcünüzə görə cəlbedici xüsusiyyətiniz
General Motors qadına tapşırıldı
- ŞƏRHLƏR