
200 qr şəkər
2 ç.q. vanil
2 yumurta
400-450 qr un
1 ç.q. xəmir qabardıcı
4 x.q. kakao

Yağ şəkər və vanillə qarışdırılır

Yumurta əlavə olunub qarışdırılır

Xəmir qabardıcı və un əlavə olunub xəmir yoğrulur

Xəmir 2-yə ayrılır,bir hissəsinə kakao qatılıb təkrar yöğrulur

Ağ xəmir kvadrat şəklində yayılır

Qara xəmirin də ölçüsü ağ xəmir qədər olmalıdır.Bunun üçün folqa kağızı ilə ağ xəmirdən ölçü alıb folqanın üzərində qara xəmir aşılır

Qara xəmir ağ xəmirin üzərinə qoyulur,folqa şəkildəki kimi üstdə qalmalıdır

Sonra folqa götürülür

Xəmirlərdən rulet bükülür və 10-15 dəqiqəliyə soyuducunun buzxanasına qoyulur

Rulet soyuducudan çıxarılaraq 1 sm qalınlığında kəsilir.Duxovkada 180 dərəcədə 15-20 dəqiqə bişirilir













